16. Memarliq dizayni materiallarinin xassəLƏRİ plan



Yüklə 60,5 Kb.
səhifə2/2
tarix01.01.2022
ölçüsü60,5 Kb.
#102765
1   2
Kimyəvi xüsusiyyətlər –materiala müxtəlif mühitlərin təsirini xarakterizə edir. Onlar materialın tərkibi və quruluşundan asılı olub, onun tətbiq olunma şəraitinə və xidmət müddətinə təsir edir. Bunlara, suya (nəmliyə) dayanıqlıq, turşuyadayanıqlıq, qələviyə dayanıqlıq, işıqlı havaya dayanıqlıq və s.

Suya dayanıqlıq- materiala fərqli temperatur və təzyiqlərdə nəmliyin təsirini xarakterizə edir. Bu xüsusiyyət istismar şəraitini, saxlanma şəraiti və müddətini və nəqlolunma şəraitini xarakterizə edir. Suya davamlı materiallara təbii və süni daş materialları (gips istisna olmaqla) aiddir.

Turşuya dayanıqlıq – materialın turşuların təsirindən reaksiyasını xarakterizə edir. Turşuya dayanıqlıq göstəricisi material və məmulatların istehsalat və istismar proseslərində üzvi və mineral turşuların təsirinə görə qiymətləndirilməsində vacib əhəmiyyətə malikdir.

Qələviyə dayanıqlıq – turşuyadayanıqlıq göstəricisi kimi materialların seçilməsi və qiymətləndirilməsində əhəmiyyətə malikdir.

İşıqlı – havanın materialın dayanıqlığına təsiri açıq havada və atmosfer yağıntıları və günəş şüalarının təsiri mövcud olan mühitdə tətbiq olunan materiallar üçün vacibdir.

Kimyəvi xüsusiyyətlər sanitar – texniki təyinatlı, döşəmələr üçün tətbiq edilən materiallar, örtük materialları və s. hazırlanmasında mütləq nəzərə alınmalıdır.

Fiziki xüsusiyyətlər daha geniş xüsusiyyət və göstəriciləri özündə ehtiva edir, inşaat və sənayedə istifadə edilən əksər material və məmulatlar üçün vacib əhəmiyyət kəsb edir. Bu xüsusiyyətlərə: kütlə, mexaniki, termiki, optiki, elektrik xüsusiyyətləri, həmçinin material və məmulatların su, hava və buxar keçirməsi ilə xarakterizə edilən xüsusiyyətlər aiddir. Əksər material və məmulatlar üçün fiziki xüsusiyyətlər DST və texniki şərtlərlə reqlamentləşdirilir və onların qiymətləndirilməsində (keyfiyyətinin) geniş istifadə olunur.

Material və məmulatların kütləsi materialın təbiətini, məsaməliliyini, sukeçir-məzliyini, istilikkeçiriciliyinə və möhkəmliyinə dair mühakimə yürütməyə imkan verir. Kütlə göstəricisi materialların qablaşdırılmasında, nəql etdirilməsində və sax-lanmasında nəzərə alınır. Bunlardan ən vacibi sıxlıq, həcmi kütlə, məmulatın kütləsi və 1m2 kütləsi.

Sıxlıq –vahid həcmə düşən kütlədir. O, materialın təbiətindən, onda olan his-səciklər və məsamələrdən asılıdır. Hesablama formulası , burada cismin sıxlığı, q/sm3; m – cismin kütləsi, q; v – cismin həcmi, sm3.

Həcmi kütlə ( ) – materialın vahid həcminə düşən məsaməli cismin kütləsidir. Yuxarıdakı formula ilə hesablanır. Məsaməli materialların həcmi kütləsi onların nəmliyindən asılıdır. Məsaməli cisimlərin həcmi kütləsi həmişə onun sıxlığından kiçikdir. Qeyri –məsaməli materiallar üçün onların qiyməti bərabərdir. Sıxlıq və həcmi kütlənin nisbətindən materialın məsaməliliyi aşağıdakı kimi hesablanır: məsaməlilik, %, həcmi kütlə, q/sm3.

Bəzi məmulatların kütləsi –ciddi normalaşdırılan göstəricidir. O, digər göstərici-lər kimi havanın temperaturu, nisbi rütubəti və materialın özünün nəmliyindən asılıdır.

1m2 kütləsi – 1m2 -ə düşən materialın kütləsidir; rulon və vərəq materialları üçün xarakterikdir: parçalar, dərilər, kağızlar, kartonlar və aboylar.

Mexaniki xüsusiyyətlər –materialların keyfiyyətinin istismar prosesində sıxılma-sında, dartılmasında, əyilməsində, burulmasında, zərbədə və digər təsirlərdə qiymət-ləndirilməsində vacib əhəmiyyət kəsb edir. Bunlara həmçinin sürtünmə müqaviməti və bərkliyi də aid edilir. Material və məmulatın mexaniki xüsusiyyətindən onun etibarlığı və təyinatı asılıdır. Bu göstəricilər metal, daş, şüşə, oduncaq və digər materialların xarakteristikaları üçün geniş istifadə olunur. Mexaniki xüsusiyyətlərin əsas göstəriciləri: möhkəmlik (möhkəmlik həddi), kövrəklik, elastiklik modulu, qırılma uzunluğu və bərklik.

Möhkəmlik –materialın dağılmadan qüvvənin təsirinə müqavimət göstərmə qabiliyyətidir. Onun göstəricisi möhkəmlik hüdudu olub, nümunənin başlanğıcen kəsiyinə düşən dağıdıcı qüvvədir, qüvvə, N; sahə, m2, möh-kəmlik hüdudu, MPa.

Materialın kövrəkliyi – onun zərbəyə müqavimət göstərməsi qabiliyyəti ilə xarakterizə edilir. Kövrək materiallar sıxılmaya yaxşı, zərbə və əyilməyə zəif müqa-vimət göstərir.

Elastiklik modulu – materialın deformasiya qabiliyyəti olub, gərginliyin elastik deformasiyaya nisbətinə bərabərdir. Bu göstərici materialın elastikliyini xarakterizə edir.

Qırılma uzunluğu – materialın öz kütləsinin təsirindən dağılıb –qırıldığı minimal uzunluqdur. Bu göstərici kompleks olub, parçaların, kanatların, trosların, naqillərin və digər materialların keyfiyyətinin qiymətləndirilməsində nəzərə alınır. Qırılma uzunluğu (km –lə) dartılmaya möhkəmlik və materialın sıxlığından asılı olub, aşağıdakı düsturla hesablanır: . Bu göstərici Al üçün 4...6 km; Cu – 2...5 km, polad – 5...20 km, kapron – 60...65 km.

Sürtünmə müqaviməti – materialın sürtünmə təsirlərinə müqavimət göstərməsi ilə xarakterizə olunur. Materialın sürtünməsi onun bərkliyi və sıxlığından asılıdır. Bu göstərici döşəmə materiallarının (parket, linolium, plitka və s.) seçilməsində böyük əhəmiyyətə malikdir.

Bərklik –materiala digər daha bərk materialın daxil olmasına müqavimət göstərməsi qabiliyyətidir. Bu göstəricinin praktiki əhəmiyyəti metalların, plastik kütlələrin, keramikanın, oduncağın və digər materialların keyfiyyətinin qiymətlən-dirilməsində istifadə olunmasıdır.

Termiki xüsusiyyətlərə: istilik tutumu, istilikkeçiriciliyi, termiki genişlənmə, termiki dayanıqlıq, odadavamlılıq, aqreqat halının dəyişməsi aiddir. Termiki xüsusiy-yət – materialın istilik enerjisinin təsirindən dəyişməsini xarakterizə edir.

İstilik tutumu – müəyyən t – ur intervalında cismin 1oC qızdırılması üçün istilik miqdarıdır. Ölçü vahidi C/dər, kC/dər və s.

İstilik keçiriciliyi –cismin ayrı –ayrı sahələri arasından istilik keçirməsi qabiliy-yətidir. İstilik keçiriciliyi materialın kimyəvi tərkibi, strukturu, məsaməliliyi, tempe-raturu və nəmliyindən asılıdır. Ən kiçik istilik keçiriciliyinə yüksək məsaməliliyə və kiçik nəmliyə malik materiallar ( ) aiddir. Ölçü vahidi Vt/(m·K).

Termiki genişlənmə -temperaturun yüksəlməsi ilə materialın ölçüsünün dəyişməsi qabiliyyətidir. Bu xüsusiyyət çini –saxsı, şüşə, adadavamlı və digər mate-rialların keyfiyyətinin qiymətləndirilməsində (qızma və soyuma (istismar prosesində) zamanı) nəzərə alınır.

Termiki dayanıqlıq – materialın temperaturun kəskin dəyişməsində onun öz xüsusiyyətlərini saxlaması qabiliyyətidir. Bu göstərici odadavamlı materialların, şüşə və keramikanın keyfiyyətinin qiymətləndirilməsində vacibdir.

Odadavamlılıq – materialın odun təsirinə müqaviməti ilə xarakterizə olunur. Bütün materiallar üç qrupa: yanmayan, çətinyanan və asan yanan.

Aqreqat halının dəyişməsi –maddənin təbiətini dərk etmək üçün (УУМ - da) çox vacibdir; əsas göstəriciləri: ərimə temperaturu, qaynama, yumşalma, polimerləşmə və s.

Optik xüsusiyyətlər –material və məmulatların baxış yaddaşı ilə xarakterizə edilir. Bunlardan əsasları: rəng, parlaqlıq, işıqburaxmaq və s. Bu göstərici şüşə və onlardan olan məmulatların əsas xarakteristikasıdır. Pəncərə şüşəsi üçün işıqburaxma qabiliyyəti -84% - r.

Elektrik xüsusiyyətləri materialın elektrik cərəyanını keçirməsinə münasibəti ilə xarakterizə olunur. Bu göstəricilərə: elektrik keçiriciliyi, elektrik müqaviməti və s. Bu xüsusiyyətə görə materiallar: keçiricilər, yarım keçiricilər və izolyatorlara bölünür. Keçiricilərə Ag, Cu və onun ərintiləri, Al, polad və s.

İzolyatorlara rezin, farfor, şüşə, plastik kütlə, asbest və s. aiddir. Elektrik xü-susiyyətlərindən şnur, naqil, kabel və s. keyfiyyətinin qiymətləndirilməsində istifadə olunur.

Material və məmulatların keçiriciliyini xarakterizə edən xüsusiyyətlərə: su, buxar, hava və toz keçiriciliyi, nəmlik və s.

Su keçiriciliyi material və yaxud məmulatın müəyyən təqyiq altında su burax-ması olur və ml/(sm2. saat) ölçülür.

Buxar keçiriciliyi –az nəmlikli mühitdən böyük nəmlikli mühitə buxar keçir-məsidir.

Hava keçiriciliyi –müxtəlif təqyiqlərdə materialın hava buraxması qabiliyyətidir.

Toz keçiriciliyi – materialın toz hissəcikləri keçirməsi qabiliyyətidir.

Nəmlik – materialın tərkibində olan suyun miqdarı ilə xarakterizə edilir.

Su (udma) keçirmə qabiliyyəti – material və məmulatın su udmaq və yaxud su saxlanmasıdır.

Suya dayanıqlıq –materialın çoxlu suda öz möhkəmliyini (davamlılığını) saxla-masıdır.

Şaxtaya dayanıqlıq –materialın çoxlu suda donma və yaxud ərimədə heç bir dağılma əlamətinin aşkar edilməməsi qabiliyyətidir.

Bioloji dayanıqlıq –material və məmulatın müxtəlif mikroorqanizmlərin (bak-teriya, göbələk və s.) təsirinə dayanıqlığı ilə səciyyələnir.

Tələbat xüsusiyyəti –material və məmulatın istismar prosesində hansı tərəfdən tələbləri təmin edir, onlar bölünür: funksional, gigiyenik, erqonomik, estetik və iqti-sadi.

Funksional xüsusiyyət – materialın təyinatına uyğunluğunu xarakterizə edir.

Gigiyenik xüsusiyyət –materialın insanın normal həyat fəaliyyəti və iş qabiliy-yətinin təmin edilməsinin mümkünlüyünün təyinidir.

Erqonomiki xüsusiyyət –material və məmulatın yüksəkməhsuldar əməyin minimal yorğunluq və əmək sərfi ilə optimal şəraitiaşkar etməsidir.

Estetik xüsusiyyət –material və məmulatın tələbedicilərin zövqünə uyğunluğu və təyinatına uyğunluğudur.



İqtisadi xüsusiyyət –material və məmulatın əldə edilməsi və istismarında böyük səmərə əldə edilməsinin təmin edilməsi ilə şərtlənir.
Yüklə 60,5 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin