1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


Frankfurt sülhü və əsas şərtləri



Yüklə 0,7 Mb.
səhifə68/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   60   61   62   63   64   65   66   67   68
Belge (6)

60.Frankfurt sülhü və əsas şərtləri

1870-1871ci illər Almaniya-Fransa müharibəsi 1871ci il fevralın 26da Frankfurt sülh müqaviləsi ilə başa çatdı.Həmin müqaviləni Almaniya tərəfindən Bismark və Almaniyanın Fransadakı səfiri Arnimş,Fransa tərəfindən isə Jül Favr,Quye-Gerte de Qular imzaladılar. Həmin müqaviləyə görə Fransa Elzası və Lotaringiyanın şimal şərq hissəsini Almaniyaya güzəştə getdi və 5 milyard frank(1871ci ildə 1,5 milyard,1872ci ildə 0,5 milyard,1874 cü ilin martınadək 3 milyard )təzminat verməyi öhdəsinə götürdü.Beləliklə Frankfurt sülh müqaviləsi Fransa Almaniya arasında müharibəyə son qoydu.Lakin bu heç də möhkəm sülhün bərqərar edilməsi demək deyildi.Fransa heç vəchlə sülh müqaviləsinin alçaldıcı şərtləri ilə-Elzas Lotaringiyanın Almaniyaya anneksiya edilməsi ilə razılaşa bilməzdi.O vaxt Fransanın xarici siyasəti üçün məsuliyyət daşıyan Tyer 1872ci ildə yazmışdı:”Əgər Avropada ixtilaf baş verərsə təbii ki, həmin təsadüfdən biz istifadə etmək istəyəcəyik”.Lakin Fransa həddən artıq zəifləmişdi.Onun sülhə böyük ehtiyacı var idi,Frankfurt sülh müqaviləsinin əlçaldıcı şərtlərindən xilas olmaq üçün Fransa öz hərbi qüvvəsini bərpa etməli və özünə müttəfiqlər tapmalı idi.O hər an şərq qonşusunun ola biləcək yeni hücumlarını dəf etməyə hazır olmalı idi.Frankfurt sülh müqaviləsindən sonra Avropada təklənməsinə,Bismarkın hər cür təzyiqlərinə qarşı mübarizə aparmaq üçün Fransa yollar,müttəfiqlər axtarırdı
Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin