1. Ъяряйанларын гаршылыглы тясири


Maqnit sahəsində cərəyanlı naqilə təsir edən qüvvə



Yüklə 1,35 Mb.
səhifə3/91
tarix13.02.2022
ölçüsü1,35 Mb.
#114359
1   2   3   4   5   6   7   8   9   ...   91
fizika imtahan sual və cavabı

3.Maqnit sahəsində cərəyanlı naqilə təsir edən qüvvə

- Maqnit sahəsi tərəfindən cərəyanlı naqilə təsir edən qüvvəyə Amper qüvvəsi deyilir. Bu qüvvə naqildəki I cərəyanından, B maqnit induksiyası vektorundan, naqilin l aktiv hissəsindən və В maqnit induksiyası vektoru ilə I cərəyanın istiqaməti arasındakı α bucağından asılıdır. 



Amper qüvvəsinin düsturu

F= I ∙ B ∙ l ∙ sin α,

        1.  Əgər cərəyanlı naqil maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyardırsa α=90°, onda Amper qüvvəsi maksimal qiymət alacaq 

FA,max = I ∙ B ∙ l.

        2.  Əgər cərəyanlı naqil maqnit sahəsinin qüvvə xətlərinə paraleldirsə α = 0º, onda Amper qüvvəsi sıfıra bərabərdir

F= I ∙ B ∙ l ∙ sin 0° = 0.

Amper qüvvəsinin istiqamətini sol əl qaydası ilə təyin edirlər: 

Sol əlimizi maqnit sahəsində elə yerləşdirək ki, uzadılmış dörd barmaq naqildəki cərəyanın istiqamətini göstərsin, maqnit induksiya vektoru ovucumuza daxil olarsa, onda 90º açılmış baş barmaq Amper qüvvəsinin istiqamətini göstərəcək. Amper qüvvəsi həmişə naqilə və maqnit induksiya vektoruna perpendikulyardır. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin