1. Yer üzərində həyatın yaranmasının inkişaf tarixi


Mövzu: 10. Şəhər əhalisinin sıxlığı. Urbanizasiua



Yüklə 0,97 Mb.
səhifə18/30
tarix02.02.2023
ölçüsü0,97 Mb.
#122894
1   ...   14   15   16   17   18   19   20   21   ...   30
insan ekologi muh (1)

Mövzu: 10. Şəhər əhalisinin sıxlığı. Urbanizasiua.

Urbanizasiya və ya şəhərlərin və şəhər əhalisinin sürətlə artması mühüm ümümdünya problemlərindən biri sayılır. Yer əhalisi dəqiqə ərzində 150 adam, hər gün – 220 min, il ərzində isə – 80 milyon adam artır. Dünyanın inkişaf etməkdə olan ölkələrinin əhalisinə gün ərzində 150 minə yaxın adam əlavə olunur.


Əgər bizim eranın əvvəlində planetin əhalisi cəmi 175 mln nəfər olmuşdursa, hal-hazırda bu rəqəm 7 mlrd-ı ötüb keçmişdir.
BMT-nin Əhali Fondunun məlumatlarına görə 2050-ci ildə dünya əhalisinin sayı 9 mlrd nəfərə çatacaqdır. Bu vaxt Hindistanda əhalinin sayı 1,5 mlrd-a çatacağı gözlənilir.
Hal-hazırda rekordsmen Çin (1,3 mlrd) ikinci yerə enecək. Bunun səbəbi dövlət tərəfindən həyata keçirilən domoqrafik siyasətdir. BMT-nin ekspertlərinin fikrincə əhali artımı əsasən inkişaf etməkdə olan ölkələrdə daha yüksək olacaqdır. Bu ölkələrin əhalisinin sayının 2050-ci ildə 4,8 mlrd-dan 9 mlrd-da çatacağı gözlənilir. Belə artım bir çox problemlərin yaranmasına: ərzaq, xammal, enerji çatışmazlığı və müxtəlif ekoloji böhranlara səbəb olacaqdır.

Eyni zamanda ekspertlər bəzi ölkələrdə əhalinin sayının azalacağını ehtimal edirlər. Bu ölkələrə Almaniya, Rusiya, Yaponiya və s. aiddir.


Urbanizasiyanın inkişafı ümumi əhali məskunlaşmasına nisbətən şəhər əhalisinin sıxlığı ilə yanaşı, onun həyat tərzinə münasib proses kimi formalaşır. O - miqrasiyanın tərkib hissəsi olub, kənd əhalisinə nisbətən şəhər əhalisinin artmasıdır. Urbanizasiyanın intensivliyi şəhərin iqtisadi, sosial, mədəni, elmi, maarif, əhaliyə xidmət sahələrinin inkişafı ilə sıx uzlaşma şəraitində baş verir. Urbanizasiya prosesi demoqrafik artımdan sürətlə inkişaf edir.

Demoqrafik partlayışın və urbanizasiyanın səbəbləri ayrı-ayrı ölkələrdə müxtəlif olmuşdur. XVIII əsrin ortalarından başlayaraq və XIX əsrin başlanğığına kimi Yer əhalisinin sayının artması hazırda inkişaf etmiş kateqoriyasına aid edilən ölkələrdə, yəni ABŞ və Böyük Britaniyada olmuşdur. Lakin XX əsrin ortalarından etibarən dünyada əhalinin sayının artmasını inkişaf etməkdə olan ölkələr təyin edir, bunun əsas səbəbi bu ölkələrdə social inkişafla bağlı olmuşdur. Belə ki, ölüm hadisəsi nisbətən sürətlə aşağı düşmüş, doğum isə əhalinin sağlamlığının yüksəlməsilə əlaqədar çoxalmışdır. Bununla yanaşı dünya cəmiyyətinin inkişaf etməkdə olan ölkələrinə hərtərəfli yardım göstərilməsi epidemiyanın azalmasına və bütövlüklə tibbi xidmətin yaxşılaşmasına şərait yaratmışdır. Hazırda əhalinin yüksək artım tempi Afrika və Mərkəzi Amerikada- ildə 3% -ə yaxın, Cənubi Amerikada – 2,2%, Asiyada 1,8% təşkil edir.


Əhalinin artımı digər mühüm proses olan urbanizasiya – əhalinin şəhərlərdə cəmləşməsi və meqalopolisin əmələ gəlməsidir.
Şəhərlərin böyüməsi, şəhər əhalisinin xüsusi çəkisinin artması, şəhər həyat tərzinin və şəhərlərin rolunun artması urbanizasiya adlanır. Ölkənin urbanizasiya səviyyəsi şəhər əhalisinin xüsusi çəkisi ilə ölçülür.

Urbanizasiyanin səviyyəsinə görə dünya ölkələri üç qrupa bölünür. şəhər əhalisi ümumi əhalinin 50%-dən çoxdur. İEÖ-də urbanizasiyanin səviyyəsi orta hesabla 73%-dir. Orta urbanizasiya səviyyəsinə malik olan ölkələrdə şəhər əhalisi ümumi əhalinin 20-50% arasında dəyişir.


İEOÖ-də onun sayı orta hesabla 34%-dir. Urbanizasiya səviyyəsinin aşağı olduğu ölkələrdə şəhər əhalisi ümumi əhalinin 20%-dən az olur. Bu qrupa daxil olan dünyanın nisbətən zəif inkişaf etmiş ölkələrdir. Bunlar əsasən Afrikada yerləşir.
İEOÖ-də şəhərlər ərazi cəhətdən sürətlə böyüyür. Bu zaman şəhər əhalisinin sayı onun sosial-iqtisadi inkişafına nisbətən daha yüksək templə artır, şəhərlərin ətrafında yoxsulların məhəllələri yaranır. Buna yalançı urbanizasiya deyilir. Yalançı urbanizasiyanın əsas əlamətlərindən biri də şəhər əhalisinin xüsusi çəkisinin istehsal və qeyri-istehsal sahələrində çalışan iqtisadi cəhətdən fəal əhalinin xüsusi çəkisindən həddən artıq çox olmasıdır.
Urbanizasiya cəmiyyətin inkişafının bütün sahələrində mütərəqqi rol oynayır. Bu prosesdə əhalinin artımı üçün müsbət şərait yaranır, kənd yerlərində yaranan əhali artımı işçi qüvvəsi kimi şəhərlərdə cəmləşir, müxtəlif peşələrə yiyələnərək daha məhsuldar əməklə məşğul olur. Ona görə belə ölkələrdə əhalinin ümumi artımı əsasən şəhər əhalisinin hesabına gedir. Belə ölkələrdə urbanizasiya demoqrafik proseslərin tənzimləyicisi rolunu oynayır. Ürbanizasiyanın bilavasitə iki əsas səbəbi vardır: 1) Şəhərlərə kənd yerlərindən, həmçinin digər ölkələrdən əhalinin miqrasiyası; 2) Şəhərlərdə doğum hadisəsinin ölümdən çox olması.
Əvvəllər təxminən dünya əhalisinin üçdə biri şəhərlərdə yaşamışdır. 2000-ci ildən sonra dünya əhalisinin yarıdan çoxu şəhərli olur, 2020-ci ildən isə şəhər əhalisi dünya əhalisinin demək olar ki, üçdə ikisini təşkil edir.
Şəhər əhalisinin sayının artımının 90%- ə qədəri inkişaf etməkdə olan ölkələrin hesabına gedir. Afrika və Asiyanın əhalisinin üçdə biri hazırda şəhərlərdə yaşayır, 2025-ci ildə bu rəqəm 50%-ə çatacaqdır.
Şəhər əhalisinin artımı şəhərdən-şəhərə və ölkədən-ölkəyə doğru daha güclü gedir.
Əhalisi 8 milyondan artıq olan meqalopolis 1950-ci ildə dünyada cəmi iki olmuşdur. Nyu-York - əhalisinin sayı 12,3 mln. və London – 8,7 mln. olmuşdur. 1990-cı ildə belə meqalopolislərin sayı 21 olmuşdur, onun 16-sı inkişaf etməkdə olan ölkələrin payına düşür, 2025-ci ildə meqalopolisin sayı 33, o cümlədən 27-si inkişaf etməkdə olan ölkələrdə olacaqdır.
Şəhər ərazilərinin, xüsusən meqalopolislərin antropogen dəyişmə dərəcəsi olduqca yüksəkdir. Şəhərin təbii landşaftları çox primitiv olub bura parklar, xiyabanlar, bəzən süni salınmış meşəliklər, dəniz və çay sahilləri daxil olur. Sadə və davamsız ekosistemlərdə faunadan yalnız ayrı-ayrı quş və heyvan növləri qalır, insan fəaliyyəti tullantılarından parazitlik edən heyvanlar, (siçovul), quşlara (qarğalar) və həşaratlara (tarakanlar-tətbəx böcəkləri) çox rast gəlinir.
Böyük şəhərlərdə havanın sənaye müəssisələri və nəqliyyat vasitələri və s. ilə çirklənməsi böyük ekoloji problemlər yaradır.
Şəhərlərin inkişafı ilə əlaqədar bir çox problemlər meydana çıxır. Bu problemlərə əhalinin işlə təminatı, sosial səviyyəsinin pisləşməsi və onların ətraf mühitə antropogen təsirlərinin yüksəlməsi və s.-ni aid etmək olar. Bir çox şəhərlərdə əhalinin sıxlığı optimal həddi aşaraq 3000 adam/hekta- ra çatmışdır. Bu say daha da artmaqda davam edir vo istehsalın, energetika, kommunal təsərrüfat sahələrinin texnogen təsirinin artmasına səbəb olur.

Nəticədə ətraf mühit həddən artıq çirklənir, tarixi binalar korlanır bir çox digər istiqamətli problemlər yaranır. Müasir şəhər təkcə külli miqdarda insanların yaşayış məntəqəsi yox, o, həmçinin ətraf mühitə təsir edərək onun dəyişməsinə səbəb olan güclü bir sistemdir. Şəhərlər meşələrdən uzaqlaşır, torpaqlar insanların istifadəsinə verilir, çayların suları şəhərlərə istiqamətləndirilərək tanınmaz hala düşür və s. proseslər gedir.


Şəhər və ya urbanizasiya ərazilərinə aşağıdakı xüsusiyətlər aiddir:
- şəhər özünəməxsus biokimyəvi əyalətdir və ərazilərdə maddələrin toplanması baş verir. Onların kimyəvi tərkibi burada olan müəssisələrin profilindən asılıdır;
- şəhərlərdə atmosferin şəffaflığı aşağı, toz və s. çox olur. Bu isə ultura-bənövşəyi şüaların yer səthinə çatmasına imkan vermir. Bəzi şəhərlərdə gün ərzində yer səthinə 500- 1500 kq/km2 toz düşür;
- eyni regionda kənd yerlərində bu göstərici 5-15 kq/km2-i keçmir;
- şəhərlər üçün havanın normadan artıq quruması səciyyəvidir. Orta enliklərdə illik temperatur ətraf ərazilərə nisbətən l-2°C-dən çox olur. Küləksiz havada bəzən gecə temperaturu ətraf ərazilərə nisbətən 6-8°C çox ola bilər;

- havanın tozlu olması su buxarının tez kondensasiya olmasına şərait yaradır. Bunun nəticəsində bəzən şəhərdə ətraf ərazilərə nisbətən 10% yağıntı çox ola bilər.


- atmosferdə daha çox mikroorqanizmlər olur,atmosferin özünütəmizləmə qabiliyyəti daha aşağı olur;
- şəhərlərdə su dövranı tamamilə pozulur. Böyük ərazilərdə yağıntılar torpağa hopmur, qurunt sularının atmosfer yağıntıları vasitəsilə qidalanması azalır;
- şəhərlərin sahilində yerləşən çay, göl və dənizlər daha çox çirklənir və bu suların özünü təmizləmə qabiliyyəti kütləşir;
- şəhərlər çoxlu təmiz su istehlak edir və ətraf su hövzələrinə çoxlu çirkab suları axıdır.
Şəhərlərdə bir sıra ciddi ekoloji problemləri, o cümlədən suyun keyfiyyət problem yaranır. Şəhərin düzən relyefi ilə əlaqədar kanalizasiya sistemi açıq kollektor şəbəkəsi olub məişət çirkablarını toplayır. Belə bir sistem şəhərin əhalisi yarım milyon olan vaxt tikilərkən effektli olmuş. Sonradan isə i bu kanalizasiya sistemi sayı 12 milyona çatan şəhər əhalisinin həyat fəaliyyətinin məhsullarının tullantılarına cavab verə bilmir. Burada çirklənmə yalnız yerin səthində deyil, hətta yeraltı sulara keçərək su təchizatında ciddi təhlükə yaradır. Belə şəhərlərdə çirkli sudan istifadə edilməsi nəticəsində mədə-bağırsaq xəstəlikləri baş verir.
Səhərlərin əhalisinin sıxlığı sistemlərə antpogen təsirin əsas dərəcə göstəricisi hesab olunur. Bu təsir şəhərin salındığı yerdən, adət-ənənədən, nəqliyyat və digər şəraitdən asılı olaraq dəyişir. Şanxay və Kalkuttanın bəzi rayonlarında əhalinin sıxlığı hektarda 800-1000 nəfər/ təşkil edir. ABŞ –ın şəhərlərində isə göstərici 70 nəfər//ha və daha aşağıdır.
Urbanizasiyanın aspektləri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə müxtəlifdir. Kasıb ölkələrin şəhərlərinin sürətlə (tez) böyüməsi ətraf mühitə kəsgin təzyiq göstərir. Bununla bərabər şəhərin yaşaması onsuz mümkün olmadan həyattəminedici sistemlərin hamısı həddən artıq yüklənmiş olur, onların inkişafı əhalinin artımını təmin etməyə çatışmır.
Bunlara su təchizatı, kanalizasiya, zibilin toplanması və təkrar işlənməsi, elektrik enerjisi təchizatı və s., həmçinin təhsil sistemi, tibbi yardım və sosial təminat aiddir. Bunun nəticəsində şəhər əhalisinin yaşayışı və sağlamlığına təhlükəli vəziyyət yaranır. Şəhər zibilinin 30…66%-i yığılmır. Zibillər, xüsusən ən kasıb əhali yaşayan zonalarda (məhəllələrdə) toplanıb qalır. Belə zonalar şəhərə bənzəmir, lakin məhz bu ərazilərdə əhalinin böyük hissəsi yaşayır, onları yalnız «şərti» olaraq şəhərli saymaq olar.
Şəhər sistemləri xeyli su kütləsini, ərzağı və yanacağı istifadə edərkən, onları dəyişdirərək tullantılara çevirir. Bu zaman inkişaf etmiş ölkələrin şəhərləri həyattəminedən sistemlərin xidmətindən olduqca yüksək dərəcədə istifadə etməsilə fərqlənir.
Nyuyorkun orta statik bir sakini Bombeyin sakininə nisbətən üç dəfə çox su qəbul edir və səkkiz dəfə artıq zibil «istehsal» edir. Hətta bir şəhərin müxtəlif rayonları daxilində əhalinin yaşayış səviyyəsindən asılı olaraq şəhərlərin həyattəminedici sistemlərindən istifadə xidmətinin səviyyəsi də müxtəlif olur.



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin