Hidrogeoloji tədqiqatlar üçün deşifrələmə
Hidrogeoloji deşifrələmə qarşılıqlı əlaqəli iki prosesi özündə birləşdirir: şəkillərdə təbii mühitin predmetlərinin və hadisələrinin tanınması və onların deşifrələmə komponentləri ilə hidrogeoloji şəraitin əlaqəsinin aşkar edilməsi əsasında hidrogeoloji interpretasiyası.
Hidrogeologiyada distansion üsulların tətbiqinin çətinliyi öyrənilən obyektin təbiəti ilə birbaşa fototəsvirə malik olmayan və birbaşa deşifrələmə əlamətləri ilə tanınması mümkün olmayan KFŞ-ə görə yeraltı suların deşifrələnməsi üçün kompleks dolayı əlamətlərin olması zəruridir. Bu, yeraltı sularla landşaftın digər komponentləri arasındakı sıx qarşılıqlı əlaqənin olması əsasında
mümkündür ki, onlar da landşaftdaxili əlaqələrin: səth çöküntülərinin tərkibi, relyef, bitki və struktur geoloji şəraitin istifadəsi ilə birbaşa və ya dolayı deşifrələmə əlamətlərinə görə tanına bilər.
Hidrogeoloji deşifrələmənin birinci mərhələsi bilavasitə yeraltı sularla (bulaqlar, bəzi yerlərdə yeraltı suların sızması, karst, sürüşmə, süni su təzahürləri), o cümlədən hidrogeoloji planı, səth çöküntülərinin xarakterini, relyefin formalarını, bitkiləri, torpağın tiplərini və s. təyin edən təbii komponentlərlə bağlı olan predmet və hadisələrin şəklinə görə tanımanı özündə birləşdirir.
Şəkillərdə hidroindikatorların tanınması onların deşifrələmə əlamətlərinin öyrənilməsi əsasında adi yolla aparılır.
Hidrogeoloji deşifrələmənin ikinci mərhələsi şəkillərdə deşifrələmənin təbii komponentlər, hidroindikatorlarla yeraltı sular arasındakı əlaqə və qarşılıqlı əlaqənin analizini özündə birləşdirir. Bu analizin məqsədi bir sıra konkret hidrogeoloji parametrlərin: yeraltı suların yatım dərinliyinin, onların minerallaşma dərəcəsinin, süxurların kollektorluq xassələrinin, sulu horizontların qidalanma və boşalma sahələrinin, yeraltı suların hərəkət istiqamətinin təyinindən ibarətdir. Bu məsələnin həlli üçün xüsusi və müxtəlif dərəcəli kompleks landşaft indikatorları cəlb edilir ki, onlar da müxtəlif səviyyəli və müxtəlif etibarlılıq dərəcəsinə malik məlumatlar verə bilər. Bütün bu məlumatlar əsasında “proqnoz hidrogeoloji xəritə” tərtib olunur. Hidrogeoloji tədqiqatlarda kosmik informasiyanın dəyəri ondan ibarətdir ki, distansion zondlama materialları tədqiqatçılara yeraltı suların dinamikasına təsir göstərə bilən struktur (plikatik və dizyunktiv) formaların yerini təyin etməkdə kömək edir.
Hidrogeoloji tədqiqatlarda kosmik planalma materialları aşağıdakı məsələlərin həllində öz tətbiqini tapa bilər: yeraltı suların regional yayılma qanunauyğunluqlarının öyrənilməsində; kiçik- və ortamiqyaslı hidrogeoloji xəritələmə və rayonlaşdırmada; yerüstü və yeraltı axımların formalaşma
şəraitinin tədqiqində, yeraltı və yerüstü suların qarşılıqlı əlaqəsinin qiymətləndirilməsində.
Hazırda kosmik şəkillər çay vadilərinin qumlu massivlərində, qırılma pozulmalarının və süxurların yüksək çatlılığının sulu zonalarının, gətirmə konuslarının və karst inkişaf etmiş sahələrin yeraltı sularının ümumi və dəqiq axtarışı zamanı istifadə edilir.
Ümumi axtarışlar zamanı distansion zondlama materiallarından istifadə:1)landşaft indikasion xəritənin; 2)hidrogeoloji rayonlaşdırmanın xüsusi xəritələrinin; 3)yeraltı suların axtarışı üçün perspektiv sahələrin xəritələrinin; 4)yeraltı suların dəqiq axtarışı üçün tövsiyələrin tərtib edilməsinə imkan verir
Dostları ilə paylaş: |