50. Çoxelektronlu atomlar. Pauli prinsipi.
Pauli prinsipi atom spektrlərinin tədqiqi əsasında isveç alimi Pauli (1925) tərəfindən işlənib hazırlanmış və onun şərəfinə belə adlandırılmışdır.
Pauli prinsipinə əsasən bir atomda (və ya molekulda) bütün kvant ədədləri tamamilə eyni olan iki elektron belə ola bilməz. Başqa sözlə, hər bir atomdan götürülmüş hər hansı iki elektron bir-birindən heç olmasa bir kvant ədədinin qiymətinə görə fərqlənməlidir. Məsələn, energetik halları (n, l, ml) eyni olan iki elektron bütün hallarda spin kvant ədədinə görə bir-birindən fərqlənir. Belə elektronlar energetik hallarına görə eyni olduqlarından, bir kvant qəfəsini tutur və spinlərinə görə fərqləndiyinə görə əks istiqamətli oxlarla işarə edilir:
Beləliklə, n, l və ml kvant ədədlərinin eyni qiymətlərində bir kvant qəfəsində maksimum iki (əks-spinli) elektron yerləşə bilər.
Dostları ilə paylaş: |