15 sentyabr 2014 IL Fənn proqramı (sillabusu) Kafedra “memarliq konstruksiyalari və abidəLƏrin bərpasi”


Abidələrin tipologiyası kursu 3 bölmədən ibarətdir



Yüklə 31,51 Kb.
səhifə2/3
tarix10.01.2022
ölçüsü31,51 Kb.
#108555
1   2   3

Abidələrin tipologiyası kursu 3 bölmədən ibarətdir:

1.Müdafiə qurğularının memarlığı

2. Dini memarlıq

3.Mülki tikililərin memarlığı



Kursun məqsədi



I bölmədə - Azərbaycan ərazisində mövcud olan müdafiə qurğularının yaranma səbəblərini və tarixini, memarlıq kompozisiya - həllini, konstruksiya və inşaat materialları açıqlanır.

II bölmədə - Azərbaycanın memarlıq irsinin böyük bir hissəsini təşkil edən monumental dini tikililər - memarlıq və inşaat sənətinin inkişafını əks etdirən ən dəyərli abidələr tədris edilir. Dini memarlıq abidələrində həmçinin Azərbaycan dekorativ tətbiqi sənətinin ən qiymətli nümunələri yer tapmışdır.


Azərbaycanın dini memarlığının xüsusiyyətlərinin araşdırılması, regionun memarlıq prosesində onun rolunun müəyyənləşdirilməsi, islam və ondan əvvəl mövcud olmuş mazdaizm, mitraizm, zoroastrizm və xristianlıq dini memarlığında olan əlaqələrin tədqiqi böyük əhəmiyət kəsb edir.

Azərbaycan memarlığının səciyyəvi və özünəməxsus əlamətlərini aşkarlamağa imkan yaradan məscidlərin, mədrəsələrin, atəşgahların, tağbənd zallı, çoxnefli bazilikaların, dairəvi, mərkəzi- günbəzli məbədlərin, monastır komplekslərinin memarlıq – kompozisiya, konstruktiv həllinin və inşaat texnikası üsullarının öyrənilməsi xüsusi dəyərə malikdir.



II bölmədə - Azərbaycan ərazisində mövcud olan mülki tikililərin: karvansaraylar, hamamlar, körpülər və s. memarlıq - kompozisiya həlli, konstruksiya və inşaat materialları, onların regional xüsusiyyətləri və s. açıqlanır.


Yüklə 31,51 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin