1. Ъяряйанларын гаршылыглы тясири


Mexaniki və maqnit momentinin kvantlanması



Yüklə 1,35 Mb.
səhifə45/91
tarix13.02.2022
ölçüsü1,35 Mb.
#114359
1   ...   41   42   43   44   45   46   47   48   ...   91
fizika imtahan sual və cavabı

48. Mexaniki və maqnit momentinin kvantlanması

-

49. . Hidrogen atomu. Enerji səviyyələrinin cırlaşması.

- Cırlaşma – кvant mexanikasında verilmiş sistemi (atom, molekul və s.) xarakterizə edən hər hansı fiziki kəmiyyət L sistemin mцxtəlif halları цчцn eyni qiymətə malikdir. L-in eyni qiymətinə cavab verən belə mцxtəlif halların sayı verilmiş kəmiyyətin cırlaşma tərtibi adlanır. Kvant mexanikasında sistemin enerji səviyyələrinin cırlaşması əsas rol oynayır. Belə ki, sistem müəyyən enerjiyə malik olub, müxtəlif hallarda ola bilər. Məsələn: Sərbəst zərrrəcik üçün enerjinin sonsuz cırlaşması mövcuddur. Zərrəciyin enerjisi ancaq impulsun ədədi qiyməti ilə müəyyən edilir, impulsun istiqamяti isə istənilən ola bilər(yəni, sonsuz sayda üsullarla seçilə bilər). Bu misalda əyani surətdə cırlaşma ilə sistemin fiziki simmetriyası arasında əlaqə aşkar olur; bu simmetriya fəzada bütün istiqamяtlərin bərabər hüquqluluğu deməkdir. Xarici sahədə zərrəciyin hərəkəti zamanı cırlaşma bu sahənin quruluşu – onun hansı simmetriyaya malik olması ilə əhəmiyyətli surətdə əlaqədardır. Əgər sahə sferik simmetriyaya malikdirsə, yəni onda istiqamətlərin eyni hцquqluluğu saxlanılırsa, onda zərrəciyin (məs: atomda elektronun) hərəkət miqdarının orbital momentinin, maqnit momentinin və spinin istiqaməti onun (atomun) enerjisinin qiymətinə təsir edə bilməz. Deməli, burada da enerji səviyyələrinin cırlaşması mövcuddur. Lakin əgər belə sistemi H maqnit sahəsində yerləşdirsək, onda, maqnit momentinin istiqaməti onun enerjisinə təsir etməyə başlayır; müxtəlif halların əvvəllr üst-üstə düşən (müxtəlif istiqamətlilər) enerji qiymətləri artıq müxtəlif olur: zərrəciyin maqnit momentinin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində zərrəcik əlavə enerjisini alır ki, bunun da qiyməti maqnit momenti ilə sahənin qarşılıqlı orientasiyasından asılıdır ( H sahə istiqamətinə proeksiyası olub, kvant mexanikasında ancaq diskret qiymətlər alır). Enerji səviyyələrinin “parçalanması”, yəni konkret şəraitdən asılı olaraq cırlaşma tam və ya hissə-hissə aradan çıxır. Maqnit sahəsində enerji səviyyələrinin (atomun, molekulun, kristalların) belə parçalanması zaman effekti adlanır. Səviyyələrin parçalanması xarici elektrik sahəsində də mümkündür (Ştarkeffekti). Beləliklə, cırlaşmanın aradan qaldırılmasına uyğun qarşılıqlı təsirlərin “daxil edilməsi” səbəb olur. Cırlaşmanın mövcudluğu sistemdə bəzi simmetriyaların varlığını göstərir, cırlaşmanın aradan qaldırılması isə sistemdəki simmetriyanın tərtibi fiziki şəraitin dəyişməsi zamanı azalanda baş verir. Yuxarıda göstərdiyimiz misalda sistem başlanğıcda sferik simmetriyaya malik idi (onda seçilmiş istiqamətlər yox idi); xarici maqnit sahəsinin qoşulması istiqaməti seçdi – sahənin istiqamətini, sistemin simmetriyası aşağə düşdü vя sistem aksial, yəni sahə boyunca yönəlmiş oxa nəzərən simmetriyalı oldu. Qarşılıqlı təsirin “xaric edilməsi”, əksinə, sistemin simmetriyasını artırır və cırlaşma meydana çıxır. Bu elementar zərrəciklərin təsnifatı üçün çox vacibdir. Məsələn: elektromaqnit və zəif qarşılıqlı təsirlərə məhəl qoyulmasa (onları“qapasaq”), onda neytronun və protonun xassələri eyni olacaq və onlara bir zərrəciyin – nuklonun iki müxtəlif halı (yalnыz elektrik yükü ilə fərqlənən) kimi baxmaq olar. Onda nuklonun halı ikiqat cırlaşmış olur.


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin