1. Yer üzərində həyatın yaranmasının inkişaf tarixi



Yüklə 0,97 Mb.
səhifə29/30
tarix02.02.2023
ölçüsü0,97 Mb.
#122894
1   ...   22   23   24   25   26   27   28   29   30
insan ekologi muh (1)

Zülallar


Saçların 78%-i keratin adlı zülaldan ibarətdir. Insan bədəninin 10% -dən çox hissəsi zülallardan ibarətdir. Onlar orqanizmin inkişafı və bərpası üçün lazımdırlar, xüsusilə cinsi inkişaf mərhələsində. Bu mərhələ pubertat mərhələsi adlanır. Zülalları insan lazımi qədər heyvani və bitki qidadan alır. Kəsmiksüdyumurtapendir və yağsız ət heyvan mənşəli zülalların mənbəyidir. Bitki mənşəli zülalları biz çörəkmakaron və müxtəlif sıyıqlar vasitəsilə alırıq. Qoz və paxlalılar fəsiləsində də zülallar çoxdur.

Karbohidratlar - enerjinin əsas mənbəyidir. Onlar nişasta və qəndşəkər tozunda var. Ən xeyirli nişasta tərkibli ərzaqlar bunlardır: ağ və qara çörəkun məmulatları, meyvə, giləmeyvə, düyükartof. Lakin tortlarpirojnalarşokoladdondurma və şirin içkilər az xeyirlidirlər, çünki şəkər enerji mənbəyi olsa da, məsələn, dişlər üçün ziyandır.

Vitamin və minerallar


Necə zülallar, yağlar və karbohidratlar, eləcə də vitamin və mineralların çatışmazlığı nəticəsində insan özünü sağlam hiss edə bilmir. Inkişaf edən gənc üçün və onun orqanizmində vacib kimyəvi proseslərin düzgün gedişatı üçün 40-a yaxın vitamin və minaral lazımdır. Təbiətdə müxtəlif minerallar mövcuddur: dəmir, manqan, yod, mis, kükürd və s. Insan da təbiətin bir hissəsidir, və onun orqanizmində bütün bu elementlər az miqdarda var, lakin həyat fəaliyyəti prosesində onlar orqanizmdən çıxarılır, buna görə də orqanizmi onlarla daimi qidanandırmaq lazımdır. Mikroelementlərin orqanizmə kifayət qədər daxil olması üçün, insanın qidası cürbəcür olmalıdır. Kalsium mineraldır. O, süd, kəsmik və pendir kimi ərzaqlarda var. Pubertat mərhələsində kalsium çox vacibdir, çünki diş və sümükləri bərkidir. Qlobal miqyasda ən böyük əhəmiyyətli üç çatişmazlıq dəmir, yod və А vitamini çatışmazlıqlarıdır. Dəmir qanın sağlamlığının qorunması, anemiyanın profilaktikası üçün tələb olunur. Dəmirin ən yaxşı mənbəyi ət, balıq, yumurta, nar, qara ciyər və çörək sayılır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə dünya miqyasında 4-5 milyarda yaxın adamda (dünya əhalisinin 66-80%-də) dəmir çatışmazlığı ola bilər, bunlardan da 2 milyardı anemik səciyyəlidir. Anemiyadan əziyyət çəkənlərin 90%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır
Qidalanma rejimi:4 dəfə yemək lazımdır. Səhər- gündəlik normanın 25%, nahar-50%-ni, günorta-15% ni, axşam -10% təşkil edir.
Yaşayış ,iş, təhsili nəzərə alaraq gündə 3 dəfə qidalanma məqbul hesab etmək olar. Səhər yemeyi saat 8-9;günorta13-14;axşam-19-20


Mövzu: 15. Yerin təbii resursları-insanın həyat faktoru kimi..
Resurs dedikdə öz ehtiyacını və arzularını təmin etmək üçün insanın təbii mühitdən əldə etdikləri hər bir şey nəzərdə tutulur. İnsanın tələbatını maddi və mənəvi tələbata bölmək olar. Təbii resurslardan istifadə etdikdə o, müəyyən qədər insanın mənəvi tələbatını da ödəyir. Məsələn, estetik («təbiətin gözəlləyi»), rekreasiya və s. Lakin onun əsas təyinatı, məqsədi – insanın maddi tələbatını ödəməkdir, yəni maddi nemətlər yaratmaqdır. Beləliklə, təbii resurs dedikdə, o, təbii obyektlər və hadisələr olub, insan onlardan maddi nemət kimi istifadə edir. Bu isə bəşəriyyətin mövcudluğunu saxlamaqla yanaşı, həm də tədricən həyatın keyfiyyətinin yüksəlməsini təmin edir. İnsan tərəfindən istifadə edilən təbii resurslar olduqca müxtəlif olub, onların təyinatı, mənşəyi, istifadə üsulları müxtəlifdir. Bu isə onları müəyyən istiqamətdə sistemləşdirməyi tələb edir. Təbii resursları təsnifatlaşdırmaq üzrə bir neçə yanaşmalar mövcuddur. Onlar aşağıdakılardır. Mənşəyinə görə təbii resurslar bioloji, mineral və energetik resurslara bölünür.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin