Yükqaldırma avadanlığı Yükqaldırma avadanlığı özündə yükqaldırma mexanizmlərini və yükqaldırma qurğularını ehtiva edir. Onlar aşağıdakı yolla müəyyənləşdirilirlər:
Yükqaldırma mexanizmləri Bunlar – yükü qaldırmağa və endirməyə qadir olan istənilən mexanizmlərdir, məsələn, kranlar, çəngəlli yükləyicilər, qaldırıcılar, kanatlı qaldırıcılar, tallar.
Kranlar normativ xidmət müddəti ərzində dövrü texniki müayinədən keçməlidirlər, qismən 12 ayda bir dəfədən az ol mayaraq, tam 3 ildə bir dəfədən az olmayaraq, nadir hallarda istifadə olunan kranlar istisna olmaqla (maşın zallarına, elekt rik və nasos stansiyalarına kompressor qurğularına xidmət etmək üçün kranlar, eləcə də ancaq qurğuların təmirində istifadə olunan başqa kranlar). Nadir hallarda istifadə olunan kranlar 5 ildə bir dəfədən az olmayaraq tam texniki müayi nədən keçməlidirlər. Kranların nadir hallarda istifadə olunan kateqoriyaya aid edilməsi Dövlət Agentliyinin razılığı ilə kran sahibi tərəfindən təyin edilir. Kranlar kütləsi pasportda göstərilən yükgötürmə qabiliy yətindən artıq olmayan yüklərin yerdəyişməsinə buraxıla bi lərlər. Kranların istismarı vaxtı, onun pasportunda və istismar üzrə rəhbər sənədlərində şərh edilmiş tələblər pozulmamalıdır.
Yükün bir neçə kranlarla qaldırılması və yerdə yişməsi vaxtı, kranların hər birinə düşən yük, kranın yükgö türmə qabiliyyətindən çox olmamalıdır. Yükün bir neçə kranlarla yerdəyişmə işi, bilavasitə kranlarla təhlükəsiz iş icrasına cavabdeh şəxsin rəhbərliyi altında aparılmalıdır. İşlə yan kranlar, qeydiyyat nömrəsi, pasportda göstərilən yükqal dırma qabiliyyəti, sonrakı qismən və tam texniki müayinənin keçirilməsi tarixi qeyd edilmiş lövhələrlə təchiz olunmalıdırlar.
Kran işləyərkən aşağıdakılara yol verilmir: kranın hərəkəti zamanı onun kabinasına daxil olmağa, işləyən qollu kranın dönən və dönməyən hissələri arasında adamların sıxılmasına yol verməmək üçün onun yanında adamların olmasına, dayanıqsız vəziyyətdə və ya ikibuynuzlu qarmağın bir buynuzundan asılmış yükün yerdəyişməsinə, adamların və ya üzərində adamlar olan yükün yerdəyişməsinə, adamların körpü tipli kranlarla qaldırılmasına.
Avadanlıqların asan alışan və yanar maddələrlə (AAM və YM), zibil və istehsalat qalıqları ilə çirklənməsinə yol verilməməlidir. Partlayış-yanğın təhlükəli müəssisələrin və qurğuların (çənlər parkı və s.) ərazisinə girişə yalnız xüsusi buraxılış vərəqəsi ilə icazə verilir. Avtonəqliyyat, traktor və digər aqreqatlar qığılcımsöndürən və yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır. Avadanlıqların, xüsusi ilə flans birləşmələrinin və kipgəclərin germetikliyinə nəzarət olunmalıdır. Məhsulun sızması yerləri aşkar olduqda, nasazlığın aradan qaldırılması üzrə tədbirlər görülməlidir. Partlayış-yanğın təhlükəli texnoloji əməliyyatların, bütün iş rejimlərində nəzərdə tutulmuş son yol verilən parametrlərdən kənaraçıxma hallarında partlayış təhlükəli mühitin və digər qəza hallarının yaranmasının qarşısını alan və prosesin təhlükəsiz dayandırılmasını və ya təhlükəsiz vəziyyətə keçirilməsini təmin edən avtomatik tənzimləmə və qəzaların qarşısını alan sistemləri olmalıdır.
Partlayışyanğın təhlükəli sistemlər üçün (istismar prosesində titrəyişə məruz qalan avadanlıqlar və boru kəmərləri) layihədə titrəyişi azaldan, avadanlıqların yerdəyişməsini (qəzaya səbəb ola biləcək), dağılmasını və kipliyinin pozulmasını istisna edən tədbirlər nəzərdə tutulmalıdır.
Partlayış təhlükəli zonalarda quraşdırılmış elektrik avadanlıqları gərginlik səviyyəsindən asılı olmayaraq yerləbirləşdirilməlidir. Obyekt, səmərəli surətdə mühafizə olunmaq üçün, partlayış təhlükəli zonalara bölünməlidir.
0-cı zona – partlayış təhlükəli qatışığın daima və ya uzun müddət ərzində olduğu sahə;
1-ci zona – normal iş reжimində partlayış təhlükəli qatışığın mövcudluğu ehtimal olunan sahə;
2-ci zona – normal iş rejimində, açıq meydançalarda və otaqlarda partlayış təhlükəli qatışığın olmadığı sahə.