Faydalı qazıntıların axtarışının proqnozu
məqsədilə deşifrələmə
Faydalı qazıntıların proqnozu üçün KFŞ-n deşifrələnməsi faydalı qazıntı yataqlarının əmələgəlmə qanunauyğunlyqlarının aşkar edilməsi məqsədilə metallogenik analizə əsaslanır. KFŞ-lər bu qanunauyğunluqları iki planda: regional və lokal öyrənməyə imkan verir. Regional metallogenik tədqiqatların əsas məsələsi
geniş ərazilərin ümumi metallogenik xüsusiyyətlərinin təyini, onların metallogenik rayonlaşdırılması, əyalət və iri zonaların perspektivliyinin təyinindən ibarətdir. Lokal metallogenik tədqiqatların məqsədi isə filiz əmələgəlməyə təsir edən səbəblərin müəyyən olunması, yataqların lokallaşmasının təyini və onların ilkin kəmiyyət qiymətləndirilməsidir.
Bu məsələlərin həlli üçün bir sıra amillər qeydə alınır ki, onlardan da KFŞ-n istifadəsinin köməyi ilə aşağıdakıları aydınlaşdırmaq olar:
1) struktur-tektonik amil və ya filiz nəzarətedici strukturların (tektonik elementlərin və qırılma pozulmalarının) öyrənilməsi;
2) maqmatik amil;
3) litolojistratiqrafik amil.
Sonuncu iki amil filiz əmələgəlmənin müəyyən litolojistratiqrafik şəraiti, o cümlədən süxurların maqmatik kompleksləri ilə əlaqədar ola bilən filiz yerləşdirən süxurların öyrənilməsində nəzərdən keçirilir. Lakin hazırda süxurların heç də bütün tipləri KŞ-də aşkar edilmir. Ona görə də əsas rol filiz nəzarətedici strukturlara, filizli intruziyaya və təmasboyu zonalara məxsusdur.
Dostları ilə paylaş: |