7. Burjua inqilabı dövründə İngiltərənin xarici siyasəti.Ingiltərə burjua inqilabının diplomatiyası avropa diplomatiya tarixində xüsusi yer tutur. Mütləqiyyət monarxiyasının diplomatiyasında kəskin fərqlənən ingiltərə burjua inqilabının diplomatiyası özünün sadəliyi və məqsədyönlülüyü ilə seçilirdi. Inqilab ilə hakimiyyətə ingiltərədə burjua inşafının maraqlarını cəmləşdirən insanlar gəldi. Onlar nə istədiklərini bilir və necə hərəkət etmək lazım olduğunu açıq-aydın başa düşürdülər. Ingiltərə burjua inqilabının diplomatları XVI əsrdə öz hökumətlərinin köməyi olmadan ingilis dəniz quldurları, armatorlar və tacirlərinin etdiklərini edirdilər. İnqilab əvvəl hakimiyyətə onların maraqlarını müdafiə edən parlamenti sonra isə diktator Oliver Kromveli gətirdi. Uzun müddətli parlementin diplomatiyası.(13 il) İIkin mərhələdən hələ kral və parlament arasında feodalizm və kapitalizm arasında gedən mübarizə ingilis iqilabçılarının siyasətçinin avropada baş verənlərdən kənarda qoydu. Burjuaziya və ticarətin maraqlarına xidmət edən donanma başdan inqilab və parlamentin tərəfinə keçdi. Bu inqilabi qitədən müdaxilədən qorudu. I Karlın fransız köməyinə arxalanmış cəhdləri nəticəsiz qaldı. Neyzbi (1645) yaxınlığındakı döyüşdə kralının diplomatik yazışmaları parlament ordusunun əlinə keçdi və mübarizənin gedişini həll etdi. 1653-cü ildə respublikaya və inqilaba son qoyan əksinqilabi çevriliş baş verdi və hakimiyyət tam olaraq Kromvelin əlində cəmləşdi. Ingilis diplomatiyasının əsas vəzifəsi qitə dövlətləri ilə normal diplomatik və ticarət əlaqələrinin bərpa edilməsi oldu. Avropa dövlətlərinin yeni ingilis hakimiyyətini tanınması məsələsində ən səbirsiz İspaniya oldu. Londondakı ispan səfiri don Alonso Kardenya yeni etimadnamə almamış respublikası höküməti ilə gizli əlaqələrə girdi. Buna səbəb ispaniyanın əzəli rəqibi fransanın qabaqlamaq və ingilislərin köməyi ilə ispaniyadan ayrılmış portuqalları (1640) əsəbləşdirmək idi. Ingiltərədəki fransız nümayəndəsi Krulle məğlubiyyətə düçar oldu. Gömrük müharibəsi başlandı. Ispaniya səfiri kardinya ingiltərə fransa münasibətlərinin zəifləməsindən istifadə etdi. Düşməni və rəqibi olan fransanı alçaltmağa nail ola bildi. 1650-ci ilin dekabrında Kardeniya parlamentin iclasında təntənəli şəkildə qəbul edildi və öz etimadnaməsini təqdim etdi. Elə həmin gün fransız krulle həbs edildi. 5 il boyunca ingilis-fransız münasibətləri normal inkişaf etmədi. Son olaraq fransa ilə müqavilə 1655-ci ildə tərtib edildi və Kromvel fransız ingilis ziddiyyətlərindən istifadə edərək fransadan bir sıra güzəştlər əldə etdi. Dəniz və ticarət ölkəsi olan hollandiya ilə məsələ başqa cür idi. Dənizlərdə ingilislər üçün ən təhlükəli rəqib hollandlar idi. Ingiltərə ictimai fikrrii hollandiya respublikasının münasibətdə daha qəti siyasət yeritməyi irəli sürdü: ya iki dəniz dövləti arasında mükəmməl ittifaq olacaq (demək olar ki birləşəcək), ya da ingilislər hollandları dənizlərdə ingilis hegemonluğunu tanımağa məcbur etmək üçün ölüm-dirim mübarizəsi aparmalı idi. Dostcasına başlanmış danışıqlar münasibətlərin pozulması ilə nəticələndi. 1651-ci ilin fevralında ingilis parlamentinin iki səlahiyyətli nümayəndəsi hollandiyaya göndərildi və çox yüksək səviyyədə və təntənəli şəkillər qarşılandı. Aparılan danışıqlar ingilis istədiyi kimi nəticələnmədikdə avqustun 5-də Kromvelin məhşur Nəqliyyat aktı çap edildi. O Hollandlarla ingilislərin təklif etdiyi dostluğun əsiln mahiyyətini göstərdi. Bu ağacın müddəalarına görə əsasın vasitesi ticarətlə məşğul olan hollandiya ingiltərəylə ticarətdən məhrum oldu. Müharibə 1652 1654-cü illərdə tərəflər arasında müharibə elan edilmədən başlanmışdı. Hollandiya məğlub edildi və Nəqliyyat (Naviqasiya) Aktını tanımağa məcbur oldu.