Optikanın əsas qanunları. Tam daxili qayıtma. Optikanın bölmələrindən biri də həndəsi optikadır. İşığın yayılma qanunlarının işıq şüaları
haqqındakı təsəvvürlər əsasında baxıldığı, optika bölməsinə, həndəsi optika deyilir.
Həndəsi optikanın 4 əsas qanunu vardır:
1. İşığın düz xətt boyunca yayılması
2. İşıq dəstələrinin asılı olmaması
3. İşığın güzgü səthdən qayıtması
4. iki şəffaf mühit sərhədində işığın sınması
Bu qanunlara ayrılıqda baxaq:
İşığın düz xətt boyunca yayılması qanunu. Çoxlu sayda təcrübələrin köməyi ilə bu
qanunun doğruluğuna inanmaq olar. Məsələn, nöqtəvi mənbənin qarşısına hər hansı bir qeyri –
şəffaf cisim qoysaq, ekranda həmin cismin kəskin xəyalı (kölgəli) alınar. Bu onunla izah olunur
ki, işıq şüaları mənbədən bütün istiqamətlərdə düz xətt boyunca yayılır.