1. Yer üzərində həyatın yaranmasının inkişaf tarixi



Yüklə 0,97 Mb.
səhifə17/30
tarix02.02.2023
ölçüsü0,97 Mb.
#122894
1   ...   13   14   15   16   17   18   19   20   ...   30
insan ekologi muh (1)

Alkoqolizm spirli içkilərin tez-tez və həddindən artıq istifadə edilməsi və onlara hədsiz hərislik nəticəsində başlayan xəstəlikdir. Alkoqol narkotik zəhərlərə aiddir. Bir kq kütləyə 7-8 qram təmiz alkoqol dozası insan üçün ölüm deməkdir. Xroniki alkoqolizm bir sıra fiziki və psixi vəziyyətin davamlı dəyişikliklərlə əsəb elementlərinin degenerasiyası, qaraciyər və böyrək pozuntuları ilə müşayiət olunur, çox vaxt psixi deqradasiyaya – yaddaşın və iş qabiliyyətinin aşağı düşməsinə, öz vəzifəsinin, məsuliyyətinin itirilməsinə, bəzən psixi xəstəliklərə – sayıqlama və qarabasma («belaya qoryaçka»), psixoza, içki düşkünlüyünə (zapoy) səbəb olur.
Alkoqolun qəbul edilməsinə görə Rusiya tanınmış lider olan Fransanı ötərək, dünyada birinci yeri tutur. 1960-cı ildən sonra Fransada alkoqol içkilərdən istifadə tədricən azaldıldı. Rusiyanın alkoqol içkilər üzrə Fransanı ötməsi, aşağı keyfiyyətli içkilər, arağın şərabdan üstünlüyü hesabına olur, həm də ruslar içkini bir oturuma, yüksək doza ilə, fransızlara nisbətən keyfiyyətsiz və az «qəlyanaltı» ilə qəbul edirlər.

Mövzu: 9. Səsin,orqanizmə təsiri. Stress .
Səs tezliyi 20 hs-lə 20000 hs arasında olan və ixtiyari elastik mühitdə yayılan mexaniki dalğadır. Tezliyi 20 hs-dən aşağı olan səs infrasəs, 20000 hs-dən yuxarı olan səs ultrasəs, 109 -1013 hs olan səs hipersəs adlanır. Səsin əsas xarakteristikası onun spektridir. Spektrdə əsas tezlik səsin ucalığını, harmonik toplananlar çoxluğu səsin tembrini təyin edir.
Müasir ekologiyanın qlobal problemləri arasında akustik (səs) çirklənməsi ən həyəcanlı problemlərdən sayılır, çünki insanlara digər faktordan, məsələn, ozon qatının dağılması, turşulu yağışlardan az təsir göstərmir. Əlverişsiz akustik təsiri planetimizdə bu və ya digər dərəcədə hər iki adamdan biri hiss edir. Sənayeyə yeni intensiv texnologiyanın geniş tətbiqi, avadanlıqların gücü və sürəti, bir sıra yer, hava və su nəqliyyatından geniş istifadə olunması, müxtəlif elektrikləşdirilmiş məişət avadanlıqlarının hər yerdə tətbiqi insanın işdə, məişətdə, istirahət yerlərində, hərəkət etdikdə və s.-də insan bir çox zərərli səslərin təsirinə məruz qalır. Səsin akustik tərəddüdünün (titrəyişinin) intensivliyi, loqarifmik şkala üzrə destiballarla (dBA) ölçülür. O (sıfır) dBA-ı küləksiz havada qışda meşə yaradır. 1 dBA-lı səs çox yaxşı eşitmə qabiliyyətinə malik olan adam tərəifndən çətinliklə eşidilir. İnsanın normal tənəffüsündən yaranan səs 10dBA ilə qiymətləndirilir. Səsin belə səviyyəsi normal eşitmə qabiliyyəti olan adamların hamısı tərəfindən eşidilir. Pıçıltı 20 dBA səs yaradır. 25-30 dBA intensivlikli səsdə istirahət və yuxu mükəmməl sayılır. Müəssisə və idarələrdə səs 40-60 dBA-ya qədər yüksəlir. Bəzi səsli müəssisələrdə adamlar 70 dBA səsdə işləyir. Həddindən yüksək səs zərərlidir. Ağrı həddi adətən 120-130 dBA arasında olur, bundan sonra bilavasitə eşitmə aparatı zədələnə bilər. Səhiyyə normalarına uyğun olaraq binalar arasında gündüz saatlarında səsin səviyyəsi 55 dBA-nı, gecə (saat 23-dən səhər 7-yə kimi) – 45; mənzillərdə uyğun olaraq 40 və 30 dBA-nı keçməməlidir.
