170 sual-cavab tərtib edən: Məhəmməd Azəri Entesharate Faiz Kitabın adı: Sual-cavab



Yüklə 3,77 Mb.
səhifə19/23
tarix09.07.2018
ölçüsü3,77 Mb.
#56239
1   ...   15   16   17   18   19   20   21   22   23

Sual 139: Süleyman peyğəmbərin macəraları bizə öyrədir?

Cavab: Qurani-kərim «Nəml» surəsinin 16-43-ca ayələrində Süleyman haqqında buyurur:

«Biz Davuda Süleymana elm verdik...».

«Süleyman Davuda vərəsə oldu dedi: «Ey insanlar bizə quş dili öyrədildi...».

«Süleyman insan, cin quşlardan ibarət qoşun topladı...»

«Sonra Süleyman quşları yoxlayıb, dedi: «Hüd-hüdü niyə görmürəm?...».

«And olsun ki, aşkar bir dəlil gətirməsə, ona şiddətli əzab verərəm...».

«Hüd-hüd gəlib dedi: «Sənin bilmədiyin bir şey öyrəndim. Sənə Səbadan doğru xəbər gətirmişəm».

«Mən onlara padşahlıq edən bir qadın gördüm...».

«Mən onun tayfasının Allahı qoyub, günəşə sitayiş etdiklərini gördüm...».

«(Süleyman dedi:) Mənim bu məktubumu apar, onlara at...»

«(Məktubun məzmunu) Mənə qarşı təkəbbür göstərməyin, yanışa müti olaraq gəlin...».

«(Səba padşahı Bəlqis dedi:) Mən onlara bir hədiyyə göndərəcəyəm...»

«Süleymanın yanına gəldikdə, o dedi: «Siz mənə var-dövlətləmi yardım edirsiniz?...».

«...hansınız Bəlqisin taxtını mənə gətirə bilər?».

«Kitabdan xəbəri olan birisi, «mən onu sənə bir göz qırpımında gətirərəm» dedi».

«Süleyman ona (Bəlqisə) Allahdan başqasına ibadət etməyi qadağan etdi».

Maraqlıdır ki, Süleymanın macərasını ətraflı şəkildə bəyan edən Qurani-kərim, insanların diqqətini nəyə yönəltmək istəyir? Təfsirçilər uyğun macəradan aşağıdakı göstərişləri nəticə çıxarırlar:

1. Hökumət rəhbəri öz ətrafına o qədər diqqətli olmalıdır ki, hətta bir işçinin yoxluğundan xəbərdar olsun;

2. Bir nəfərin səhvə görə cəzalandırılmaması, başqalarını da doğru yoldan azdırır. Rəhbər buna yol verməməlidir;

3. Cəzalandırılacaq şəxsə özünü müdafiə etmək üçün şərait yaradılmalıdır;

5. İstər rəhbər, istər adi fərd, dəlil və məntiqə tabe olmalıdır;

6. Cəmiyyətdə azadlıq elə bir səviyyəyə çatmalıdır ki, adi fərd hökumət başçısına sözünü deyə bilsin;

7. Kimsə öz biliyi ilə kifayətlənməməlidir;

8. Cəmiyyətdə idarəçiliyin mürəkkəbliyi və Süleyman kimi qüdrətli padşahın adi bir quşa möhtac ola bilməsi unudulmamalıdır;

9. Qadın öz zərif təbiəti ilə hökumət başçılığına qadir deyil;

10. Millət, adətən, rəhbərin dinində olur.


Sual 140: Məktub necə yazılmalıdır?

Cavab: Həzrət Əli (ə) öz nümayəndələrinə yazırdı: «Qələmlərinizin ucunu iti edin. Sətirləri bir-birinə yaxın yerləşdirin. Məktublarınızdan artıq sözləri çıxarın. Daha çox mənaya diqqət edin. Uzunçuluqdan çəkinin, çünki müsəlmanların büdcəsində artıq xərcə imkan yoxdur»1.

Qələmin ucu iti olarsa, sözlər kiçik yazılar. Sətirlər bir-birinə yaxın olduqda, yerlə yanaşı yazanın və oxuyanın vaxtına da qənaət olunar. Deyilənlərə nümunə olaraq, həzrət Məhəmmədin (s) Xosrov Pərvizə, Rum Qeysərinə yazdığı məktubları göstərmək olar.



«Nəhcül-bəlağə» oxuyuruq: «Elçi sənin əqlinin təkrarçısıdır. Sənin haqqında ən maraqlı danışan, yazdığın məktubdur». İmam Sadiq (ə) buyurur: «İnsanın yazdığı məktub, onun ağıl səviyyəsini göstərir»2.

İslam dinində məktubla bağlı bir sıra göstərişlər mövcuddur. Salamın cavabı vacib olduğu kimi məktubun da cavabı vacibdir. Salam haqqında isə Qurani-kərimdə buyurulur: «Sizə salam veriləndə ona ya olduğu kimi, ya da daha gözəl şəkildə cavab verin»3.



Sual 141: Paklıq nöqsan hesab oluna bilərmi?

Cavab: Paklıq bəşər övladı üçün ən böyük üstünlükdür. Belə olduğu təqdirdə, paklıq nümunəsi olan peyğəmbərlər imamlar, övliyalar zahidlər üçün, adətən, ya öz vətənlərindən didərgin düşmüş, ya da zindanlarda əzab-əziyyətə düçar edilmişlər? «Nəml» surəsinin 56- ayəsində buyurulur: «Lut tayfasının cavabı, yalnız bu olmuşdu: «Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar təmiz qalmaq istəyən insanlardır».

Dünyanın bir çox ölkələrində hökm sürən zorakı rejimlər, adətən, bir qrup mənsəbpərəst rüşvətxordan ibarətdir. Pak insanlar millətlərin çəkdiyi zülm və sitəmlərlə barışmayıb hər zaman qiyam arzusunda olduqlarından, belə cəmiyyətlərdə onlara yer olmur.

Şərqdə geniş yayılmış «Dabbağ və ətir» hekayəsi uyğun mövzuda gözəl misaldır: Daim üfunətli dərilər arasında işləyən Dabbağ bir gün təsadüfən əttarlar küçəsindən keçir. Ətirlərin qoxusundan bihuş olmuş dabbağ, ölümcül vəziyyətə gəlir. Onu müayinə edən təbib, Dabbağın təcili üfunətli dabbağxanaya aparılmasını məsləhət görür. Dərilərin qoxusu dabbağın burnuna dəydikcə, o özünə qayıdır.

Bəli, bəşər tarixi boyunca günahkarlığa rəvac verilmiş cəmiyyətlərdə paklıq, vicdan, dindarlıq nöqsan hesab olunmuşdur. Belə cəmiyyətlərdə spirtli içki içməyən, haram tikə yeməyən, yalan danışmayan insanlara yer olmamış və olmayacaqdır.




Sual 142: «Muztərr» kimdir?

Cavab: «Muztərr» ərəbcədən tərcümədə, «əli hər yerdən üzülmüş» mənasını verir. «Nəml» surəsinin 62-ci ayəsində oxuyuruq: «(Bütlər yaxşıdır) Yoxsa əli hər yerdən üzülüb darda qalan kimsənin duasını qəbul edən, şəri sovuşduran, sizi yer üzünün varisləri təyin edən Kəs?!».

Sözsüz ki, Allah-təala bütün ilkin şərtlərə əməl edən insanın duasını qəbul edir. Lakin yuxarıdakı ayədə zikr olunan çarəsizlik halı duanın qəbul olunmasının başlıca şərtlərindəndir. Bu hala düşmüş insan, öz müşkülünün həllində yalnız Allahı təsirli bilir və Ondan başqa heç bir kimsədən yardım gözləmir.



Ayədən belə bir nəticə çıxarmaq olmaz ki, mömin bəndə əlini yanına salıb, hərəkətsiz bir halda Allahdan çarə gözləməlidir. O, sadəcə çalışdığı zaman hər şeyin Allah iradəsindən asılı olduğunu unutmamalıdır. İmam Sadiq (ə) buyurur: «Bu ayə Məhəmməd (s) ailəsindən olan imam Mehdi (ə) haqqındadır. And olsun Allaha «müztərr» Odur. O, İbrahim məqamında durub, əllərini Allah dərgahına qaldırar dua edər. Allah-təala onun duasını qəbul edib, bütün narahatçılıqları aradan qaldırar onu yer üzünə xəlifə təyin edər»1.

Əlbəttə ki, ayə təkcə əsrin imamı Mehdiyə (ə) şamil olunmur. Sadəcə, ayənin məfhumunun aydınlaşması üçün imam Mehdi (ə) ən gözəl nümunədir. Həzrətin (ə) zühurundan öncə dünyanı zülm-sitəm bürüyəcəyi, əksər insanların əlinin hər yerdən üzüləcəyini bilirik. Həmin dövrdə dünyanın müxtəlif nöqtələrində çarəsiz insanlar Allah dərgahına əl açıb, qurtuluş istəyəcəkdir. Allahın bu duaları qəbul etməsi ilə, həzrət Mehdinin (ə) zühuru gerçəkləşəcəkdir.


Sual 143: Qiyamətdən əvvəl gerçəkləşəcək rəcət hadisəsinin fəlsəfəsi nədir?

Cavab: Şiə müsəlmanların etiqad etdiyi rəcət, 12-ci imam Mehdinin (ə) zühurundan sonra, qiyamət ərəfəsində bir qrup xalis mömin xalis kafirin mükafat cəza üçün dünyaya qayıdışıdır.

Məşhur şiə alimi Seyid Mürtəza deyir: «Allah-təala həzrət Mehdinin (ə) zühurundan sonra dünyasını dəyişmiş bir qrup insanı dünya həyatına qaytaracaqdır. Onlar İmama (ə) yardımçı olmaq və ədalətli hökumətin bütün dünyanı bürümüş hakimiyyətini müşahidə etmək iftixarına yetişəcəklər. Həmin mömin insanlarla yanaşı, bir qrup kafir intiqam üçün dünya həyatına qaytarılacaqdır».



Mərhum Əllamə Məclisi deyir: «Rəcət hadisəsini təsdiq edən Əhli-beyt hədislərinin sayı, iki yüzdən çoxdur».

Belə bir sual verilə bilər ki, qiyamətdən sonra rəcət hadisəsinin gerçəkləşməsinin əhəmiyyəti vardır? İslam rəvayətlərindən belə aydın olur ki, bu hadisə yalnız bir qrup xalis mömin xalis kafirə aiddir. Möminlərin qayıdışı onların tam kamilləşməsi, kafirlərin qayıdışı məhz dünya əzabını dadmaları üçündür. Əvvəlki dünya həyatında kafirlərin maneçiliyi səbəbindən imanını kamilləşdirməyə fürsət tapmayanlar, rəcət zamanı arzularına çatırlar. İmam Sadiq (ə) buyurur: «Rəcət ümumi deyildir. Yalnız xalis imanlılar xalis kafirlər dünya həyatına qayıdarlar»1.

Sual 144: İslam kasıbçılığı bəyənirmi?

Cavab: Bər-bəzəkli, kübar həyat tərzini tənqid edən İslam, kasıbçılığın təbliğindən olduqca uzaqdır. İslam bütün sahələrdə təfrit ifratı pisləyərək, orta həddin daha faydalı olduğunu önə çəkir. Ayə hədislərdə dünya yox, dünyaya ifrat bağlılıq nəhy olunur. İmam Sadiq (ə) buyurur: «Dünya, axirətə çatmaq üçün gözəl bir yardımdır»2.

İslam, axirət dünyası üçün faydalı olan sərvəti bəyənir. İslam, bəşəriyyət üçün faydalı var-dövləti təqdir edir. İslam, cəmiyyəti insani dəyərləri önə çəkən mal-dövləti xeyirli bilir. Ailənin ehtiyaclarını təmin etmək, imkansızlara əl tutmaq, Allah yolunda qədəm götürmək məqsədi ilə sərvət qazanmaq qəbahət yox, müqəddəs işdir.



İmam Sadiq (ə) buyurur: «Səni başqalarının haqqına təcavüzdən saxlayan ehtiyacsızlıq, səni günaha çəkən kasıbçılıqdan üstündür»3.

Uyğun mövzuda ilahi buyuruqlardan, məsumların kəlamlarından aşağıdakı nəticələr alınır:

- Kasıb millətin azadlığı və başıucalığı qeyri-mümkündür;

- Kasıblıq, asılılıqdır;

- Kasıblıq, dünya və axirətdə üzüqaralıqdır;

- Kasıblıq, insanı günaha çağırır ...


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin