1. Yer üzərində həyatın yaranmasının inkişaf tarixi


Nikel (lat. niccolum, Ni)



Yüklə 0,97 Mb.
səhifə24/30
tarix02.02.2023
ölçüsü0,97 Mb.
#122894
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
insan ekologi muh (1)

Nikel (lat. niccolum, Ni)
Nikel atmosfer havasına metallurgiya zavodlarının, mədənçıxarma müəssisələrinin, daş kömür və mazutla işləyən energetik qurğuları tullantıları ilə daxil olur.
Nikelin insan sağlamlığına təsiri. Orqanizmdə nikel zəruri elementlərdən biridir. Bitkilərdə miqdarı (yaş halda çəkisinə görə hesablandıqda) 5⋅10-5%, heyvandarlıqda 1,0⋅10-6%-dir. Heyvanların qaraciyəri, dərisi və endokrin vəzilərində olur. Müəyyən edilmişdir ki, o, arginaza fermentlərini aktivləşdirir və oksidləşdirmə proseslərinə müsbət təsir göstərir. Lakin normadan artıq olduqda insanda müxtəlfi xəstəliklərə səbəb olur. Nikelə xroniki intoksikasiya burun-udlaq və ağciyər peşə xəstəliklərinin baş verməsinə səbəb olur, bədxassəli yeni törəmələrin əmələ gəlməsinə risk yaranır, dərinin allergiya zədələnməsi (dermatit və ekzema) müşahidə edilir.. Həm də nikel istehsalı işçilərində ağciyərin xərçəngi xəstəlikləri tez-tez baş verməklə, eyni zamanda cavan yaşlarından başlayır.

Mövzu: 12. Mühitin elektromaqnit çirklənməsi və sağlamlığa təsiri.
Ekoloji problemlərin təhlili zamanı elektrik və maqnit sahələrinin bütün növlərini mənşəyinə görə aşağıdakı qruplara ayırmaq olar: • Keçmiş mənbələrdən törəyən elektromaqnit sahələri (Günəş, ulduzlar və s.); • Yerin sabit elektrostatik maqnit sahəsi; • Yerin atmosferi və ionosferində baş verən bəzi proseslər zamanı əmələ gələn elektromaqnit sahələri (şimşək, qütb şəfəqi və s.); • Bioloji obyektlərdən törənən elektrik sahələri; • Antropogen mənşəli elektromaqnit şüalanması. İnsan fəaliyyəti ilə törənən elektromaqnit sahələri yalnız son 10 ildə Yerin təbii fonu ilə müqayisədə min dəfədən də çox artmış və bu sahələrin diapazonu da kəskin genişlənmişdir. Odur ki, insanın elektromaqnit sahəsi (EMS) ilə qarşılıqlı təsiri problemi son vaxtlar olduqca aktual olub, radioəlaqə və radiolokasiyanın intensiv inkişafı, texnoloji əməliyyatları həyata keçirmək üçün elektromaqnit enerjisindən istifadə sferinin genişlənməsi, məişət elektrik və radioelektron qurğularının kütləvi yayılması ilə bağlıdır. Son onilliklərdə ətraf mühitin yeni faktoru – antropoen mənşəli elektromaqnit sahələri – elektrosmoq formalaşmışdır. Mühitin elektromaqnit çirklənməsi dünya miqyasında vacib məsələ olduğundan, ÜST bu problemi bəşəriyyət üçün ən aktual problemlər sırasına daxil etmişdir. Bəzi mütəxəssislər isə EMS-ni bütün canlılar üçün fəlakətli nəticələrə səbəb olan güclü təsir göstərən ekoloji faktorlar sırasına daxil edir. EMS-lərinin gərginliyi xüsusən, elektrik ötürücü xətlərin (EÖX), radio və telestansiyaların, radiolokasiya və radiorabitə (o cümlədən mobil və peyk) vasitələrinin, müxtəlif energetik və enerji sərfi qurğularının, şəhər elektrik nəqliyyatının yaxınlığında kəskin yüksəlmişdir. Son illər şəhərlərdə bütün tezlikli dipazonlu (10QQs-yə qədər) EMS-nin müxtəlif mənbələrinin sayı artmışdır. Bura radiotelefonlar (Mobil əlaqə sistemləri), kiçik dalğalı sobalar, kompüterlər və b. daxildir. EMS-nin bioloji təsiri sahəsində aparılan tədqiqatlar insan orqanizminin ən həssas sistemləri – əsəb (sinir), immunitet və endokrin olmasını təyin etməyə imkan yaratdı. Elektromaqnit çirklənmənin insana təsiri üzrə qeydə alınan nəticələr arasında orqanizmin əsas funksiyalarının, o cümlədən, ürək-damar və həzm sistemlərinin zədələnməsi, psixi pozuntuların inkişafı və b. göstərmək olar. EMS-in hətta nisbətən zəif səviyyədə təsiri xərçəng xəstəlikləri, davranışın dəyişməsi, huşun itirilməsi, bronxit, astma, aritmiya, miqren, xroniki yorğunluq və bir çox digər neqativ vəziyyətin inkişafına səbəb ola bilər.
EMS-nin təsiri, xüsusən ana bətnindəki körpə, uşaqlar və allergiya xəstəliklərinə məruz qalan şəxslər üçün təhlükəli sayılır, çünki onlar EMS-nin intensivliyi şəhərdən kənardakı səviyyəni 1000 dəfə keçir. Moskvada yalnız son illər elektromaqnit çirklənməsi 20-30 dəfə artmışdır. Rusiyanın iri sənaye mərkəzlərində EMS-nin gərginliyi son bir neçə onillikdə 1000 dəfə artmışdır. Faktlar təsdiq edir ki, iri sənaye şəhərinin aşağı tezlikli elektromaqnit sahəsinin adi səviyyəsi təbii «maqnit qasırğası»na uyğun gəlir.
EÖX (elektrik ötürücü xətt). Qoruyucu-sanitar zonası hüdudunda yaşayış binası, dayanacaq və nəqliyyat dayanacağı yerləşdirmək, istirahət yeri, idman və oyun meydançaları düzəltmək qadağan olunur. Hələ məktəb fizikası fənnindən bilirik ki, dəyişən cərəyan axan naqil ətrafında elektromaqnit sahəsi yaradır. 50 Qs-lik maqnit sahəsinin komponenti, xüsusən hər bir maneə, o cümlədən bədənimizdən yaxşı keçir.
Hazırda onlarla ölkədə maqnit sahəsinin 50 Qs miqdarı təhlükəsiz sayılır. Odur ki, şəhər tikintilərində, mənzil layihələşdirildikdə və məişət texnikası hazırlayarkən, bu rəqəmə əməl etmək vacibdir. Bizim mənzillərdə təhlükəli maqnit sahələri aşağıdakı güclü cərəyanlı cihazlardır: qril, ütü, soyuducu, televizor, kompüter, giriş yolundakı və ya liftdəki ümumi yüksək enerjili kabel. «Palma» yemək hazırlayan mikrodalğalı elektrik sobası da təhlükəli cihazlar siyahısına aid edilmişdir. Ev qadını sobanın yanında saatlarla dayanır, sobadan 30 sm aralıda maqnit sahəsinin miqdarı 04-4 mk Tl təşkil edir. Mikrodalğalı sabadakı hətta 1 m aralıda maqnit sahəsi 0,5 mk Tl-dən aşağı olmur. Maqnit sahəsinin yüksək miqdarı qabyuyan maşın və paltarı yuyub-qurudan maşının yanında da qeydə alınır. Videooyunlar, elektrik odeyalları və digər elektrik qızdırıcılarından müntəzəm istifadə edən uşaqların leykoz xəstəliklərinə tutulma riskinin yüksək olması haqqında 1991-ci ildə ABŞ-da məlumatlar dərc olunmuşdur. Elektrik qatarlarında (elektriçka, metro, tramvay, trolleybus) EMS-nin səviyyəsi təbii fonu yüz min dəfə keçir, maqnit sahəsinin gərginliyi isə 10 mTl-ə çata bilər və təhlükəsiz səviyyəni 5000 dəfə keçə bilər. Belə EMS-nin təsiri ürək-damar xəstəliklərindən əziyyət çəkən adamlarda patoloji proseslərə səbəb olar və infarkta gətirib çıxara bilər.

Güclü elektromaqnit şüalanmasının biri də cib radiotelefon Mobil rabitəsi sayılır. Məişət şunursuz telefonlar təhlükə yaratmır. 900 MQs diapazonunda, 1 Vt şüalanma gücü ilə işləyən radiotelefonlar insanın gicgahının kəllə hissəsi sahəsində yol verilən miqdardan (10 mk Vt/sm2) 10-100 dəfə artıq axın gücü sıxlığı yaratmağa monal xəstəliklərə, təzyiqin yüksəlməsinə ürək-damar effektinə və davranışın dəyişməsinə gətirib çıxarır. Bir ay ərzində, həftədə 6 gün, gündə iki saat standart mobil telefondan istifadə edən 20 nəfər könüllü üzərində eksperiment aparılmışdır. Bunun nəticəsində həmin şəxslərdə qalxanvari vəzin işinə məsul olan hormonların davamlılığının aşağı düşməsi müşahidə olunmuşdur. Bu zaman oksigendən istifadə azalmış, mübadilə proseslərinin sürəti aşağı düşmüşdür. Bunun xarici əlamətləri – saçın tökülməsi, quru sarı çalarlıqlı şişkin dəri, xırıltılı səs olmuşdur. 450-900 MQs daşıyıcı tezlikli mobil telefonlarından istifadə zamanı beyində şüalanma qeyri-bərabər udulur. Gücü 2 Vt və işçi tezliyi 900 MQs olan telefonlardan istifadə zamanı baş beynində gərginlik sahəsi 20-dən 30 V/m, güc sıxlığı isə 120-dən 230 mkVt/sm2 təşkil edir (Rusiyada və ABŞ-da mobil telefonların istifadəçiləri üçün normativ 100 mk Vt/sm2 -dir). Sotovıy (mobil) telefonun şüa saçması mürəkkəb spektrli, aşağı tezlikli (2 Qs-yə qədər) olub, mənbəyi qida batareyasıdır. Bəzi modellərdə bu aşağı tezlikli 6 mk Tl-ə qədər maqnit sahəsi yaradır, yəni təhlükəsiz səviyyəni 30 dəfə keçir. Müəyyən modulyasiya rejimində EMS allergiyaya meyilli şəxsləp olduqca yüksək həssaslığa malikdirlər. Onlar üçün 1-4 mk Vt/sm2 -ın təsiri də təhlükəli sayılır, odur ki, belə şəxslərin mobil telefonlardan istifadə etmələri nəzərə alınmalıdır.



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin