1. Yer üzərində həyatın yaranmasının inkişaf tarixi


Dördüncü ekosistemlərdə, yəni sənaye-şəhər



Yüklə 0,97 Mb.
səhifə12/30
tarix02.02.2023
ölçüsü0,97 Mb.
#122894
1   ...   8   9   10   11   12   13   14   15   ...   30
insan ekologi muh (1)

Dördüncü ekosistemlərdə, yəni sənaye-şəhər sistemlərində hadisə tamamilə başqa cür baş verir. Burada yanacaq enerjisi Günəş enerjisini bütvölüklə əvəz edir, təbii ekosistemlərlə müqayisədə enerji axınının sərfi iki-üç dəfə artıqdır. Adambaşına illik qidaya olan tələbat – 1 mln. kkal-a yaxındır. Əgər enerji sərfi əhalinin sayına görə hesablanarsa, bu 10 dəfə yüksək olar (məs. ABŞ-da o, 86 dəfə çoxdur). Müxtəlif ölkələrdə enerji sərfi müxtəlifdir. Varlı ölkələrlə inkişaf etməkdə olan ölkələrin müqayisəsində bu sərflərin fərqi xüsusilə böyükdür (bir neçə on dəfələrlə, bəzən 100 dəfəyə qədər). Bu ölkələr elə bil ki, hələ birinci-ikinci tip ekosistemlər mərhələsindədir, lakin inkişaf etmiş ölkələr bütün dörd mərhələni artıq keçmişlər.
. Sənaye-şəhər ekosistemləri (landşaftı)
Şəhər və sənaye müəssisələri ekosistemləri antropogen ekosistemə aiddir. Şəhərlərin yaranması əsasən urbanizasiya ilə bağlıdır. Şəhərlərin böyüməsi insanları get-gedə təbiətdən uzaqlaşdırır. Abadlaşdırılmış şəhərlərdə daş, beton, asfalt üstünlük təşkil edir və daima təbii elementlərin nisbi azalması müşahidə olunur, bunun nəticəsində hava hövzəsinin vəziyyəti pisləşir. Şəhərlərdə aşağıdakı fəaliyyət göstərən zonalar ayrılır: yaşayış, sənaye, kommunal-anbar, xarici nəqliyyat, şəhərətrafı ərazi. Yaşayış zonası və ya seliteb zona – yaşayış rayonları, ictimai mərkəzlər (inzibati, elmi, tədris, tibbi, idman və s.) və ümumi istifadəli yaşıllıqlar üçün ayrılır.
Şəhərlərin canlı zona ərazisinin əsas struktur elementi mikrorayonlar sayılır. Mikrorayonların daxilində yaşayış binalarından başqa ilkin xidməti idarələr və müəssisələr də yerləşdirilir. Mikrorayonların ərazisi magistral yollar və yaşayış binaları ilə kəsişir. Böyük və çox böyük şəhərlərdə əhalinin cəmləşməsi son illər çoxmərtəbəli evlərin tikilməsi və əhalinin sıxlığının daha da artması ilə müşayiət olunur. Tikililərin sayının çoxalması xidməti müəssisələrin (o cümlədən məktəb və uşaq müəssisələrinin) ərazisinin, həmçinin yaşıl ağaclıqların sahəsinin azalmasına səbəb olur, yaşayış ərazilərinin düzgün fəaliyyətini pozur, bunun nəticəsində binaların yanında, yaşayış evlərində, mikrorayonların və kvartalların daxilində səs-küyün səviyyəsi yüksəlir. və daha yüksək mərtəbəli evlərdə yaşamaq xüsusilə böyük narahatlıq yaradır. Hazırda belə binalara Bakı şəhərinin bütün rayonlarında tez-tez rast gəlinir və onların sayı artmaqda davam edir.
Sənaye zonası. Bu zonanın ərazisində müxtəlif sahələrin sənaye obyektləri (metallurgiya, kimya, maşınqayırma, elektron və s.) və onlarla əlaqəli digər obyektlər yerləşir. Bu əraziətraf mühiti çirkləndirən əsas mənbə sayılır.
Sanitar – mühafizə zonasının ölçüsü 3000 m tələb edən sənaye müəssisələri şəhərdən və digər yaşayış məntəqələrindən kənarda yerləşdirilməlidir. Səhiyyə baxımından daha zərərli olan müəssisələr, partlayış və yanğın qorxusu olan müəssisələr sənaye rayonunun yaşayış zonasından uzaqda və digər müəssisələrə nisbətən külək tutmayan ərazidə yerləşdirilməlidir.
Atmosferə zərərli maddələr ayıran sənaye kompleksləri və ayrı-ayrı müəssisələr elə yerləşdirilməlidir ki, hakim küləklər yaşayış zonasından sənaye komplekslərinə doğru yönəlsin. Səth sularını çirkləndirən sənaye rayonları (istehsal zonası) müəssisələri ilə birlikdə çayın axın istiqamətində yaşayış ərazilərindən və səhiyyə-kurort yerlərindən aşağıda yerləşdirilməlidir.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin