11. ŞÜŞƏ. Dekorativ materiallar plan



Yüklə 30,38 Kb.
tarix20.01.2017
ölçüsü30,38 Kb.
#683


11. ŞÜŞƏ. DEKORATİV MATERİALLAR
PLAN
1. Qeyri – üzvi və üzvi şüşələr;

2. Sitallar və metallik şüşələr;

3. Bor – nitrid və karbonun polimorf modifikasiyaları;

4. Kompozisiya materialları;

5. Sintetik üzlük materialları;

6. Dekorativ kağız – qat kütlələr.


Ə D Ə B İ Y Y A T
1. Материаловедение: конспект лекций / Алексив В.С. – М.: Эксмо, 2008. –

160c. – (Экзамен в кармане).

2. Пролиниленные материалы /Алексив Н.С., Карпов В.Т. Новак Ю.А. и др.

– М.: Высен. Школа, 1991. – 288 c., ил.

Sənayenin müxtəlif sahələrində, inşaatda və digər təsərrüfat sahələrində üzvi və qeyri – üzvi şüşələr tətbiq edilir. Qeyri – üzvi şüşələr: texniki, inşaat və məişət qrup-larına bölünür. Öz növbəsində inşaat şüşələri də konstruksiya, bəzək, səs və istilik izolyasiya qruplarına bölünür. Səthinin keyfiyyətindən asılı olaraq şüşələr cilalanmış və cilalanmamış, rəngli və rəngsiz olurlar. Möhkəmləndirilməsi üsuluna görə - adi, bişirilmiş, döyülmüş və möhkəmləndirilmiş (kimyəvi) yaxud digər üsullarla hazırla-nır. Profilinə görə şüşələr müstəvi (hamar), dalğavari, qutuşəkilli və profilli olur.

Qeyri – üzvi inşaat şüşələri tikintidə: divarların işıqlanma pəncərələrinin şüşə-lənməsində, müxtəlif binaların tavanının (fonarının) şüşələnməsində istifadə olunur.

Qeyri – üzvi şüşə - təmiz kvars qumu, NaSO4 və əhəngdən ibarət ərintinin soyu-masından sonra alınır.

Pəncərə və qapıların, arakəsmələrin və s. şüşələnməsində ən geniş tətbiq olunan 1 və 2 növ vərəq pəncərə şüşələridir. Bu şüşələrin sıxlığı işıq ke-çiriciliyi (buraxıcılığı 84...87%, istilik keçiriciliyi isə aşağıdır. Sənaye eyni zamanda 1 və 2 növ haşiyəli (bəzəkli), rəngli və rəngsiz relyef haşiyəli vərəq şüşələri; termiki cilalanmış vərəq şüşələri, rəngli vərəq şüşələri (qırmızı, göy, yaşıl, sarı), hamar, rəng-li və rəngsiz, hamar, girintili – çıxıntılı (riflyonnıy) yaxud haşiyəli səthli; polad torlu armirasiya edilmiş və edilməmiş (3 növ olur: şveller profilli, qutu profilli – bir və iki tikişli; qabırğa profilli); metal torla armirasiya olunmuş vərəq şüşələr, -rəngli, rəngsiz, hamar və nahamar, haşiyəli şüşələr istehsal edir.

Üzvi şüşələr –poluefir qətranı ilə zəngin olmayan, şəffaf polimer məhsuldur. Texniki, konstruksiya, vərəq, işıq –texniki və saat qruplarına bölünür. Texniki üzvi şüşə -plastikləşdirilmiş və plastikləşdirilməmiş metakril turşusunun metil efiri poli-meri (sopdimer) olub, iqtisadiyyatın müxtəlif sahələrində geniş tətbiq edilir. Stan-dartlarla üç marka üzvi şüşə: TÜPŞ – texniki üzvi plastikləşdirilmiş. TÜSPŞ – texniki üzvi sopolimer şüşə.

[burada TÜPŞ – TOCП; TÜQPŞ – TOCH; TÜSPŞ - TOCC]

Texniki üzvi şüşənin fiziki – mexaniki xüsusiyyətləri: yumşalma temperaturu (qalınlığından asılı olaraq) 92...130oC, zərbə özlülüyü 6...9kC/m2, sıxlığı 60...90 kq/m3 t = 20oC –də, şəffaflığı (qalınlığı...30mm olduqda) 85...88%, 40oC isindikdə 1 saat ərzində çökməsi 3,5...4,0%, dartılmada dağıdıcı gərginlik 60...80 Mpa (600...800kq/sm2), nisbi uzanma (dağılmada) 2...2,5% təşkil edir.

Üzvi konstruksiya şüşələri də həmçinin üç markada buraxılır: COП – ÜPŞ– üzvi plastikləşdirilmiş şüşə; CT – 1 –üzvi qeyri plastikləşdirilmiş şüşə (ÜQPŞ) və 2– 55 –sopolimer şüşə. Bu üzvi şüşə markaları konstruksiya materialı (cihaz və aqreqat qayırmada) tətbiq edilir.

Sitallar (şüşə keramika) –şüşə əsaslı şüşə -keramik material olub, şüşədən kristallik strukturuna görə fərqlənməklə keramikaya oxşar olub, daha kiçik (...1...2 mkm) kristallara və sıx düzülüşə malik olub, hər –hansı bir məsaməyə malik olmur. Sitallar şüşə sixtasını xüsusi tərkib əlavə etməklə əridərək plastik vəziyyətədək soyudur və şüşə texnologiyasında olduğu kimi formalar verilir (presləmə, üfürmə, dartma). Forma verilmiş məmulat xüsusi termiki emala uğradılaraq kiçik kristallı sıx struktur yaradılır ki, bu da sitala xarakterikdir. Sital kimyəvi tərkibinə görə aşağıdakı qruplara bölünür: CTЛ –spodumen; CTM –kordieritiv; CTБ –borboriumlu və borqurğuşunlu, yüksək silisiumlu, fotositallar, CTЛ markalı sitalda – litium (Li), CTM –də isə Mg vardır. Xüsusiyyətlərinə görə sitallar: kimyəvi dayanıqlı, yeyilməyə davamlı, optik, elektrikizolyasiya və istiyə danayıqlı. Kimyəvi dayanıqlı və yeyil-məyə davamlı sitallar tüstü boruları, plunjerlər, kimyəvi nasosların hissələri, reaktor-lar və kimyəvi aparatlar hazırlanmasında istifadə edilir ki, bu məmulatlardan istilik dayanıqlığı və qazmaye sızdırmaması vacibdir. Sintetik liflərin hazırlanmasında yeyilməyə davamlı sitallardan sap naqilləri və digər toxuculuq avadanlıqları istehsal edilir. Optik sitallardan TKЛP –lə birgə astronomik güzgü və lazerlərin hazırlan-masında istifadə edilir.

Elektrik izolyasiya sitalları dəyişən temperatur və nəmlikdə yüksək gərginlikli rejimlərdə işləyən elektron və radiotexniki cihazların hazırlanmasında istifadə edilir.

Metallik şüşə sitallarla eyni struktura malik olub, yalnız metal örtüklə örtülmüş olur. Elektrotexnikada tətbiq edilir.

Sənayenin müxtəlif sahələrində və ilk öncə maşınqayırmada kubşəkilli bor – nitriddən geniş tətbiq edilir. Texnoloji faktorların variasiyası hesabına müxtəlif növ kubşəkilli bor –nitdir –elbor, elbor –P, kubonit, ismit, heksanit və s. istehsal edilir.

Maşınqayırdama yüksək bərk material olan bor – nitrid (BN) əsasında hazırlanan və geniş tətbiq edilən –elbor –P və ismit hesab olunur. Kəsmə xüsusiyyəti və yeyilməyə davamlılığı bu materialların metalkerimik və mineral keramik ərintilərdən yüksək olduğu məlum olmuşdur.

Elbor – P tətbiqi emal olunan səthin təmizliyinə və yüksək məhsuldarlığın təmin edilməsini şərtləndirir.

Yüksək bərk material ismit – bor –nitrid əsasında (modifikasiyasıdır) alınır və döyülmüş poladların yonulmasında bərk ərintilərə nisbətən daha dayanıqlıdır.

Karbonun kubşəkilli kristallik modifikasiya almazdır (təbii və süni) və turşu – qələvi mühitində həll olmur, yüksək bərkliyə malikdir, kəskilərin hazırlanmasında, şüşəkəsənlərin, metalların bərkliyinin təyin edilməsində istifadə olunan cihazların ucluqlarında və s. geniş tətbiq edilir.

İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən inşaatda müxtəlif xırdalanmış oduncaq (ovuntu – apilka) əsaslı kompozisiya materialları: oduncaq –qırıntı, oduncaq –lifli lövhələr, arbolit, fibrolit, sement –qırıntı lövhələr və oduncaq – yapışqan kompozisiyalar geniş istifadə edilir.

Oduncaq – qırıntı lövhələri oduncaq hissəciklərin əlaqələndiricilərlə qarışdırı-laraq isti presləmə üsulu ilə hazırlanır. Belə lövhələr (plitələr) inşaat və mebel istehsalında geniş tətbiq edilir. Plitələrin ölçüləri aşağıdakı hüdudlarda olur: 1830...5680mm uzunluğa, 1220...2500 mm enə və 8...28mmqalınlığa malik olurlar.

Fiziki – mexaniki göstəricilərinə görə oduncaq – ovuntu plitələri (lövhələri) aşağıdakı markalara П –A və П – Б –səthin keyfiyyətinə görə adi və kiçikstrukturlu səthli; səthin emal dərəcəsinə görə -cilalanmış və qeyri –cilalanmış; hidrofob xüsu-siyyətinə görə -adi və yüksək nəmliyə davamlı; əsas çatışmamazlığı –şaquli (səthə perpendikulyar) genişlənməyə davamsızlığıdır.

Oduncaq –lifli plitələri iynəyarpaqlı və enli yarpaqlı oduncağın emalı tullan-tılarını tətbiq etməklə hazırlayırlar. Sıxlığı və möhkəmliyindən asılı olaraq DVP –lər yumşaq (M –4, M -12, M -20), yarımbərk (ПТ -100), bərk (T –350, T -400) və yüksək bərk – (CT –500) olur. Texniki xüsusiyyətlərinə görə DVP –lər bio, alov, nəmliyə davamlılıqlı və səs boğucu hazırlanır. DVP yumşaq növləri divarların səs istilik izolyasiyasından istifadə edilir.

Yarımbərk DVP –lər ictimai və yaşayış binalarının divar və tavanlarının üzlənməsində istifadə olunur. Bərk və yüksək bərk DVP –lər mebel istehsalında və inşaatda istifadə edilir. Belə plitələr 2,5...10mm qalınlıqlı buraxılır. Orta bərklikli DVP –lər digər ölkələrdə “MDF –Medium Density Firebrands” markası ilə 10...30 mm qalınlıqda buraxılır və natural oduncağı əvəz edir.

Son illər inşaatda arbolitdən hazırlanmış müxtəlif məmnulatlar geniş yayıl-mışdır. Arbolit –xırdalanmış ağac emalı tullantısı, birləşdirici –portland sement, əlavə -CaCl2, maye şüşə, alüminium sulfat və əhəngdən ibarətdir. Arbolit müxtəlif istilik izolyasiya məmulatlarının istehsalında istifadə edilir.

Sement – ovuntu plitələri də geniş yayılmışdır. Tərkibi: ağac ovuntusu, portland sement və kimyəvi əlavə. Ölçüləri 1200 x 3600 mm, qalınlığı 8...25 mm, , əyilmədə möhkəmlik hüdudu 9...12 Mpa.

Formalı taraların hazırlanmasında tam olaraq oduncaq –yapışqan kompozisiyalar istifadə edilir. Tərkibi: xırdalanmış oduncaq və birləşdirici –sidik formaldehid qətranı + parafindən ibarətdir.

Sintetik üzlük materialları son dövrlərdə ofislərin interyerinin, müxtəlif binaların və xarici üzləmə işlərində geniş tətbiq olunmaqdadır. Bu materialın tətbiqi qıt “şpon” materialını əvəz etmişdir. Belə ki, sintetik üzlük materialı bəzək texnologiyasını çox sadələşdirmişdir. Hal –hazırda “real” qabarcıqları (deşikləri) imitasiya edən plyon-kaların alınması texnologiyasından istifadə olunur. Belə plyonka markaları PDSO və PDO mebəllərin üzlənməsində və avtomobillərin daxili bəzəyində istifadə olunur. PDO –A –020 aviasiya sənayesində təyyarələrin salonlarının bəzəyində istifadə olunur.

Polimer materialları əsasında istehsal edilən plyonkaları polivinilxlorid, polip-ropilen, poliefir və s. kompozisiyalardan hazırlayırlar.

PDO – PDSO – polivinilxlorid əsaslıdır.

Son dövrlərdə ağacdan (qapı, mebel və s.) olan müxtəlif məmulatların üzlən-məsində, həmçinin divar və panellərin, interyer elementlərinin üzlənməsində poli-vinilftorid –yaxşı istifadə xüsusiyyətlərinə malik olduğundan plyonkaları (PVF) tətbiq olunmaqdadır. Qeyd olunan məqsədlə PVF plyonkasından əlavə, özüyapış-dırılan –sopolimer vinilxlorid və vinilasetat əsaslı VA markalı plyonkalar - «Skoç» firmasi tərəfindən istehsal edilir, tətbiq edilməkdədir. Bu plyonkalar şəffaf, rəng-lənmiş, metallik effektli hazırlanır.

Bundan başqa böyük tələbatla – mühafizə yapışdırıcı lentlər – polimer əsaslı ЛТ – 38, ЛТ – 50 tipli lentlər (qalınlığı (lentin) ), qapı, pəncərə, sanitar qovşaqları və s. hazırlanmasında laminatlardan, mebel və avtomobillərin üzlən-məsində süni dəridən istifadə olunur.

Son dövrlərdə yaşayış və ictimai binaların üzlənməsi və bəzədilməsində yeni material – çox özünəməxsus, süni daşların müxtəlif dizaynı məmulatı olan – mineral – akril plitələrdir.

Dekoratuiv kağız –qat plastiklər artıq uzun illərdir ki, yaşayış, ictimai və istehsalat binalarının, müxtəlif nəqliyyat vasitələrinin salonlarının, mətbəx, tibbi və ticarət mebellərinin üzlənməsi işlərində tətbiq edilir. Bu növ plastiklər yaxşı fiziki – mexaniki və dekorativ xüsusiyyətlərə malik olmaqla, yaxşı emal olunur, yüksək t – ra davamlıdır, su, buxar, yeyinti və məişət mayelərinin (çay, kofe, araq, etil spirti və s.) təsirinə dayanıqlıdır. DKQP (DБC) – sıxlığı ən azı dartılmada dağıdıcı gərginlik 63,6 Mpa, əyilmədə - 98Mpa, su hopdurması <4%, istilik dayanıqlığı 120...140oC –dir.

Dekorativ kağız – qar plastiklər (DKQP) vərəq material olub termoreaktiv qətran hopdurulmuş preslənmiş kağız təsəvvüründədir.

DKQP iki əsas qrupa bölünür:

I qrup – ticarət və digər mebellərin işçi və üz səthlərinin hazırlanmasında;

II qrup – mətbəx, uşaq və digər mebellərin daimi nəmlik, istilik və digər faktorların təsiri mövcud olduğu mühitdə onların üzlüyünün hazırlanmasında istifadə olunur.

DKQP ölçüləri: uzunluğu 400...3000mm, eni 400...1600mm və qalınlığı 1,0; 1,3; 1,6; 2,0; 2,5 və3,0 mm.




Yüklə 30,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin