- Demokrit hesab edirdi ki, istənilən əşyanın xarakteri – onun kütləsi, forması və s. onun atomlarınn xassələri ilə təyin olunur. Məsələn, alovda atomlar daha itidir, buna görə də o yanma qabiliyyətinə malikdir. Bərk cisimlərdə onlar kələ-kötürdülər, ona görə də, onlar bir-biri ilə möhkəm əlaqədə olurlar, suda onlar hamardırlar, bu da suyun axmasına imkan verir. İnsan qəlbi (ruhu da) də Demokritə görə atomlardan təşkil olunmuşdur. Demokrit öz hipotezini atomistlik adlandırırdı. Demokrit ilə yanaşı onun müəllimi Levkipp də atomist olmuşdur. Həmin dövrdə atomistlik hipotezinin qəbul olunmamasının səbəbi Demokrit və Levkippdən daha şöhrətli olan Aristotelin (Ərəstu, Ərəstun) atomu qəbul etməməsi idi. O qəbul edirdi ki, Demokritin atom hipotezinin əsas hissəsi olan boşluq mövcud ola bilməz. Hətta o belə bir postulatın müəllifi idi