Struktur-tektonik amil. Metallogenik tədqiqatlarda strukturtektonik deşifrələmə tektonik rayonlaşdırmadan irəli gələn strukrtumetallogenik rayonlaşdırmanı yeni əsasda aparmağa imkan verir. Hazırda KFŞ-n köməyi ilə aşağıdakı məsələlərin həlli mümkündür:
1) mövcud strukturmetallogenik rayonlaşdırmanın kosmosdan alınan yeni məlumatlar əsasında təftişi;
2) dərinlik qırılmaları ilə əlaqədar olan məşhur metallogenik zonaların izlənilməsi və bu zonaların davamı, daxili strukturların kəsişmə düyünləri və s. haqqında əlavə informasiyaların alınması;
3) müasir struktur planın təşəkkülünün əvvəlində gələn tektonik hərəkətlərin dinamikasının öyrənilməsi və strukturmetallogenik zonaların paleorekonstruksiyası.
Məsələn, hazırda Alp qurşağında dərinlik qırılmaları və civə minerallaşması arasındakı birbaşa genetik əlaqənin olduğu müəyyənləşmişdir.
Maqmatik amil. İri regionların və əyalətlərin metallogeniyası, əsas etibarilə, onların tektonikmaqmatik fəaliyyəti ilə təyin olunduğu üçün bu məsələnin KFŞ-n köməyi ilə həlli filizləşmənin intruziv kütlələrin forması, ölçüsü və quruluşundan müəyyən dərəcədə asılılığına əsaslanır.
Bu məsələlərin həlli maqmatik əmələgəlmələr zamanı struktur əlaqələrinin qurulması ilə xəritələnməsi və regionunn ümumi strukturunda vəziyyəti, intruziv kütlələrin aşkarlanmamış eroziyalarının aşkarı və maqmatik əmələgəlmələrlə filizləşmə arasındakı fəzaca qarşılıqlı əlaqənin təyini böyük əhəmiyyət
kəsb edir.
Dostları ilə paylaş: |