4.Amper qanunu
- Amper qanunu — elektrik cərəyanı elementində maqnit sahəsinin göstərdiyi mexaniki təsir qüvvəsini müəyyən edən qanun. Maqnit sahəsinin cərəyanlı naqilə etdiyi təsir qüvvəsi (F) maqnit sahəsinin induksiyası B, naqilin uzunluğu L, naqildən keçən cərəyan şiddəti İ və naqil ilə maqnit sahəsinin induksiya vektoru arasındakı a bucağının sinusu ilə düz mütanəsibdir.
5. Lorens qüvvəsi
- Lorens qüvvəsi — maqnit sahəsinin hərəkət edən yüklü zərrəciyə təsir qüvvəsi Lorens qüvvəsi adlanır. Bu ad Niderland fiziki Hendrik Anton Lorensin şərəfinə verilmişdir.
F=qvBsin£
Burada: (q)- yük(v)- yükün sürəti. (B)- maqnit induksiya vektoru
Lorens qüvvəsinin istiqaməti sol əl qaydası ilə təyin olunur. Ümumiləşmiş Lorens qüvvəsinin tənliyi:
F=qE+qvBsin£
Lorens qüvvəsi vektorial kəmiyyətdir.Vahidi [Vb]-veberdir.
Yüklü zərrəcik maqnit sahəsində induksiya xətlərinə paralel istiqamətdə daxil olarsa, Lorens qüvvəsi sıfıra bərabər olur.
Dostları ilə paylaş: |