1. Ъяряйанларын гаршылыглы тясири



Yüklə 1,35 Mb.
səhifə37/91
tarix13.02.2022
ölçüsü1,35 Mb.
#114359
1   ...   33   34   35   36   37   38   39   40   ...   91
fizika imtahan sual və cavabı

38. İstilik şüalanması.

- İstilik şüalanması — Temperaturu mütləq sıfırdan fərqli olan istənilən cisim elektromaqnit dalğaları şüalandırır. Belə şüalanma həmin cismin istilik enerjisinin ehtiyatı hesabına baş verir. Şüalanan cismə kənardan əlavə enerji verilmədiyi halda onun enerji ehtiyatı azaldığından temperaturu get-gedə aşağı düşür. Digər tərəfdən, bu şüalanma hər hansı cisim tərəfindən udulduqda onun istilik enerjisi ehtiyatını artırır - cisim qızır. Elə bunlara görə də həmin şüalanma istilik şüalanması, yaxud temperatur şüalanması adlanır. [1]

İstilik şüalanması bütün digər növ şüalanmalardan fərqli olaraq tarazlıqlı şüalanmadır. Kimyəvi reaksiyalar nəticəsində meydana gələn şüalanma müstəsna olmaqla bütün şüalanma növlərində şüaburaxma, sistemin həyəcanlanmış haldan əsas hala keçməsi nəticəsində baş verir. İstilik şüalanmasını digər növ şüalanmalardan, məsələn lüminesensiyadan fərqləndirən cəhət şüalanma nəticəsində sistemin itirdiyi enerjinin yerini doldurma (şüalanma mənbəyini həyəcanlanmış hala gətirmə) mexanizmidir. İstilik şüalanması zamanı həyəcanlanmış hala keçmə istilik hərəkəti hesabına toqquşan hissəciklərin (atom və molekulların) öz enerjisinin müəyyən hissəsini digər hissəciklərə verməsi nəticəsində baş verir.

İstilik şüalanmasının xarakteri haqqında təsəvvür əldə etmək üçün divarı elektromaqnit dalğalarını keçirməyən qapalı qab daxilində müxtəlif temperaturlu iki cisim fərz edək. Müəyyən zaman keçdikdən sonra belə sistem, yəni qapalı qab daxilindəki cisimlər və cisimlərin buraxdığı şüalanma tarazlıq halına gəlir. Bu halda sistemə daxil olan bütün cisimlərin və qab daxilində meydana gələn şüalanmanın temperaturu eyni olur. Şüalanmanın temperaturu dedikdə, onunla istilik tarazlığında olan cisimlərin temperaturu başa düşülür. Sistemin istilik tarazlığında olması o deməkdir ki, onu təşkil edən cisimlərdən hər birinin vahid zamanda şüalandırdığı enerjinin miqdarı, həmin müddətdə udduğu enerjinin miqdarına bərabərdir. Bu zaman cisimlərin buraxdığı şüalanmanın qab daxilindəki həcmi sıxlığı tarazlıq halının temperaturu

ilə müəyyənləşən sabit qiymətə malik olur. Tarazlıqlı şüalanmanın

enerji sıxlığı və onun spektral tərkibi, qabın həcmindən və formasından, həmçinin qab daxilindəki cisimlərin növündən asılı deyildir. Şüalanmanın

enerji sıxlığı və spektral tərkibi yalnız temperaturdan asılıdır.

Tarazlıqlı şüalanma bircinsdir, izotropdur və polyarlaşmış deyildir. Bu o

deməkdir ki, istənilən nöqtədə tarazlıqlı şüalanmanın enerji sıxlığı və

spektral tərkibi eynidir, bütün yayılma istiqamətləri və sahə gərginlik vektorlarının ({\displaystyle {\vec {E}}}  və {\displaystyle {\vec {H}}} ) bütün rəqs istiqamətləri eyni hüquqludur.[2]

Spektral tərkibini təcrübi yolla öyrənmək məqsədilə tarazlıqlı şüalanma

əldə etmək üçün divarının temperaturu sabit saxlanılan qapalı qabın divarı üzərində çox kiçik deşik açmaq kifayətdir. Həmin deşikdən çıxan şüalanma verilmiş temperaturdakı tarazlıqlı şüalanmadır. Yeganə fərq ondan ibarətdir ki, bu haldakı şüalanma izotrop olmayıb, yalnız verilmiş cisim bucağı daxilində yayılan şüalanmadır. Qabın divarının temperaturunun artırılması ilə deşikdən çıxan tarazlıqlı şüalanmanın təkcə enerjisi deyil, həm də spektral tərkibi də dəyişir.[2]


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin