7. Магнит iндуксийа векторунун сиркулйасийасы
- Cərəyanlı naqillərin qarşılıqlı təsiri maqnit qarşılıqlı təsiri adlanır. Əgər cərəyanlı naqilləri bir birinə paralel yerləşdirsək, onda onlar birini cəzb edəcək və ya dəf edəcək.
· Cərəyanlarının istiqamətləri eyni olan naqillər bir birini cəzb edirlər.
· Cərəyanlarının istiqamətləri müxtəlif olan naqillər bir birini dəf edirlər.
Bu hadisənin izahı yalnız cərəyanlı naqillər ətrafında maqnit sahəsinin olmasıdır.
Cərəyanı I1 olan naqil öz ətrafında maqnit sahəsi yaradır. Bu maqnit sahəsi cərəyanı I2 olan naqilə F2 qüvvəsi ilə təsir edir.
Cərəyanı I2 olan naqil öz ətrafında maqnit sahəsi yaradır. Həmin maqnit sahəsi cərəyanı I1 olan naqilə F1 qüvvəsi ilə təsir edir.
Nyutonun üçüncü qanununa əsasən F1 və F2 qüvvələri bir birinə bərabər və istiqamətcə əksdir:
Dostları ilə paylaş: |