İsveçrə tədqiqatçılarının məlumatına görə «səs çirklənməsi» hazırda bütün şəhərlərə xasdır və burada insanların ömrünü 10-12 il qısaldır. Təcrübələr göstərir ki, yüksək səs bitkinin inkişafına da əlverişsiz təsir göstərir. İri şəhərlərin əhalisi (60%-dən çoxu) akustik çirklənmə şəraitində yaşayır, çirklənmə parametri yol verilən həddi keçir.
Yeniyetmələr üçün pleyerlər və diskotekalar xüsusilə təhlükə yaradır. Skandinaviya alimləri belə nəticəyə gəlmişlər ki, hər beşinci yeniyetmə ağır eşidir, lakin çox vaxt bunun səbəbini anlamır. Səbəbi isə pleyerlərdən sui istifadə və diskotekalardakı səs-küydür. Fransız mütəxəssislərinə görə, pleyer təsrində eşitmənin pozulması gənclərdə müşahidə olunur və pleyerdən sonra bu adamlar eşitmə aparatına keçməlidir. Bakının şadlıq evlərində musiqi səsinin səviyyəsi demək olar ki, diskotekalardakı səsin səviyyəsinə yaxındır. Burada eşitmənin pisləşməsinin ilk simptomunu «toy» effekti adlandırmaq olar. Çoxsaylı insanların toy məclisində gur səsin təsirindən yanında əyləşən ayrı-ayrı məclis iştirakçılarının danışıq səsini və nitqini qarışıq salırsan, bilmirsən kim nədən söhbət edir, nə üçün gülür, pis vəziyyətdə qalırsan. Toydan çıxanda elə bil başın şişir, süstləşirsən, o gecəni yata bilmirsən, səhər isə iştahan olmur, əzgin halda durub evdən çıxmağa çalışırsan. Sonralar isə çoxsaylı görüşlərdən kənarlaşmağa çalışırsan, bu isə insanı sosial təcrid olunmağa, təklənməyə aparır. Musiqinin səsi ucaldıqca orqanizmdə çoxlu miqdarda stres hormonları, məsələn adrenalin yaranır. Bu zaman qan damarları daralır, bağırsağın fəaliyyəti ləngiyir. Sonralar isə bütün bunlar ürəyin və qan dövranının fəaliyyətini də pozur. Bu həddindən artıq yüklənmə infarkta səbəb ola bilər.
Səs, ümumi bioloji qıcıqlandırıcı olub insan orqanizminin bütün orqanlarına və sisteminə təsir göstərərək müxtəlif fizioloji dəyişkənliklər əmələ gətirir. Bu təsir həm spesifik xarakter (eşitmənin dəyişməsi) daşıyır, həm də qeyri spesifik hadisələr (qan təzyiqinin yüksəlməsi, diqqətin və yaddaşın zəifləməsi, gözlərin yorğunluğu), psixi-fizioloji göstəricilərin (qıcıqlanmanın artması, yuxunun pozulması, həmçinin məktəbə hazırlığın aşağı düşməsi) pozulması şəklində özünü göstərə bilər.
. Bəzi adamlar səsə qarşı xüsusi hissiyata malikdir. Səs ürək-damar sistemi stresinin potensial faktoru sayılır. Aviasiya və nəqliyyat səsi həm gündüz, həs də gecə vaxtları bütün dünyada qəbul edildiyi kimi, qan təzyiqinə təsir göstərir. Magistral nəqliyyatının və aeroportun yüksək səviyyədə səsinin təsiri nəticəsində uşaqlarda sistoloji və diostoloji qan təzyiqinin yüksəlməsi müəyyən edilmişdir. Bir sıra mənbələrdən yaranan səsin gündəlik təsiri fizioloji sistemlər bərpa olunduğu istirahət dövründə əhalinin sağlamlığına pis təsir göstərə bilər. Fasiləsiz yüksək səs qan təzyiqinin qalxmasına, ürək döyüntüsünün qısalmasına, qan damarlarının daralmasına, qanın əzələlərə, beyinə və digər orqanlara verilməsinin güclənməsinə səbəb olur. Səsin təsiri nəticəsində beyin maddələrində adrenalinin və noradrenalinin ayrılması arta bilər. Məlum olduğu kimi, adrenalin ürəyin fəaliyyətinə təsir göstərir, sərbəst turşu və qanın ayrılmasına şərait yaradır. Beyin qabığına daxil olan səs zamanı qıcıqlanma orada gedən əsəb proseslərini dəyişdirir. Əgər səs çox güclü olarsa və ya uzun müddət təsir göstərərsə, beyin qabığının hüceyrələrində həddindən artıq həyəcan başlayır. Bu zaman əsəb hüceyrələrinin iş fəaliyyətinin hüdudu pozulur və bu hüceyrələrin qıcıqlandırmaya cavab reaksiyasının xarakteri dəyişir. Zehni əməklə məşğul olan adamlarda məişət səslərinin təsirindən qan təzyiqi yüksəlir.
Hətta ana bətnində olan körpə də səsin zərərli təsirindən mühafizə oluna bilmir. Nəzarət olunmayan səs insanın dərk etmə fəaliyyətinə böyük ziyan vura bilər, onun həyəcanını artırar, vəzifəsini yerinə yetirərkən strategiyasını dəyişə bilər, ona diqqəti azalar. •
Səsin yuxuya təsiri. Yuxu prosesində insan orqanizminin bütün sistemi bərpa olunur. Səsin daim təsiri zamanı belə funksiyalar, yəni beynin aktivlik funksiyası və yuxu zamanı ürək-damar sistemi üçün dinclik dövrünün təmin olunması pozulur. Yuxunun keyfiyyətinin aşağı düşməsi gündüz vaxtı insanın fəaliyyətinə pis təsir göstərə bilər. Məişət səsi yuxunu xeyli pozur. Fasiləli və qəflətən olan səslər, xüsusən axşam və gecə saatlarında hələ təzə yuxuya getmiş adamlara səs olduqca pis təsir göstərir. Bu, təzə yuxuya gedən adamın «hipnoz» fazası vəziyyətində olması ilə izah edilir. Yuxu vaxtı qəflətən olan səs (yük maşınının gurultusu, radionun ucadan səsi) çox vaxt, xüsusən, uşaq və xəstələrdə qorxu yaradır. Səs yuxunun davamiyyətini və dərinliyini azaldır.
Səs yuxunun müxtəlif mərhələlərinə təsir göstərir. Belə ki, yuxunun yuxugörmə ilə müşayiət olunan paradoksal mərhələsi, ümumi yuxu dövrünün 20%-dən az olmur; yuxunun bu mərhələsinin qısalması əsəb sisteminin və zehni fəaliyyətin ciddi pozulmasına səbəb olur. Dərin yuxu mərhələsinin qısalması hormonal pozuntulara, depressiyaya və digər psixi pozuntulara səbəb olur. 50 dBA intensivlikli səsin təsirindən yuxuya getmə müddəti bir saat və daha çox uzanır, yuxu çox səthi (ötəri) olur, oyandıqdan sonra isə adam özünü yorğun hiss edir, başı ağrıyır, çox vaxt isə ürəyi döyünür. Əmək günündən sonra normal istirahət olmadıqda, işdən sonra olan yorğunluq aradan götürülmür, tədricən xroniki süstlüyə keçir və bir sıra xəstəliklərin (əsəb sisteminin pozulması, hipertoniya xəstəliyi) əmələ gəlməsinə səbəb olur. • Səsdən mühafizənin əsas istiqamətləri.
Ətraf mühitin akustika çirklənməsini aşağı salmaq məqsədilə aşağıdakılardan istifadə edilir: • Çoxsəsli mənbələr texnologiyası azsəslilərlə əvəz olunmalıdır; • Səs mənbəyi şüalanmasının istiqamətinin dəyişdirilməsi; • Mənbəyindən başlayaraq mühafizə olunduğu yerə qədər səsin yayıldığı yolda intensivliyinin azaldılması; • Səs aqreqatlarında, nəqliyyatda səsdən mühafizə olunması üçün kompleks tədbirlərin görülməsi; • Yaşayış tikintilərində arxitektur-planlaşdırma işləri; • Təşkilati tədbirlər; • Qəbul edilən səsin keyfiyyətinin yaxşılaşdırılması; • Yeni akustik texnologiyanın tətbiqi;



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin