1. Yer üzərində həyatın yaranmasının inkişaf tarixi



Yüklə 0,97 Mb.
səhifə11/30
tarix02.02.2023
ölçüsü0,97 Mb.
#122894
1   ...   7   8   9   10   11   12   13   14   ...   30
insan ekologi muh (1)

Antropogen ekosistemlər isə tamamilə başqa cür fəaliyyət göstərir. Bura 3-cü tipə aid olan ekosistemlər yalnız Günəş enerjisi hesabına deyil, həmçinin insan tərəfindən təşkil edilmiş (verilmiş) yanacaq formasında dotasiyanın hesabına qida məhsulları və lifli materiallar istehsal edən aqroekosistemlər, akvakulturlar daxildir.
Bu sistemlər təbii sistemlərə oxşayır, çünki vegetasiya dövründə mədəni bitkilərin inkişafı təbii proses olub onlara təbii Günəş enerjisi ilə həyat verilir. Lakin torpaq hazırlığı, səpin, məhsulun yığılması və s. insanın enerji sərfidir. Həm də, insan praktiki olaraq təbii ekosistemi bütövlüklə dəyişir, hər şeydən əvvəl ekosistemi sadələşdirir, yəni növ müxtəlifliyi azalır və bəzən güclü sadələşmiş monokultura sisteminə çevrilir
Müasir kənd təsərrüfatı ilbəil ekosistemləri suksessiyanın daim erkən mərhələlərində saxlamağa imkan yaradaraq, bir və ya bir neçə bitkidən (məsələn, qarğıdalı, buğda, noxud və s.) maksimal ilkin məhsul əldə etməyə cəhd göstərir. Kəndli baha qiymətə yüksək məhsul əldə edə bilir. Belə qiymət alaqlarla mübarizə, mineral gübrələr, torpaq hazırlığı və b. işlərlə əlaqədardır (enerji axını orta hesabla 20 kkal/sm2⋅ il).
Yeni davamlı növlərin, məs., ot növlərinin peyda olması təbii suksessiya proseslərinin nəticəsidir. Biz alaq adlandırdığımız «pioner» bitki növləridir, ziyanvericilər – həşəratlar və digər heyvanlardır, xəstəlik törədicilər isə – mikroorqanizmlərdir. Alaq otları, ziyanvericilər və xəstəlik törədicilərlə aktiv mübarizə aparılmazsa, bütün məhsul məhv olar.
Heyvandarlıq da ekosistemin sadələşməsinə gedən bir yol sayılır, insan özü üçün faydalı kənd təsərrüfatı heyvanlarını (inək, camış, toyuq və s.) qoruyub, qida resurslarına rəqib çıxan otyeyən vəhşi heyvanları və ev heyvanlarını məhv edən yırtıcıları yoxa çıxarır.
Cavan, məhsuldar ekosistemlər monotip növ tərkibinə malik olduğu üçün çox zəif olur. Belə ki, hər hansı bir fəlakətli hadisə, məsələn, quraqlıq baş verərsə, genotip dağıldığından belə ekosistemlər bir də bərpa olunmur. Lakin bəşəriyyətin həyatı üçün onları saxlamaq vacibdir. Odur ki, vəzifəmiz, sadələşdirilmiş antropogen ekosistemlər və onunla qonşuluqdakı daha mürəkkəb, zəngin genofonda malik olan təbii ekosistemlər arasında balansı saxlamaqdır.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin