170 sual-cavab tərtib edən: Məhəmməd Azəri Entesharate Faiz Kitabın adı: Sual-cavab


Sual 32: İlk müsəlman kimdir? Cavab



Yüklə 1,08 Mb.
səhifə2/41
tarix05.01.2022
ölçüsü1,08 Mb.
#111365
1   2   3   4   5   6   7   8   9   ...   41
Sual 32: İlk müsəlman kimdir?

Cavab: Qurani-kərimin «Ənam» surəsinin 163- ayəsində buyurulur: «(Ya Məhəmməd, de ki) onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam».

Ayədən açıq-aşkar məlum olur ki, ilk müsəlman həzrət Məhəmməddir (s). Amma «Yunis» surəsinin 72-ci ayəsində Nuh peyğəmbərin, «Bəqərə» surəsinin 128-ci ayəsində İbrahim peyğəmbərin, «Yusif» surəsinin 101-ci ayəsində isə, Yusif peyğəmbərin müsəlmanlığı haqqında məlumat verilir.

Bəzi təfsirçilərin fikirincə, hələ ruhlar aləmində Allah-təalanın dəvətinə ilk müsbət cavab verən insan, həzrət Məhəmməd (s) olduğu üçün ilk müsəlman da o hesab edilməlidir.

Amma başqa bir fikir də mövcuddur. «Müsəlman» sözünün lüğəti mənası «təslim olan» deməkdir. Bu baxımdan Adəm peyğəmbərdən başlayaraq, Allah əmrinə bütün təslim olanlar müsəlmandırlar.

«Müsəlman» sözünün ikinci mənası, İslam dinini qəbul edən şəxslərə şamil olunur və bu baxımdan ilk müsəlman həzrət Məhəmməd (s) olmuşdur.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin