Elementar hissəciklər və ya fundamental hissəciklər — hissəciklər fizikasında bölünməz hesab edilən hissəciklər. Məsələn, foton, kvark. Bu hissəciklər materiyanın və qarşılıqlı təsirlərin kərpicləri hesab olunur. Yaxın zamanlara qədər proton və atom elementar hissəcik hesab edilirdi. Elementar və fundamental sözləri bu termin üçün qarşılıqlı əvəzləyici kimi işlənir.
- Kosmik şüalar — Kainatda sürətlə axan atom nüvəsi və elementar hissəcikdir. Tədqiqatlar göstərmişdir ki, Yerətrafı fəzada kosmik şüaların intensivliyi bütün istiqamətlərdə eynidir. Yerə yaxınlaşdıqda onların intensivliyi en dairəsindən asılı olaraq dəyişir. Onun səbəbi kosmik şüaların tərkibində olan yüklü zərrəciklərin Yerin maqnit sahəsində meyl etməsidir. Kosmik şüaların mənbəyi kainatdır. Yüksək enerjili zərrəciklər, əsasən qalaktik dumanlıqlardan - yeni ulduzların örtüyündə maqnit tormozlanması prosesində yaranır. Onlar Yerə çatana qedər müxtəlif maqnit sahələrindən keçir və ona görə də fəzada bütün istiqamətlərdə bərabər paylanırla