17. Yazili iŞGÜzar kommunikasiyanin nöVLƏRİ



Yüklə 17,65 Kb.
səhifə3/3
tarix11.11.2023
ölçüsü17,65 Kb.
#132370
1   2   3
Mövzu 6 Yazılı işgüzar kommunikasiyanın növləri

Tərcümeyi-hal – ərəbcə “tərci” (geri çevirmə, təkrar etmə) və “hal” (surət, vəziyyət) sözlərinin birləşməsindən düzəlmişdir. Tərcümeyi-hal şəxsin öz əli ilə həyatını ətraflı təsvir etməsi, özü haqqında tam məlumat verməsidir.
Tərcümeyi-hala verilən tələblər:
1) Tərcümeyi-hal sözü başlıq kimi vərəqin yuxarı hissəsində ortada yazılır.
2) Tərcümeyi-halda şəxs adını, atasının adını, soyadını, doğum gününü, ayını, ilini və yerini şəxsiyyət vəsiqəsində olduğu kimi dəqiq göstərir.
3) Məktəbdə oxuduğu dövrü və bu zaman apardığı ictimai işləri və qazandığı nailiyyətləri sadalayır.
4) Ailə üzvləri haqqında qısa məlumat verir.
5) Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılır. Sonda şəxsi imza qoyulur və altında yazılma tarixi göstərilir.
İzahat- ərəb sözü olub, “izah” sözünün cəmidir və müəyyən hərəkəti aydınlaşdırma mənasını verir. Yazılı və şifahi, sadə və müfəssəl olur.
İzahata verilən tələblər:
1) Kimə və kim tərəfindən yazılır.
2) Məzmunu aydın olmalıdır.
3) Şəxsin öz xətti ilə yazılmalıdır.
4) Sonda imza və tarix: il, ay, gün göstərilməlidir.
Rəy- ərəb sözü olub, fikir, mülahizə mənasını verir. Əsər, tamaşa, kurs işi, dissertasiya işi haqqında mülahizə, fikir, resenziya deməkdir.
Rəyə verilən tələblər:
1)Kimə və nə haqda yazıldığı göstərilir, səhifənin ortasında «rəy» sözü yazılır.
2)Nə barədədirsə, onun müsbət və mənfi cəhətləri göstərilir.
3)Rəyçi tərəfindən irəli sürülən təklif və tövsiyələr yığcam şəkildə ifadə olunur.
4)Sonda rəyçinin adı, soyadı və atasının adı yazılır və imza qoyulur, tarix — gün, ay, il bütöv şəkildə göstərilir.
Bəzi sənədlər var ki, onlara həm rəsmi, həm də işgüzar sənədlər arasında rast gəlmək olar. Məsələn, akt, protokol, müqavilə həm rəsmi, həm də işgüzar sənəd kimi işlənir.
Yüklə 17,65 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin