Maqnit sahəsinin qüvvə xətlərini “görmək” olur. Bundan ötrü
çoxlu sayda maqnit əqrəbini tələb olunan yerdə düzmək lazımdır. Maqnit əqrəbləri maqnit sahəsinin qüvvə xətləri boyunca istiqamətlənir və elə yerləşir ki, maqnit sahəsinin qüvvə xətləri əqrəbin cənub qütbündən daxil olur, şimal qütbündən isə çıxır.
Müəyyən qədər dəmir qırıntısını tələb olunan yerdə (karton və ya kağız üzərində) səpələmək lazımdır. Kartonu bir balaca silkələsək görərik ki, dəmir qırıntıları müəyyən xətlər üzrə düzülür.