11 sentyabr ” 2014 il Fənn proqramı (sillabusu) Kafedra: Memarlığın əsaları



Yüklə 53.19 Kb.
tarix14.06.2018
ölçüsü53.19 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ


Təsdiq edirəm:

Kafedra müdiri:Professor Nağiyev N.H.

11 sentyabr ” 2014 il


Fənn proqramı (sillabusu)

Kafedra: Memarlığın əsaları

Fənnin adı: Layihələndirmənin əsasları

1. Fənn haqqında məlumat:

Kodu _ İPF-B19-a __________

Tədris ili 2014 - 2015 semestr 3__

Fakültə: Memarlıq

Qrup: 113a5

Tədris yükü: mühazirə 0 saat, seminar (məşğələ) 45 saat,



Laboratoriya 0 saat. Cəmi 45 saat.

Kredit: 3___

Auditoriya: № __

Saat:


2. Müəllim haqqında məlumat: Məmmədxanova Lətifə İsfəndiyar qızı

baş müəllim

Adı, atasının adı, soyadı və elmi dərəcəsi:

Kafedranın ünvanı: Bakı ş. Ayna Sultanova 5, korpus 3, mər.3 otaq 309

Məsləhət saatları: _________ ___

E-mail ünvanı: ________

İş telefonu: 439-38-88 (1-84)



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

  1. Nağıyev N.H., Abbasova Ş.A., Məmmədxanova L.İ., Yusubova F.F. “Memarliq layihələndirməsində memarliq qrafikasinin əhəmiyyəti və onun müasir təkmilləşdirilməsi” dərs vəsaiti. Bakı 2012.

  2. Аликсеев С.С., Теплов Б. М., Шеварев П.А. “Цветоведение для архитекторов”. ГОНТИ. М.-Л., 1938.

  3. Зайцев К.Г. “Современная архитектурная графика”. М., 1970.

  4. Кириллова Л.И. “Масштабность в архитектуре”. М., 1961.

  5. Кринский В.Ф., Колбин В.С., Ламцов И.В. и др. “Введение в архитектурное проектирование”. Учебник для вузов. М. Стройиздат, 1974.

  6. Кудряшев К.В. “Архитектурная графика”. Издат. Архитектура-С, Специальность «Архитектура». 2004.

  7. Оствальд В. “Цветоведение”. Пособие. Промиздат, М.-Л., 1926.

  8. Свиязев И.И. “Учебное руководство к архитектуре”. Сиб. 1839.

4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)



Layihələndirmənin əsasları” fənninin layihələndirilmə prosesi, layihələnən obyektin əsas mərhələlərində qrafikanın tədris edilməsi ilə müşaiət olunur. Məhz memarlıq layihələndirilməsinin öyrənilməsinin mərhələsi, memarlıq cizgisi fənninin tədrisidir. Eskizdən başlayaraq layihənin cizgilərınin işlənib hazırlanmasına qədər olan mərhələ, memarlıq cizgisi həmçinin mövcud olan (yaxud mövcud olmuş) memarlıq əsərlərinin təsviri üçün də istifadə edilir.

Fəninin tələbə tərəfindən öyrənilməsi memarlıq cizgisi müəyyən miqyaslarda bina və qurğunun proyeksiyalarını təsvir edən qrafik materiallarının işlənilən layihədə tətbiq edilməsi qanuna uyğunluqların bilməyə imkan yaradır.

5. Fənnin təqvim planı:

5.4. Məşğələ və kurs işləri dərslərinin mövzuları və qısa icmaları


Həftə-lər

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1.Giriş. “Bir ailə ücün nəzərdə tutulmuş fərdi yaşayış evi ilə torpaq sahəsinin” mövzusunun izahı.
  1. Fənn haqqında qısa məlumat

  2. Tapşırığın verilməsi və izahı.


4

18.09.14

2

Mövzu№2. Tapşırıqa aid materialların toplanılması və esgiz variantların işlənilməsi.

  1. Materialları araşdırmaq.

  2. Esgizlərin işlənilməsi və yoxlanılması

  3. Esgiz variantlara aid məsləhətlərin verilməsi

2

25.09.14

3

Mövzu№3. Tapşırığın esgizləşdirməsi

  1. Esgizlərin işlənilməsi.

  2. Tapşırıqın kompozisiya həllinin axtarışı

4

02.10.14

4

Mövzu№4. I-klauzura

  1. I-klauzuranın işlənilməsi

  2. I-klauzuranın yoxlanılması və tapşırıqa aid məşləhətlərin verilməsi

  3. I-klauzuranın qəbulu

2

09.10.14

5

Mövzu№5. II-klauzura

  1. II-klauzuranın işlənilməsi

  2. II-klauzuranın yoxlanılması və tapşırıqa aid məşləhətlərin verilməsi

  3. II-klauzuranın qəbulu

4

16.10.14.

6

Mövzu№6. Ortaqanal esgiz

  1. Ortaqanal esgiz son variantının işlənməsi

  2. Esgizin son variantının yoxlanılması

  3. Esgizin son variantının təsdiqi və qiymətləndirilməsi

2

23.10.14

7

Mövzu№7. Tapşırıqın planşetdə yerləşdirilməsi

  1. Ortaqanal proyeksiyanın planşetdə kampanovkası

  2. Işin planşetdə hissə-hissə tərtibi və cızilması.

4

30.10.14.

8

Mövzu№8. Tapşırıqın karandaşla planşetdə qurulması

  1. Işin baş fasadının, planının karandaşda planşet üzərində cızilmasi

  2. Işin kəsik, baş planının karandaşda planşet üzərində cızilmasi

  3. Işin perspektivasının karandaşda planşet üzərində cızilmasi

2

06.11.14

9

Mövzu№9. Planşet üzərində yazıların karandaşda qurulması

  1. Işin adının karandaşla qurulması

  2. Ortaqanal proyeksiyaların adlarının karandaşla qurulması

  3. Ölçülərin karandaşla yazılması

4

13.11.14

10

Mövzu№10. Tapşırığın planşet üzərində karandaşda qəbulu

  1. Tapşırığın planşet üzərində karandaşda sona yetirilməsi

  2. Işin karandaşda planşet üzərində qəbulu və qiymətləndirilməsi

2

20.11.14.

11

Mövzu№11. Tapşırıqın tuşlanması (sulu boya və ya qrafik üsulla işlənməsi)

  1. Ortaqanal proyeksiyaların- fasadları, planların tuşlanması

  2. Ortaqanal proyeksiyanın- kəsiyin tuşlanması

4

27.11.14

12.

Mövzu№12. Tapşırıqın tuşlanmasının davam edilməsi

  1. Ortaqanal proyeksiyanın-baş planın tuşlanması

  2. Ortaqanal proyeksiyanın - perspektivasının tuşlanması

2

04.12.14

13

Mövzu№13. Tapşırığı yazılarının tuşlanması

  1. Işin adının tuşlanması

  1. Ortaqanal proyeksiyaların adlarının tuşlanması

  2. Ölçülərin tuşlanması

4

11.12.14

14

Mövzu№14. Tapşırığın sona yetirilməsi

  1. Tapşırığın tuşlanmasının son mərhələsi

  2. Tapşırığı sonu

2

18.12.14

15

Mövzu№15. “Bir ailə ücün nəzərdə tutulmuş fərdi yaşayış evi ilə torpaq sahəsinin” tapşırığın qəbulu

  1. Işin yoxlanılması

  2. Işin qəbulu və qiymətləndirilməsi

4

25.12.14


5.5. Fənn üzrə sərbəst işlərin mövzuları

Sıra №-si

Mövzunun adı

1

Qurğunun planı

2

Qurğunun baş planı

3

Qurğunun fasadı

4

Qurğunun kəsiyi

5

Interyer

6

Qurğunun prespektivi

7

Miqyasın növləri

8

Texniki-iktisadi göstəricilər

9

Həyətyani sahə

10

Kiçik formalar


6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

I. Sentyabr-oktyabr ayları

“Bir ailə ücün nəzərdə tutulmuş fərdi yaşayış evi ilə torpaq sahəsinin” tapşırığının verilməsi və layihənin esgizin son variantının cızılması.



II. Noyabr ayı

“Bir ailə ücün nəzərdə tutulmuş fərdi yaşayış evi ilə torpaq sahəsinin” tapşırığının karandaşda planşet üzərində cızılması.



III.Dekabr ayı

“Bir ailə ücün nəzərdə tutulmuş fərdi yaşayış evi ilə torpaq sahəsinin” tapşırığın tuşlanması.



10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

__________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________



Müəllim: Məmmədxanova L.İ. ( )
11 sentyabr ” 2014 il

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə