170 sual-cavab tərtib edən: Məhəmməd Azəri Entesharate Faiz Kitabın adı: Sual-cavab



Yüklə 1,08 Mb.
səhifə6/41
tarix05.01.2022
ölçüsü1,08 Mb.
#111365
1   2   3   4   5   6   7   8   9   ...   41
Sual 37: «Mənzələt» hədisində deyilir?

Cavab: Həzrət Peyğəmbərin (ə) buyuruqları arasında adıyla tanınan məşhur hədislərdən biri də, «Mənzələt» hədisidir. Bu hədis həm şiə, həm də sünnət əhli alimləri tərəfindən nəql olunmuşdur. Ən məşhur sünni mənbələri «Səhihi-Buxari», «Səhihi-Müslim»də adı çəkilən hədislə rastlaşırıq.

Hədisdə buyurulur: «Peyğəmbər (s) Təbuka yola düşərkən, Əlini (ə) öz yerində qoydu. Əli (ə) ərz etdi: «Məni uşaqlar və qadınlar arasında qoyursan?». Həzrət peyğəmbər buyurdu: «Razı deyilsənmi ki, Harun Musa üçün necə idisə, sən də mənim üçün elə olasan?!»1.

Hədislərdə qeyd olunur ki, bir gün Müaviyə Sədə dedi: «Nə üçün Əliyə lənət oxumursan?». Səd dedi: «Həzrət peyğəmbərin Əli (ə) haqqında buyurduğu üç şey yadıma düşür və lənət deyə bilmirəm». Sonra Səd uyğun mənzələt hədisində həzrət Peyğəmbərin (s) buyurduğu cümləni və daha başqa iki kəlamı zikr edir.

Başqa bir rəvayətdə nəql olunur ki, Ömər ibni Xəttab bir kişinin Əliyə (ə) lənət oxuduğunu görür. Kişiyə deyir: «Zənnimcə, sən münafiqsən. Çünki həzrət Peyğəmbər (s) Əlinin haqqında belə buyurub: «Harun Musa üçün hansı məqamdaydısa, Əli də mənim üçün həmin məqamdadır»1.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin