10. Xarici ölkələrin sığorta təcrübəsi abş- da



Yüklə 15,51 Kb.
tarix30.04.2023
ölçüsü15,51 Kb.
#126130
növüQaydalar

10. Xarici ölkələrin sığorta təcrübəsi
ABŞ- da sığorta şirkətlərinin iki tipi vardır : 1) Səhmdar cəmiyyətləri; 2) Qarşılıqlı sığorta cəmiyyətləri .Ölkədə dövlətə məxsus sığorta firmaları fəaliyyət göstərmir. Səhmdar cəmiyyətlərinin səhmlərini həm fiziki, həm də hüquqi şəxslər satın ala bilərlər. Səhmdar cəmiyyətlərinin yaradılması və fəaliyyət göstərməsi rejimi ilə əlaqədar kifayyət qədər sərtləşdirilmiş qaydalar müəyyən edilmişdir. ABŞ – da tarixən isə sığorta şirkətləri əsas etibarilə qarşılıqlı sığorta cəmiyyətləri formasında mövcud olmuşdur. Onlar həcmlərinə görə ənənəvi olaraq səhmdar cəmiyyətlərindən kiçik olsalar da, fəaliyyət rejimləri daha liberaldır. Bunun nəticəsidir ki, ABŞ –da qarşılıqlı sığorta cəmiyyətləri həyatın sığortalanmasında sığorta şəhadətnamələri satışının 40% - ni, kənd təsərrüfatı məhsulları istehsalçılarının – fermerlərin bazar çeşidinin hamısına nəzarəti öz əlində cəmləşdirmişdir. Sığorta şirkətləri üç sığorta tipi həyata keçirirlər:1)Bekifitlər ( həyatın, sağlamlığın sığortası, tibbi, pensiya, əmanətlərin sığortalanması və i.a.) : 2) kommersiya sığortası : 3) Şəxsi sığorta (vətəndaşların tikililərini, avtomobillərini və digər əmlakların sığortalanması nəzərdə tutulur). Qanunvericilikdə sığorta şirkətlərinin həyatın və qeyri – həyatın sığortalanması üzrə əməliyyatların aparılması sahəsində ixtisaslaşmaları nəzərdə tutulmuşdur. ABŞ – da bütün sığorta şirkətləri üzrə elektron məlumat bankından geniş istifadə olunur. Bu, şirkətləri riskə, sığorta haqqının həcminə və digər əlamətlərə görə qruplaşdırmağa imkan verir. ABŞ-da həyatın sığortalanması sahəsində ən iri şirkətlərin xüsusiyyətlərindən biri ondan ibarətdir ki, sığorta şirkətləri çox yüksək nüfuza malik olduqlarına görə onların idarə olunmasına müxtəlif pensiya fondlarına məxsus olan milyardlarla vəsait yönəldilir. Böyük Britaniyanın sığorta bazarında London sığorta bazarını qeyd etmək lazımdır. Bu bazarda çoxsaylı xarici sığorta şirkətləri (həm Avropa İttifaqının üzvü olan, həm də digər ölkələrin şirkətləri ) iştirak edir və ona Lloyd’s korporasiyası ilə yanaşı, Londonun beynəlxalq sığorta assosiasiyası və təkrarsığorta şirkətləri ( LİRMA – London İnternational İnsurancl and Reinsurancl Market Assosiation ) daxildir. Böyük Britaniyanın sığorta xidməti bazarında yeni inkişaf meylləri müşahidə olunur . Sığorta xidmətlərinin yayılmasının əsas ənənəvi kanalı broker və agentlər olduğu halda , son illərdə tamamilə vasitəçilərdən yan keçməklə sığorta müqavilələrini birbaşa istehsalçılara satan şirkətlərin sayı kəskin surətdə artmışdır. Məsələn, avtomobillərin sığortalanması üzrə satışın 30- 40 % -i birbaşa satışın payına düşür . Bankların rolu da əhəmiyyətli surətdə artmışdır. Belə ki . banklar tərəfindən sığortalanmanın erkən mərhələsində,başqa sözlə, bankların və sığorta şirkətlərinin iştirakı ilə maliyyə qruplarının formalaşdığı zaman banklar sığortaçıların distributoru kimi fəaliyyət göstərirdilər. Ona görə onların sığorta risklərini qiymətləndirə bilmirdilər . Lakin sonralar onlar bunu həyata keçirməklə törəmə şirkətlərin təsisçilərinə çevrildilər.Belə ki, NSBC ( HSBC), Lloyds Bank, Barklay’s Bank kimi banklar da əvvəllərdə bir çox tikinti şirkətlərinin etdiyi kimi həyatın sığortalanması üzrə özlərinin sığorta şirkətlərini təsis etmişlər. Son dövrlər həyatın sığortalanması bazarının 22%- ə yaxını bankların və tikinti şirkətlərinin payına düşür.Almaniyada həm birbaşa , həm də təkrarsığorta ilə məşğul olan kifayət qədər xarici sığorta şirkətləri fəaliyyət göstərirlər, onlardan 57- si (1995-ci ilin məlumatı)Avropa İttifaqının üzvü olan ölkələri, 18-i isə digər dövlətləri təmsil edirlər. Almaniyada xarici sığortaçıların çoxu həyatın sığortalanmasına nisbətən digər sığorta fəaliyyəti ilə məşğul olurlar. Bunlar əsas etibarilə Böyük Britaniyanın , Fransanın və Belçikanın şirkətləridir. Almaniyada son zamanlarda bank sığortası inkişaf etməyə başlamışdır. Sığorta xidmətlərinin yayılmasının ənənəvi və ən geniş yayılmış kanalları sığorta vasitəçiləri, başqa sözlə, sığorta agentləri və brokerləridir. Lakin buna baxmayaraq bankların vasitəsilə sığorta xidmətlərinin yayılması digər ölkələrdə olduğu kimi Almaniyada da geniş miqyas almağa başlamışdır. Lakin Almaniyada bank təsisatları sığortaçının vasitəçisi , yaxud da müvəkkili funksiyasını yerinə yetirə bilər, onlara sığorta müqaviləsini bağlamağa icazə verilmir. Ona görə ki, bunun üçün sığorta nəzarəti orqanının icazəsi olmalıdır. Belə bir icazə isə yalnız sığorta fəaliyyəti ilə məşğul olan şirkətlərə verilir. Təcrübədə bankla sığorta şirkətləri arasında onların müstəqil tərəfdaş,yaxud da bir maliyyə qrupunun iştirakçısı olub –olmamasından asılı olmayaraq, müqavilə bağlanır. Yaponiyada sığorta şirkəti səhmdar cəmiyyəti formasında (nizamnamə kapitalı bir mlrd iyendən ) ( təqribən 8 mln.dollar)az olmamaqla), habelə birgə şirkət və qarşılıqlı sığorta cəmiyyəti formasında (nizamnamə kapitalı 30 mln. iyendən az olmamaqla ) yaradıla bilər. Lisenziyanı alan onun depozit hesabına maliyyə nazirliyinin müəyyən etdiyi qədər məbləği ödəməlidir. Sığorta haqqında qanunun yeni redaksiyasına uyğun olaraq nağd depozit qiymətli kağızla əvəz oluna bilər. Səhmdar cəmiyyəti formasında yaradılan sığorta şirkətləri səhmdarların ən azı dörd aydan bir yığıncaqlarını keçirməlidir. Bütün səhmdarlar cəmiyyətin işində səsvermə və dividend almaq hüququna malikdirlər. Lakin burada bir cəhəti xüsusi qeyd etmək lazımdır. Bu , ondan ibarətdir ki, səhmdar cəmiyyətləri üçün icbari bir şərt qoyulmuşdur – dividendlərə məhdudiyyət qoyulur, başqa sözlə birinci beş ildə şirkətin yaradılması , qeydiyyatdan keçirilməsi ilə əlaqədar olan bütün xərclər ödənildikdən sonra dividend verilir.
Yüklə 15,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin