№18/pr 25 sentyabr 2009-cu IL



Yüklə 12,62 Kb.
tarix16.12.2018
ölçüsü12,62 Kb.
#86026



___________________________________________________________________________________________________________

№ 18/PR 25 sentyabr 2009-cu il


PRESS – RELİZ
Lənkəran şəhərində uşaq və gənclərin iştirakı ilə “Sağlam Gənclik – Sağlam Gələcək”

devizi altında düşərgə təşkil ediləcək.
Bakı, Azərbaycan - “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi, UNICEF-in (BMT-nin Uşaq Fondu) Azərbaycandakı Nümayəndəliyi ilə 10.09.2009-cu il tarixində imzaladığı qrant müqaviləsi çərçivəsində Şirvan şəhəri və Hacıqabul rayonunda “HİV\QİÇS və digər riskli davranışlar nəticəsində qazanılan xəstəliklərə qarşı mübarizədə uşaq və gənclərin iştirakının artırılması” adlı layihənin icrasına başlamışdır. Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihənin icracı tərəfdaşları Böyük Britaniyanın İdman Şurası və Britaniya Şurasıdır. Layihə UNICEF (BMT-nin Uşaq Fondu) Azərbaycandakı Nümayəndəliyinin “Gənclərin İştirakı və İdman” Proqramı çərçivəsində həyata keçirilir. Layihənin fəaliyyət müddəti 2 aydır.
Layihənin məqsədi – (1) uşaqların, gənclərin, xüsusi ilə qızların regionda mövcud HİV/QİÇS və digər riskli davranışlar nəticəsində qazanılmış xəstəliklərin aradan qaldırılmasında iştirak imkanlarını artırmaq, (2) Şirvan və Hacıqabul regionlarında riskli davranışlar nəticəsində qazanılan xəstəliklərə qarşı mübarizədə idman festivalının keçirilməsini təşkil və təşviq etməkdən ibarətdir.
Qarşıya qoyulan məqsədə nail olmaq üçün Şirvan və Hacıqabul regionların hərəsindən 12 nəfər uşaq və gənclərin, xüsusi ilə qızların iştirakı ilə 26.09.2009 - 01.10.2009-cu il tarixlərində Lənkəran şəhərində, “Palıdlı Sahil” İstirahət Mərkəzində “Sağlam Gənclik-Sağlam Gələcək” devizi altında düşərgə təşkil ediləcəkdir. Düşərgənin açılış günündə - 27.09.2009, saat 13:00-də - Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini cənab İsmayıl İsmayılov, Milli Məclisin deputatı cənab Hadi Rəcəbli, UNICEF (BMT-nin Uşaq Fondu) Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri cənab Mark Hereward, Böyük Britaniyanın İdman Şurasının (UK Sport) Azərbaycandakı Nümayyəndəliyinin Rəhbəri cənab Mehman Kərimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən xanım Aynur Sofiyeva və digər yüksək vəzifəli şəxslər iştirak edəcəkdir.
Düşərgənin məqsədi - (1) uşaq və gənclərin, xüsusi ilə qızların yaxşı həyat şəraiti təmin etmələri üçün özünü HİV\QİÇS və digər riskli davranışlar nəticəsində qazanılan xəstəliklərdən necə qorunmağa dair, o cümlədən pis vərdişlərdən istifadə etmənin fəsadları ilə bağlı məlumatlılıq səviyyəsinin artırılmasına yardım etmək, (2) onların idmana olan maraqlarını artırmaq və idman fəaliyyətləri ilə məşğul olmalarını təşviq etmək, həmçinin (3) idman yarışları və digər tədbirlərin keçirilməsi, hazırlanması və aparılmasında bacarıqlarını artırmaqdan ibarətdir.
Düşərgədən qayıtdıqdan sonra həmin uşaq və gənclərin birbaşa iştriakı ilə hədəf regionlarda icma sakinlərinin iştirakı ilə 1 günlük İdman Festivalı təşkil ediləcəkdir. Festivalda HİV\QİÇS və digər riskli davranışlar nəticəsində qazanılan xəstəliklər, onlardan necə qorunmağa dair, o cümlədən pis vərdişlərdən istifadə etmənin fəsadları ilə bağlı ictimaiyyətin məlumatlılıq səviyyəsinin artırılmasına yönəlik mesajlar veriləcəkdir.
Layihə haqqında daha ətraflı məlumat üçün layihənin rəhbəri Vüsal Mirzəyevlə (Tel: 050 369 9117, Email: vmirzayev@yahoo.com) əlaqə saxlaya bilərsiniz.

MƏTBUAT XİDMƏTİ

********
Yerli İdarəetməyə Yardım” İctimai Birliyi (YİY) 15 mart 2006-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ictimai birlik kimi dövlət qeydiyyatına alınmış milli təşkilatdır. Təşkilatın əsas məqsədi Azərbaycanda yerli idarəetmə orqanlarının demokratik prinsiplər əsasında möhkəmlənməsinə, iqtisadi və sosial sahədə inkişafına yardım göstərməkdən ibarətdir. Bu istiqamətdə qarşısına qoyduğu vəzifələri icra etmək üçün YİY bir çox layihələr həyata keçirmiş və hal-hazırda da bu fəaliyyətini davam etdirməkdədir. Təşkilatımız bu fəaliyyətlərini dövlətin həyata keçirdiyi müvafiq proqramlarla əlaqələndirməklə, ölkədə aparılan inkişaf siyasətinə öz dəstəyini verməyə çalışır.
Yüklə 12,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin