Əsas fotometrik kəmiyyətlər. Mənbədən şüalanan elektromaqnit dalğaları ilə hər tərəfə enerji daşınır. Bu enerji
közə və yaxud digər qəbuledici cihazlarla etdiyi təsir ilə qiymətləndirilən bəzi kəmiyyətlərlə
əlaqədardır. Ona görə də laboratoriya işlərində işıq dalğaları ilə daşınan enerji, yaxud onunla bu
və ya digər şəkildə əlaqədar olan kəmiyyətləri ölçmək tələb olunur. Optikada belə kəmiyyətlər
fotometrik kəmiyyətlər, onların ölçülməsilə məşğul olan bölməyə isə fotometriya deyilir.
Fotometrik kəmiyyətlərin təyini aşağıdakı təsəvvürlərə əsaslanır.
Fərz edək ki, hər hansı L nöqtəvi işıq mənbəyindən hər tərəfə sferik dalğalar şəklində
işıq seli yayılır (şək.3.1). Hər hansı səthdən vahid zamanda işıq
dalğaları ilə keçən enerji miqdarına işıq enerjisi seli, yaxud işıq
seli deyilir. Təpəsi L nöqtəsində və təpə bucağı
d olan bir konus
çəkək.
d bucağına cisim bucağı deyilir.
Bu konusun içi ilə yayılan işıq seli, mənbədən hər
tərəfə yayılan ümumi işıq selinin bir hissəsini təşkil edir