17. Təhlükəsizlik nişanları və plakatları Təhlükəsizlik nişan və plakatların istifadəsini tələb edən hallar
Təhlükəsizlik İşarələri təhlükəsiz iş mühitini təşviq edir, işçiləri potensial təhlükələrdən xəbərdar edir və mühüm təhlükəsizlik tədbirləri və siyasətlərini gücləndirir. Təhlükə və ya təhlükənin qarşısını adekvat şəkildə almaq mümkün olmadıqda və ya başqa yolla azaldılmadıqda təhlükəsizlik nişanlarından istifadə edilməlidir.
Təhlükəsizlik nişan və plakatlarının təyinatı və növləri
Qadağanedici nişanlar- Müəyyən edilmiş hərəkətlərin qadağan edilməsi üçün istifadə edilir və qırmızı rənglə rənglənir.
Əmiredici nişanlar- İşçilərə təhlükəsizlik tələblərini konkret yerinə yetirməklə müəyyən hərəkətlər etməyə icazə verir, yanğın təhlükəsizliyinih təxliyə yolunu göstərir və göy rənglə rənglənir.
Xəbərdaredici nişanlar- İşçiləri mümkün təhlükələrdən xəbərdar edir və sarı rənglə rənglənir.
Göstirici nişanlar- İşçilərə icazə verilən yerləri göstərir və yaşıl rənglə rənglənir.
Təhlükəsizlik nişanları aşağıdakı nöğvlərə bölünür:
İstiqamətləndirici nişanlar;
Qadağanedici nişanlar;
Xəbərdaredici nişanlar;
Elektrik təhlükəsizliyi nişanları
Təxliyə nişanları;
Yanğın təhlükəsizliyi nişanları;
Öbyektlərin kateqoriyaları;
Tibbi və sanitar nişanlar.
Təhlükəsizlik nişan və plakatlarından istifadə edilməsinə tələblər.
Təhlükəsizlik nişanları iş yerində əməyin mühafizəsi və digər sahələrlə bağlı informasiyanın işçiyə ötürülməsi üsullarından biridir. Qaydalara əsasən, iş yerində təhlükə yaranma ehtimalı varsa, müvafiq xəbərdarlıq nişanları qoyulmalıdır. Texniki reqlamentin məqsədi iş yerlərində təhlükəsizlik standartlarını qorumaq və bədbəxt hadisələrin mümkün qədər qarşısını almaqdır. Təhlükəsizlik nişanları görünən, asan görünən yerlərdə asılmalı və onların göz səviyyəsində görünməsini təmin etməlidir.