1. Yer üzərində həyatın yaranmasının inkişaf tarixi



Yüklə 0,97 Mb.
səhifə13/30
tarix02.02.2023
ölçüsü0,97 Mb.
#122894
1   ...   9   10   11   12   13   14   15   16   ...   30
insan ekologi muh (1)

Səhiyyə – qoruyucu zonası sənaye və nəqliyyat obyektlərinin ətraf yaşayış yerlərinə mənfi təsirini azaltmaq üçün müəyyənləşdirilir.
Səhiyyə-qoruyucu zonanın ərazisində və müəssisələr arasında mövcud yaşıllıqlar saxlanmalı və onların sahəsi daha da artırılmalıdır. Səhiyyə-qoruyucu zonada və sənaye müəssisələri arasında qaza-toza dözümlü ağac cinslərindən istifadə olunmalıdır
Kommunal-anbarların yerləşdiyi zona – ticarət anbarlarının (ümumi, ixtisaslaşdırılmış və s.), tərəvəz, kartof və meyvə anbarları; nəqliyyata xidmət edən (tramvay deposu, avtobus, trolleybus və taksimotor parkları, 135 tədarük maşınları parkı); məişət xidməti müəssisələri (camaşır fabriki, kimyəvi təmizləmə fabriki); təkrar xammalın istifadəsi müəssisələri, maddi-texniki təchizat və s. Kommunal-anbar zonası yaşayış ərazisindən aralı yerləşdirilir, imkan daxilində bu məqsədlə sənaye müəssisələrinin səhiyyə-mühafizə ərazisindən istifadə olunur. Xarici nəqliyyat zonası. Bu zona nəqliyyat qurğularının yerləşdirilməsinə xidmət edir (sərnişin və yük stansiyaları, limanlar, gəmilərin yan alması üçün körpü və s.). Meşə-park və yaşıllıq zonası. Bu zona müasir şəhərlərdə yaşıl ağaclıqların başlıca sanitar-gigiyena, rekreasiya, quruluş-planlaşdırma, bədii dekorativ, estetik funksiyları daşıyır.
Yaşıllıqlar havanı nəqliyyat və sənaye müəssisələrinin buraxdığı zəhərli qazlardan və tozdan təmizləyir, havanın rütubətliyini artırır, küləyin sürətini zəiflədir, nəqliyyatın səs-küyünü azaldır, yayın qızğın vaxtlarında sərinlik yaradır. Bununla yanaşı, yaşıl xiyabanlar, bağlar, yolkənarı yaşıllıqlar, parklar, şəhər, qəsəbə və digər yaşayış məntəqələrinin abadlaşdırılması və memar-bədii tərtibatının mühüm elementlərindən biri sayılır. Yaşıl ağaclıqlar şəhər ərazisində mikroiqlimi yaxşılaşdırır, açıq havada istirahət üçün əlverişli şərait yaradır, torpağın, binaların divarlarının, asfaltın hədsiz qızmasının qarşısını alır. Qızmar havada bağda kölgəlikdə açıq sahəyə nisbətən temperatur 7-80 C aşağı olur. Yay günü küçədə havanın temperaturu 300 C-dən yüksəkdirsə, mikrorayonun bağında termometr 22-240 C-ni göstərir
Bir çox bitkilər fitonsid deyilən bioloji aktiv maddələr əmələ gətirir. Bu maddələr antibiotik xassəsi daşıyıb havadakı bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saflaşdırır. Şam, ardıc, qovaq, cökə, tozağac, palıd, dəfnə, qaraçöhrə xəstəlik törədən virusları, mikrobları azvay (aloya), sarımsaq, soğan və istiotdan da tez məhv edir.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin