71. Nüvənin kütləsi və rabitə enerjisi
-
Aparılan çoxsaylı eksperimentlərdən müəyyən edilmişdir ki, nüvənin kütləsi onu təşkil edən nuklonlann (proton və neytronların) kütlələri cəmindən həmişə kiçikdir:
MN < Zmp + Nmn.
|
Bu o deməkdir ki, nuklonların kütlələri cəmi ilə həmin nuklonlardan ibarət nüvənin kütləsi arasında fərq - kütlə defekti mövcuddur: Δm = Zmp + Nmn — MN.
Burada MN - nüvənin kütləsi, Z və N - uyğun olaraq nüvədəki proton və neytronların sayı, mp - protonun kütləsi, mn - neytronun kütləsi, Δm - kütlə defektidir.
Nuklonlar sistemindən nüvə əmələ gələn zaman kütlənin azalması bu sistemin enerjisinin rabitə enerjisi (Erab) qədər azalması deməkdir.
•Rabitə enerjisi - nüvəni sərbəst nuklonlara ayırmaq üçün lazım olan minimum enerjidir. Nüvənin rabitə enerjisini hesablamaq üçün A.Eynşteynin kütlə ilə enerji arasındakı əlaqə düsturundan istifadə edilir:
Erab = ΔE = Δmc2 → Erab [ Zmp + Nmn - Mn] ⋅ c2.
Müxtəlif kimyəvi elementlərin nüvələrinin rabitə eneıjisini hesablamaq üçün proton və nüvə kütlələrinin əvəzinə uyğun olaraq hidrogen atomunun kütləsinin (mH) və kimyəvi elementin atom kütləsinin (Ma) qiymətindən istifadə etmək əlverişlidir. Bu halda rabitə enerjisi: Erab = [ZmH + Nmn — Ma] ⋅ c2.
Enerji ilə kütlə arasında ΔE = Δmc2 düsturuna əsasən 1 a.k.v. - kütlənin 931,5 MeV enerjiyə ekvivalent olduğu müəyyən edilmişdir. Bu nəzərə almarsa, nüvənin rabitə enerjisini belə də yazmaq olar:
Erab = [ZmH + Nmn - Ma] ⋅ 931,5 MeV.
Nüvələrin dayanıqlığı xüsusi rabitə enerjisi adlanan kəmiyyətlə xarakterizə olunur.
•Xüsusi rabitə enerjisi - nüvənin bir nuklonuna düşən rabitə enerjisidir.
ε = Erab
A.
Onun vahidi: [ ε ] = [Erab]
[A] = 1 MeV
nuklon.
Dostları ilə paylaş: |