İşıq dəstələrinin asılı olmaması qanunu. Bu qanuna işıq dəstələrinin superpozisiya
prinsipi də deyirlər. Müxtəlif mənbələrdən gələn işıq dəstələri görüşdükdən sonra bir – birini
həyəcanlandırmadan yayılır. Məsələn, fotoaparatın obyektivinə düşən işıq dəstəsinin bir
hissəsinin qarşısını diafraqma vasitəsilə bağladıqda, keçən işıq dəstəsinin yaratdığı xəyalda
dəyişiklik olmur.
İşığın qayıtma və sınma qanunları . İki şəffaf mühiti bir – birindən ayıran səthə düşən
işıq şüası bu səthə normal olmadıqda o iki şüaya ayrılır. ( şəkil 2.1) şüalardan biri bu səthdən
qayıdır, digəri isə sınaraq ikinci mühitə keçir. Mühitləri ayıran səthə perpendikulyar düşən şüa
isə sınmadan və iki şüaya ayrılmadan ikinci mühitə keçir. Güzgü səthinə düşən şüa isə yalnız
birinci mühitə qayıdır.
İki mühit sərhədində baş verən optik hadisələr qayıtma və sınma qanunları üzrə baş
verir.
Qayıtma qanununda deyilir: qayıdan şüa, düşən şüadan və ayırıcı səthə çəkilən