84.Harmonik rəqsi hərəkət və onun xarakteristikası
- Harmonik rəqsi hərəkət (yerdəyişmə,sürət, təcil)
Təbiətdəki hərəkətlər icərisində ən çox yayılan periodik hərəkətlərdir.Periodik hərəkətlərə misal olaraq ayrı-ayrı mexanizmlərin, maşın hissələrinin,planetlərin və Günəşin öz oxu ətrafındakı hərəkətini və s. göstərmək olar. Bu periodik hərəkətlər içərisində xüsusi yer tutan harmonik rəqsi hərəkətdir. Harmonik rəqsi hərəkəti yaydan asılmış kürənin hərəkətində, maddi nöqtənin çevrə boyunca hərəkəti zamanı almaq olar. Fərz edək ki, maddi nöqtə çevrə boyunca bərabər sürətli hərəkət edir. t=0 olduqda maddi nöqtə A vəziyyətindədir. t zaman fasiləsindən sonra nöqtə -də olmuşdur. Bu halda radius bucağı qədər dönmüşdür.
Şəkildə göründüyü kimi maddi nöqtə A –dan B-yə gəldikdə onun BD diametr üzərindəki proyeksiyası O-dan B-yə doğru, B-dən C-yə gəldikdə proyeksiya B-dən O -ya doğru və i.a.yerini dəyişəcək.
Beləliklə, maddi nöqtə çevrə boyunca bərabər sürətli hərəkəti zamanı, onun BD diametri üzərindəki proyeksiyası O nöqtəsi ətrafında rəqsi hərəkətdə olur. Bu halda O-nöqtəsi tarazlıq vəziyyəti, tarazlıq vəziyyətindən olan maksimum uzaq-laşmaya rəqsin amplitudu deyilir.
|
|
Maddi nöqtənin bir tam rəqsinə sərf olunan zamana rəqsin periodu,bir saniyədəki rəqslərin sayına tezlik deyilir. İndi isə harmonik rəqsi hərəkətdə olan nöqtənin yerdəyişməsini, sürətinin və təcilinin tənliyini hesablayaq.
; , -olduğundan (1) alınar.
(1) – yerdəyişmə tənlikləridi
Dostları ilə paylaş: |