17 avqust 2007 Vəzifənin adı: C`est Bon Müştərilərlə iş üzrə köməkçi (Kuryer) İyerarxiya daxili: “



Yüklə 26,29 Kb.
tarix04.01.2022
ölçüsü26,29 Kb.
#57640

C`est Bon Müştərilərlə iş üzrə köməkçi (Kuryer)

vəzifəsi haqqında məlumat

17 avqust 2007


Vəzifənin adı: C`est Bon Müştərilərlə iş üzrə köməkçi (Kuryer)

İyerarxiya daxili: “Müştərilərlə iş üzrə koordinatora” tabedir

İş yeri: Bakı, Azərbaycan

Müqavilənin müddəti: Uzun müddətli

İş rejimi: Bazar ertəsi - Cümə saat 10.00 -16.00

Şənbə - saat 11.00 - 16.00



Məvacib: 120 AZN + bonuslar + gələcək biznesdə pay

İşin təhvil verilməsi: 10 (on) bank günü öncə
Vəzifənin məqsədi: Müştərilərə yeməkləri çatdıqmaq. C`est Bon şirkətinin fəaliyyətini və məhsullarını inkişaf etdirmək və xidmətlərini yüksək səviyyədə müştərilərə çatdırmaq. Bunun nəticəsi olaraq C`est Bon müştərilər arasında müştəri xidmətləri üzrə ən yüksək səviyyəli və tez çatdıran şirkəti kimi tanınsın. Müştərilərin 95% -i C`est Bon şirkətinin xidmətlərini yüksək qiymətləndirsinlər.

Vacib məlumat: C`est Bon şirkətinin biznesi 4 əsas prinsiplər üzərində qurulub və fəaliyyət göstərir. Bunlardan biri də “Müştərilərə yüksək səviyyəli xidmətlər” prinsipidir. Bu prinsip bütün işçilərdən bunları tələb edir: Qülümsəmək, Nəzakətlik, Hörmət, Ətraflı məlumat və məsləhət. C`est Bon şirkətin hər bir işçiləri təmin etməlidilər ki, bütün müştərilər bizim xidmətlərdən məmnun qalsın.
Vəzifələr:


  • Müştərilərin sifarişlərini ünvanlara vaxtında (20 dəgigə ərzində) və müvafiqiyyətlə çatdırmaq;

  • Müştərilərə yeməkləri vaxtında və uğurla çatdırmaq üçün ən səmərəli və tez marşurut seçmək;

  • Qəbul olunmuş sifarişləri müştərilərə vaxtında və səmərəli çatdırmaq;

  • Müştərilərin təklif və narazılıqlarını qeydiyyat etmək və onları Müştəri Xidmətləri üzrə Koordinatora çatdırmaq;

  • Müştərilərə menyu haqqında və istifadə olunan texnologiyalar haqqında bütün suallara aydın və dolğun cavab vermək;

  • Müştərilərə şirkət haqqında məlumat vermək və onları maraqlandıran digər sullara aydınlıq gətirmək;

  • Müştərilərdən alınan pulu qəbul etmək və Müştəri Xidmətləri üzrə Koordinatora təhvil vermək;

  • Sifarışlərin çatdırılması üzrə qeydiyyat formasında bütün sifarişləri qeyd eləmək: oisdən çıxma vaxtı, müştərinin ofisinə çatma vaxtı, müştəriyə çatdırmaq vaxtı, alınmış məbləğin miqadarı, ofisə qayıtmaq vaxtı;

  • Müştəri Xidmətləri üzrə Koordinatorun digər tapşırıqlarını vəzifə çərçivəsində həyata keçirdmək;

  • C`est Bon şirkətinin biznes məqsədlərinə nail olmaq;

  • C`est Bon şirkətinin qarşısında duran problemləri vaxtında və uğurla aradan qaldırmaq;

  • Bütün iclas və işlə bağlı görüşlərdə iştirak etmək;

  • C`est Bon şirkətinin “Əməliyyat Prosedur” larına riayət etmək və orada duran bütün vəifələrə nail olmaq;

  • C`est Bon şirkətinin bütün korporativ prosedur və siyasətə riayət və hörmət etmək;


Fəaliyyətin qiymətləndirmə kriteriyaları:

  • Müştərilərin 95% -i C`est Bon şirkətinin xidmətlərini yüksək qiymətləndirsinlər;

  • Müştərilərin 90% -i C`est Bon şirkətinin çatdırılmasını yüksək qiymətləndirsinlər;

  • Müştərilər xidmətlə bağlı şikayyətləri 0-a bərabərdir;;

  • İşçinin xarici görünüşü təsdiq olunmuş qaydalara uyğundur;

  • Işçilər arasında mehribançılık və hörmət mövcuddur;

  • İş vaxtı təyin olunmuş digər kriteriyalar;

Namizəd üçün zəruri keyfiyyətlər:

  • Azərbaycan və Rus dilləri bacarığı;

  • Bakı şəhərini, biznes və hökümət təşkilatların yerləşməsini yaxşı bilmək;

  • İctimai nəqliyyətlərin marşurutlarını yaxşı bilmək;

  • Yenilikçilik, biznes təşəbbüsü bacarığı, enerjililik və problemləri uğurla həll etmə bacarığı;

  • Üzərinə məsuliyyət götürmə bacarığı;

  • Gərgin anlarda qərar qəbul etmə bacarığı;

  • Yüksək məsuliyyətlilik;

  • Ünsiyyətcillik və komandada işləmə bacarığı;

Məvacib və digər faydalar:

  • İllik məvacib uğurlu namizədin bacarığı əsasında təyin olunacaq. Məvacib hər ayın axırı verilir. İşçinin uğurlu fəaliyyətindən asılı olaraq məvacib ildə iki dəfə artılacaq

  • Iş vaxtından artıq və bayramlar günü (overtime) fəaliyyət vaxtı məvacib 1.5 vurulacaq;

  • Il ərzində 21 gün və rəsmi məzuniyyət;

  • İş yüksək səviyyədə avadanlıqla təchiz olunub

  • Professional inkişaf üçün imkanlar

  • Bütün işçilər biznes və sahə üzrə professional treyninqlər ilə təmin olunurlar

  • Hər ayın axırı müvəfiqiyyətli və professional fəaliyyətə görə Bonuslar (pul mükafatı);

  • C`est Bon şirkətində uzun müddətli çalışdığına görə gələcək biznesdə Pay.

Müraciət etmək:

Bütün namizədlər C`est Bon şirkətinə aşağıdaki ünvana müraciət etsinlər:

Bakı ş., İstiqlaliyyət küç 43, mən 21 (Skazka şirniyyət evin yanı) yerləşir.

Tel: 492 65 87, 511 82 20 və Mob: 050 450 77 01



Email: cestbonazerbaijan@yahoo.com

C`est Bon is fast food company aimed to create handmade natural, fresh and high-quality sandwiches avoiding any chemicals, additives and preservatives.
Yüklə 26,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin