11. Ekzogen və geoloji proseslərin öyrənilməsində kosmik şəkillərin tətbiqi


Sürüşmə hadisəsinin öyrənilməsində aparılan distanison tədqiqatlar



Yüklə 22,12 Kb.
səhifə3/6
tarix19.03.2022
ölçüsü22,12 Kb.
#114922
1   2   3   4   5   6
muhazire11

Sürüşmə hadisəsinin öyrənilməsində aparılan distanison tədqiqatlar.

Sürüşmə hadisəsinin distansion tədqiqatlarla həyata keçirilən operativ proqnozu və xəbərdarlığı son dərəcə effektli olub, böyük xalq təsərrüfatı əhəmiyyəti kəsb edir.



Tektonikanın öyrənilməsi məqsədilə deşifrələmə
KŞ-n köməyi ilə alınan bütün geoloji informasiyaların 50%-dən çoxu tektonikanın payına düşür.

Yerin kosmosdan alınan müxtəlif səviyyəyə məxsus generalizasiyalı fotoşəkilləri müxtəlif kateqoriyalı tektonik strukturların bütöv bir sırasını təyin etməyə imkan verir: struktur tektonik vilayətlər və zonalar, qalxanlar və plitələr, antiklinorium və sinkli noriumlar, sinekliz və anteklizlər, qalxım və enişlər, o

cümlədən daha xırda strukturlar. KŞ-də qırışıqlıq strukturlar və qırılma pozulmaları, yarılmalar, sürüşmələr, horizontal yerdəyişmələr, üstəgəlmələr, örtüklər və s. çox gözəl görünür, bu zaman şəkillər bu pozulmaların morfoloji və genetic xarakteristikası üçün informasiyanı daşıyır. Tektonikanın öyrənilməsi məqsədilə deşifrələmədə əsas məsələ süxurların

ardıcıl düzülüşünün və yatım şəraitinin müəyyən edilməsi, qırışıqlıq və pozulma strukturlarının öyrənilməsi, onların inkişaf tarixinin aydınlaşdırılmasıdır.

Tektonik deşifrələmənin daha yaxşı nəticələri aşağıdakı şəraitlərdə alına bilər: 1) strukturların və onların quruluşunda iştirak edən layların izlənilməsi zamanı interpolyasiya zərurətinin minimuma endirilməsinə imkan verən yaxşı səthə (üzə) çıxma; 2) süxurların maddi tərkibinin müxtəlifliyi və onların relyefdə

yaxşı təzahürü, fotoqeydedici layların mövcudluğu və stratiqrafik kəsilişin məlumatı; 3) struktur tektonik relyefin formalaşdığı şəraitdə zəif parçalanma.

Tektonik deşifrələmə süxurların yatım elementlərinin təyini ilə başlayır. Bunun üçün zəruri olan kəmiyyət üsulları yamacın istiqaməti və layın çıxış forması arasındakı münasibətin analizinə əsaslanır.

Kəsilişi müxtəlif süxurların növbələşməsindən ibarət olan dağlıq rayonlar üçün yatım elementlərinin təyini məsələsi lay fiqurlarının müşahidə imkanlarının olduğu hallarda sadələşir: bərk layların çıxışı ilə əmələ gələn üçbucaq, dairəvi və ya trapesiya şəkilli formaların sahələrinin.

Lay fiqurlarının formaları düşmə bucağının qiymətindən asılıdır ki, bu da süxurların yatım elementlərinin təxmini təyininə imkan verir. Daha bərk (möhkəm) siniflərin çıxışları dairəvi

və ya şaquli yatımda düzxətli lay baryerləri formasına malik olur ki, onlar da laylanma üzrə lay yarımellipslərinə, trapesiyalarına və ya üçbucaqlarına keçir.

Lay çatları və üçbucaqları nə qədər uzun olarsa, düşmə bucağı bir o qədər kiçik olur. Monoklinal yatım sahələrində eninə kəsimdə asimmetrik dərələrlə bölünən paralel kuest və cərgələr inkişaf edir. Parçalanmış relyefə malik rayonlarda layların horizontal və ya az maili yatımı bərk süxurlardan təşkil tapmış horizontal lay qalıqları ilə müəyyən edilir.

Çöküntülərin litoloji tərkibinin eynicinsliliyi və ya parçalanmasının kifayət qədər olmaması səbəbindən lay fiqurlarının ifadə olunmadığı sahələrdə layların stratiqrafik ardıcıllığını və süxurların yatım istiqamətini bəzən onların

qonşu sahələrdə izlənilməsinə görə təyin etmək olar. Xüsusilə təcrid olunmuş çıxışlar üçün mürəkkəb dislokasiya olunmuş qatlarda normal, maili və çevrilmiş yatımın fərqləndirilməsi problemi kifayət qədər çətinlik yaradır.

KŞ-n vizual deşifrələnməsi və stereocihazların köməyi ilə kəmiyyətcə ölçmə göstərir ki, yatım elementlərinin nisbətən dəqiq təyini 1:2000000 miqyaslı generalizasiyanın regional səviyyəli şəkillərində mümkündür. Birinci üsulun köməyi ilə süxurların yatım bucaqlarını iti (50-800), orta (20-400) və az maili bölgülərlə ayırmaq imkanları vardır. Stereocihazlar (stereomikrometr və stereosimpleks) ölçülərin dəqiqliyini ±50–yə qədər artırmağa imkan verir.

Zəif açılmış rayonlarda strukturların izlənilməsi məqsədilə süxurların yatım ardıcıllığının təyini onların maddi tərkibinin öyrənilməsi, sahə üzrə izlənilməsi və sərhədlərinin aydınlaşdırılmasına əsaslanır. Bu, xüsusilə mürəkkəb geoloji quruluşlu geosinklinal vilayətlərdə vacibdir. Müxtəlif süxurların və litolojıstrariqrafik komplekslərin təmaslarının xarakterinin öyrənilməsi imkanları miqyası 1:5 000 000 olan KFŞ-dən başlayaraq aparılır, daha dəqiq şəkillərdə yatımın bucaq uyğunsusluğu və transqressiv xarakteri inamla təyin edilir.

1:25 000 000 miqyaslı regional KFŞ-n öyrənilməsi zamanı qlobal şəkillərlə müqayisədə informativlikdə kəskin sıçrayış qeydə alınır ki, bu da aşkarlanan tektonik elementlərin diapazonunun kifayət qədər genişlənməsi və onların daha yüksək həlletmə qabiliyyəti ilə şərtlənən ümumi miqdarında özünü büruzə verir. Dərinlik yarılmalarının müxtəlif, o cümlədən çökmə örtüyün altında uzanan tiplərinin, üstəgəlmələrin, sürüşmələrin, horizontal yerdəyişmələrin, halqavarı qırılmaların iri antiklinal və sinklinal qırışıqların aşkarlanması mümkündür.

Dəqiqliyi ilə fərqlənən daha irimiqyaslı KŞ-də yeni tektonik obyektlərin sayının az artımı qeyd olunur, lakin onların sayı kəskin artır.


Yüklə 22,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin