Elektromaqnit induksiyası qanunu. Yuxanda deyilənlər əsasında elektromaqnit induksiyası qanunu belə ifadə olunur:
• Keçirici qapalı konturda yaranan induksiya EHQ bu konturla hüdudlanan səthdən keçən maqnit selinin dəyişmə sürəti ilə düz mütənasibdir.
εi = - Δφ
Δt. (2)
(2) ifadəsindəki mənfi işarəsi onu göstərir ki, induksiya cərəyanının yaratdığı maqnit sahəsi bu cərəyanı yaradan xarici maqnit selinin dəyişməsinə mane olur.
Əgər kontur N sayda sarğıdan ibarət olarsa, (2) ifadəsini belə də yazmaq olar:
εi = -N Δφ
Δt. (3)
Burada εi — induksiya EHQ olub BS-də vahidi voltdur (IV):
[εi] = [Δφ]
[Δt] = 1 Vb
san = 1V.
Dostları ilə paylaş: |