1. Yer üzərində həyatın yaranmasının inkişaf tarixi



Yüklə 0,97 Mb.
səhifə5/30
tarix02.02.2023
ölçüsü0,97 Mb.
#122894
1   2   3   4   5   6   7   8   9   ...   30
insan ekologi muh (1)

Qarışıq irqlər
Buna irqlərə əlavə olaraq qarışıq irqlər də var. 
Avropoidlə Neqroidin qarışığından- metis, 
Avropoid və Monqoloid irqinin qarışığı -mulat,
Moqoloid və neqroid irqinin qarışığı isə -sambo adlanır. 
Bu qarışıq irqlər əsasən Amerika qitəsində yayılıb. 
İrqlərin yaranmasına səbəb nədir?


Bu suala Təkamülçü alimlər bir başqa, Genetiklər isə tamamilə başqa cür cavab vermişlər. Təkamülçülərə görə irqlərin yaranmasına səbəb yaşamaq uğrunda mübarizə və təbii seçmədir. Lakin genetiklər bunun izahını daha doğru və düzgün genetika qanunlarına uyğun vermişlər.Beləki bildiyimiz kimi fərdlər aralarındakı cütləşmələr nəticəsində yeni nəsillərdə fərqli kombinasiyalarda yarana bilir.. Ana və atanın xromosomları arasında genetik maddə mübadiləsi olur. Beləliklə, genlər bir-birilə qarışır. Bunun nəticəsində bu fərdin fiziki xüsusiyyətlərində müxtəliflik əmələ gəlir.İnsanın dəri rəngi bir neçə gen kombinasiyası tərəfindən müəyyən edilir. İlk insanların genində isə, şəkildə göstərildiyi kimi heteroziqotluq, yəni “qarışıq gen” olduğu təqdirdə, növbəti nəsillərdə bütün irqlərin özünü büruzə verməsi mümkündür. İrqi müxtəliflik təkamül prosesinin nəticəsində yaranmır, genetik proseslərin tənzimi ilə baş verir.

İnsan irqləri və insanlar arasındakı bir-birindən fərqli fiziki xüsusiyyətlər də insan növünə aid “variasiyalar”dır. Yer üzündəki insanların hamısı əsasən eyni genetik məlumata malikdirlər, ancaq bu genetik məlumatın imkan verdiyi variasiya potensialı sayəsində bəzi insanlar qıyıq gözlü, bəziləri sarışın, bəzilərinin burnu uzun, bəzilərinin də boyu qısadır.


Variasiya potensialını başa düşmək üçün sarışın və mavi gözlü fərdləri olan cəmiyyət ilə qarabuğdayı və qara gözlü fərdlərin çoxluq təşkil etdiyi cəmiyyəti nəzərdən keçirək. Hər iki cəmiyyətin zaman keçdikcə bir-birinə qarışması və aralarındakı evliliklər nəticəsində ortaya qarabuğdayı və mavi gözlü yeni nəsillər çıxacaq. Yəni, hər iki cəmiyyətin müəyyən fiziki xüsusiyyətləri yeni nəsilllərdə bir-birilə cütləşmə nəticəsində fərqli görnüşə malik fərdlərin yaranmasına səbəbə olacaq.


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin