1918-ci il 31 mart soyqrımına aid



Yüklə 29,22 Kb.
tarix07.01.2022
ölçüsü29,22 Kb.
#86644

1918-ci il 31 mart soyqrımına aid

Yaddaşlardan silinməyən izlər” ssenarisi


1. 1918-ci ilin mart-aprel qətliamları bədnam qonşularımızın qondarma “Böyük Ermənistan” xülyalarını gerçəkləşdirmək üçün günahsız xalqımızın başına gətirdikləri ağlasığmaz faciələrin ən dəhşətlisidir.

2. Tarixi faktlar sübut edir ki, hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və iki il sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən I Pyotr yerli əhalinin sərt müqavimətini gördükdə “erməni kartını” işə salmış, azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə, Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılmasına göstəriş vermişdir. Bundan sonra ermənilərin törətdikləri düşmənçiliklər, etdikləri xəyanətlər bir ənənə halını almışdır.

3. 1918–cı ilin martında Bakıda qanlı hadisələr törədildi. Azərbaycanlılar qılıncdan keçirildi. Lenini bu qırğının əsas “ssenari müəllifi” saysaq, Şaumyan onun baş “rejissoru” idi.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918 –ci ilin may ayında deyil, məhz martında, özü də Tiflisdə yox, Bakıda elan olunmalıydı. Bunu Lenin və onun əsabələri – Şaumyan, Stalin, Orconikidze, Mikoyan əla bilirdilər. Odur ki, həmin terror aktlarını – soyqırımını məhz martda, özü də Bakıda həyata keçirmək planlaşdırıldı.

4. Qafqaz əldən gedirdi. Azərbaycan və Gürcüstan müstəqillik barədə akt imzalamağa hazırlaşırdı və onlar Rusiyanın tərkibindən çıxmalıydılar. Şaumyan bu barədə tez-tez məlumat verərək, tədbir görülməsini təkid edirdi.

Bakıda 6000 nəfərə yaxın silahlı qüvvəni Şaumyan idarə edirdi. Mart hadisələrində erməni-daşnak hərbi hissələrinin törətdikləri vəhşiliklər danılmazdır.

5. Hər cür vəhşilik və talanlarla yanaşı, erməni əsgərləri ən alçaq və rəzil hərəkətlərə də əl atmaqdan çəkinməmişdilər. Şəhərin hörmətli ağsaqqallarına əmr etmişdilər ki, əylənmək üçün onlara müsəlman qadın və qızları gətirsinlər. Bununla qəti razılaşmayan Əlipaşa Kərbalayı Məhərrəm oğlu və onun oğlu yerindəcə vəhşicəsinə güllələnmişdilər.

6. “Bakı qırğını” üç gün davam etdi. Şəhərin tarixi-memarlıq abidələrinə ciddi ziyan dəydi. Xalqımızın soyqırımına bununla son qoyulmadı. Şaumyanın “baş planına” əsasən məmləkətin digər bölgələrində də belə bir dəhşətə rəvac verilməliydi. Mayın 1-də daşnak zabiti Hamzaspın başçılığı ilə ancaq ermənilərdən ibarət olan böyük bir dəstə Qubanı işğal etdi.

7. Qubanı işğal etdikdən sonra Hamzaspın şəhər camaatına bura hansı məqsədlə göndərildiyini açıqladı: “Mən erməni xalqının qəhrəmanıyam. Buraya ona görə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülən ermənilərin hayıfını sizdən alım. Bu yerlərdə erməniləri qırdığınıza görə Xəzər dənizinin sahillərindən tutmuş Şah dağına qədər olan ərazidə yaşayan bütün müsəlmanları məhv etmək barədə mənə göstəriş verilib.”

8. Qubada bir-bir evlərə girib bəzən bütün ailəni məhv edən ermənilər, hətta hamilə və uşaqlı qadınlara belə rəhm etməmişlər. Onlar Qubada Məhəmməd Tağı oğlunun 14 nəfərdən ibarət ailəsini, Məşədi Bibixanımı və oğlu Abdulqasımı diri-diri odda yandırmış, Molla Saleh oğlunu, onun arvadını və beş körpə uşağını tikə-tikə doğramışdılar.

1.Rus diplomatı general Mayevski yazır: “Balkan yarımadasının qəhrəmanları bizə lazımı qədər məlumdur. Bəs ermənilərin xalq qəhrəmanları barəsində bir şey eşitmişikmi!? Azadlıq uğrunda onların mübarizələrinin adları harada çəkilir? Heç harda! Nə üçün? Ona görə ki, bu mübarizlər öz xalqlarının xilaskarı kimi yox, onun daha çox cəlladları kimi rol oynayırdılar. Erməni quldur dəstələri bir qayda olaraq hərc-mərclik, qırğın törədir, sonra isə qaçıb gizlənirdilər!

2. Çox sərrast deyilən bu fikrin bariz nümunəsi Andronikdir. Bütün tərəqqipərvər ictimaiyyət tərəfindən lənətlənən bu başkəsən Azərbaycandakı dəhşətli qırğınlara rəvac verdikdən sonra əvvəlcə Amerikaya qaçmış, sonra isə Fransada gəbərmişdi. Böyük müəllimi Şaumyandan təlim alan Andronik 1918-ci ilin iyulunda Zəngəzura varid olmuşdu. Hazırda ermənilərin sahib durduqları əzəli torpaqlarımız, Zəngəzurun bütün kəndləri viran qoyulmuş, azərbaycanlılar güllə-baran edilmiş, sağ qalıb ayaq tutanların hərəsi baş götürüb bir tərəfə qaçmışdı. Millətimizə qarşı əsl soyqırım idi.

3. Andronikin çoxillik nizami ordusuna qarşı həmişə xalq kütləsi mərdliklə sinə gərmişdi. Çox yerdə azərbaycanlılardan ibarət fədailər dəstəsi daşnakları geriyə çəkilməyə, böyük itkilər verməyə məcbur etmiş, düşmənə çox ciddi zərbələr endirmişdi. Andronikə və onun quldur dəstələrinə qarşı mübarizə tarixində Azərbaycan xalqı şərəfli və qeyrətli bir yer tutmuşdu. Ancaq çox təəssüf ki, qüvvələr bərabər olmamışdır.

4. Andronikin dəstəsinin Şuşa qəzasına hücumu və Əsgərana gedən yolu kəsməsi barədə də tutarlı faktlar vardır. Burada da o, qanı su yerinə axıtmışdı. Sonra isə Araz vadisinə tərəf üz qoymuşdur. Daşnaklara qarşı ciddi müqavimətə baxmayaraq, Yayıcı kəndinin sakinləri bütünlüklə düşmənlər tərəfindən gülləbaran edilmişdir.

5. 1918-ci ilin sentyabrında Zəngəzurun Araxlı, Şükür, Məlikli, Şəki, Qızılçək, Qarakilsə, İrlik, Paxlalı və digər kəndləri tamam yandırılmışdır. Bu vaxt azərbaycanlılar arasında 500-dən çox adam qətlə yetirilmişdir. Yeri gəlmişkən onu da bir daha yada salaq ki, görkəmli ədibimiz M.S.Ordubadi hələ əsrin əvvəllərində erməni daşnaklarının Zəngəzurda törətdikləri müsibətlərlə bağlı sənədləri, faktları toplamış və bunları “Qanlı sənələr” əsərində oxuculara çatdırmışdır.

6. M.S.Ordubadi yazır ki, 1906-cı ildə ermənilər Zəngəzurun Qafan dərəsi deyilən yerində bir azərbaycanlı kəndinin camaatını tamam qırırlar, 62 qadının və uşağın başını kəsirlər.

Bir qadın ağır yaralı olsa da təsadüfən sağ qlmış və ermənilərin vəhşiliyini belə təsvir etmişdir: “Molla Həsən əfəndinin yanında olan bizlər mərhumun doğrandığını görüb qaçaraq bir daşın arasında gizləndik. Molla Həsən vəhşicəsinə öldürüldükdən sonra bir dəstə erməni yetişib bizi bu hala saldı. Daşın içində camaat çox olduğundan mənim bədənimin yarısı çöldə qalmışdı. Ermənilər mənim çöldə qalan qıçlarımı doğramağa başladılar”.

7. Xalqımızın böyük oğlu Seyid Cəfər Pişəvəri ermənilərin Şamaxıda, Salyanda, Kürdəmirdə, Lənkəranda və s. yerlərdə törətdikləri vəhşiliklərdən belə yazmışdır: “Mən 1918-ci ilin mart ayında daşnakların vəhşiliklərini, xüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözlərimlə görmüşəm. Bu çox faciəli hərəkət idi”.

8. Bu sözləri yazarkən Pişəvəri saçlarıyla bir-birinə bağlanaraq çılpaq gəzdirilən, namuslarına təcavüz edilən, nəhayət, alçaqcasına təhqirlə qətlə yetirilən azərbaycanlı qız-gəlinlərin halətini anladırdı. Azərbaycan sinəsi yaralı, ürəyi paralı bir məmləkətdir. Onun ulu şəhərlərinin, yaşayış məskənlərinin hər birinin faciələri tarixə həkk olunub.

1. Əsrlər boyu ermənilər qədim tarixi abidələrimizi, nadir qalalarımızı yox etmiş, alban abidələrimizə əl gəzdirərək onları erməniləşdirmişlər. Sonra da aləmə car çəkmişlər ki, bu xalqın taorpağında bir abidəsi də yoxdur, onlar da erməni xalqınındır. Hazırda Ermənistan Şuşa, Xankəndi, Xocalı, Laçın, Ağdərə, Kəlbəcər, Fizuli, Qubadlı, Cəbrayıl, Ağdamı zəbt edib tarixi abidələrimizi nə günə qoyduğu hamıya məlumdur. Yerli-dibli yox ediblər, sanki, belə şeylər heç yox imiş.

2. Şamaxıya da məhz belə bir tale qismət olmuşdur. Şirvan torpağında çox qanlar axıdılıb, böyük fəlakətlər baş verib. Bu yerlərdə törədilən vəhşilikləri sözlə ifadə etmək çətindir. Qocaman coğrafiyaşünas alim, mərhum Rəmzi Yüzbaşov ürək sızladan çox dəhşətli mənzərələri açıqlayırdı:”Ermənilər Şamaxıya daxil olan kimi uşaqları zirzəmilərdə gizlətdilər. Neçə gün sonra küçəyə çıxdıq, başı, qolları kəsilmiş, bədənləri iki yerə bölünmüş cəsədləri gördükcə insan bayılırdı. Elə ailələr vardı ki, bir nəfəri də sağ qalmamışdı. Bu əsl soyqırım idi. Şamaxıda insanlarla bərabər, qədim tikililəri, nadir memarlıq abidələrini, məscidləri də məhv edirdilər.

3. O dövrdə Şamaxıda 10 məscid olub, 40 hamam... Cümə məscidinin nəzdində 4 kollec vardı. Hanı onlar? Mən insan ağlına sığışmayan o cəhənnəm əzablarının seyrindən sonra uzun müddət xəstə yatdım. O hadisədən neçə onilliklər keçsə də yadıma düşəndə uçunuram”.

Həmin vaxt erməni faşizminin əməllərindən əzab çəkən ərazilərimizdən biri də qədim türk-oğuz torpağı Naxçıvan olub. Təpədən-dırnağadək silahlanaraq üç istiqamətdən - Ordubad, Şahbuz və Şərur qəzaları tərəfdən Naxçıvana doğru hücuma keçən vəhşi ermənilərin törətdikləri müsibətləri sözlə ifadə etmək çox çətindir.

4. Şərur rayonunun qocaman sakini Adil Bağırov o faciəli günləri ürək ağrısı ilə xatırlayırdı: “O zaman mən 7-8 yaşlı bir uşaq idim. Canımızı ermənilərdən güc-bəla ilə qurtarıb İrana qaçdıq. Bir müddət orada yaşadıq. Yalnız Kazım Qarabəşir paşanın komandanlığı altında türk ordusu, Şərura daxil olduqdan və erməni quldur dəstələri geri çəkildikdən sonra yenidən doğma elimizə qayıda bildik. Ancaq evimizdən əsər-əlamət qalmamışdır, mənzillərimizin külü qalmışdır. Öldürülənlər o qədər çox idi ki, onların hamısını çalaya töküb üstünü torpaqlamışdılar. Ermənilərin quyulara doldurub ağır çaylaq daşları ilə öldürdükləri insanları isə oradan çıxarmaq mümkün olmamışdı. Qohumlarımızdan kimin hansı çalaya gömüldüyündən belə xəbərimiz olmadı.

5. Şərur və Sədərək camaatının erməni soyqırımından xilasında Abbasqulu bəy Şadlinskinin xüsusi xidmətləri olub. Onun başçılıq etdiyi 400 nəfər süvaridən ibarət Qırmızı tabor adlı özünümüdafiə dəstəsinin rəşadəti sayəsində əhalinin böyük bir qismi Arazı keçərək erməni-quldur dəstəsinin vəhşi hücumlarından xilas ola bilmişdi. Şərur rayonundakı tarix-diyarşünaslıq muzeyində “Qırmızı tabor” adlı guşədə Abbasqulu bəy Şadlinskiyə və onun səhra komandirlərinə aid əşyalar qorunub saxlanılmaqdadır.

6. Yayçı kəndinin sakini Rübabə Bayramovanın dediklərindən: 1991-ci ildə rəhmətə getmiş qaynanam Yasəmən də o faciəli günlərin canlı şahidi olmuşdu. Biz 57 il bir yerdə yaşamışdıq. Qaynanamgil səkkiz bacı, bir qardaş idilər. Erməni qatilləri bütün qohum əqrəbası ilə birlikdə Yasəmənin yeddi bacısını və bir qardaşını onun gözləri qarşısında tikə-tikə doğramışdılar. O vaxt Yasəmənin cəmi yeddi yaşı var imiş. Deyirdi ki, böyük bacım hamilə idi. Yekəpər bir erməni onun üstünə atılaraq əlindəki bıçaqla qarnını cırmış, oradan çıxardığı körpəni qanlı-qanlı nizəyə keçirib gülə-gülə havada oynatmağa başlamışdı.

7.Ermənilər onun digər bacısını 8 yaşlı oğlu Məhəmmədlə birlikdə, qucaqlaşdıqları yerdə vəhşicəsinə qətlə yetirmişdilər. O biri bacısı İzzət o vaxt nişanlı idi. Ermənilər onu nişanlısı ilə birgə tikə-tikə doğramışdılar. Bir erməni süvarisi 7 yaşlı Yasəmənin saçlarından yapışıb havada fırladıb daşlara çırpmış, sonra isə sağ qolunu qılıncla iki yerə bölmüşdü. Yasəmən deyirdi ki, kəsilmiş qolum yaralı quş kimi yerdə atılıb düşürdü. Ermənilər məni ölmüş bilib getdikdən sonra hansısa bir xeyirxah məni Arazın o tayına keçirib Təbrizdə müalicə etdirmişdi.

8.1918-ci ilin iyul ayında Naxçıvanı erməni hücumlarından xilas etmək üçün Nuru paşanın rəhbərliyi altında türk qoşunlarının gəlişindən təşvişə düşən Andronik öz quldur dəstəsi ilə birlikdə Sisyana qaçdığından erməni daşnaqlarının Naxçıvanın işğal planı pozulur. Naxçıvan bütün bu ağrılara mətanətlə sinə gərdi. Düşmən qarşısında əyilmədi. 1918-ci il mayın 28-də Cənubi Qafqazda ilk müstəqil dövlət - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

1.Ermənistanın Naxçıvanla bağlı ərazi iddiaları sonrkı dövrlərdə də davam etmiş və onlar bu gün də öz çirkin niyyətlərindən əl çəkmirlər. Hamı əmin olmalıdır ki, müasir dünyada günəş altında daha geniş yer axtaranlar, “Böyük Ermənistan” xülyası ilə başqa xalqlara nifrət, qonşulara qarşı təcavüzkar siyasət yeridənlər nə zamansa tarix və bəşəriyyət qarşısında cavab verməli olacaqdır.

2.Aəzrbaycan Respublikasının prezidenti ilham Əliyev də öz çıxışında bildirmişdir: “Ermənistan işğalçı dövlətdir. O, bizə qarşı tarix boyu etnik təmizləmə siyasəti aparıb. Torpaqlarımızı işğala məruz qoyub. 1918-ci ilin Mart qırğınları XX əsrin Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olmaqla xalqımıza qarşı törədilən qanlı faciə və soyqırımıdır. 1918-ci il Mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk - müsəlman öldürülmüşdür.



3.Bu soyqırım aktları həmin dövrlərdə Azərbaycanı digər bölgələrində də törədilmişdir. Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1998-ci il 26 mart tarixli fərmanını qəbul etmiş və 31 Mart tarixi “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdi. Hazırki erməni dövləti Azərbaycan torpaqlarında qurulmuşdur. İrəvan xanlığı yaradılanadək bu ərazidə Səfəvilər dövlətinin 4 bəylərbəyliyindən biri olan Çuxursəd yerləşirdi. 1504-cü ildə Səfəvi dövlətinin başçısı Şah İsmayıl Xətai öz sərkərdəsi Rəvanqulu xana bu ərazidə qala tikmək haqda göstəriş vermişdir. Bu qala 7 il Zəngi çayının cənub-şərqində qayalar üzərində inşa olunmuşdur. 400 ildən sonra qədim Azərbaycan torpaqlarında məskunlaşan ermənilər bu çayın adını erməniləşdirərək “Razdan” qoymuşlar. O zaman bu qala Rəvanqulu xanın adı ilə Rəvan, sonralar isə İrəvan adlandırılmışdır. Irəvan minarələr şəhəri kimi tanınırdı. Qalada 8 məscid, 800 ev var idi və orda yalnız Azərbaycan türkləri yaşayırdı.

Qədim və əzəli torpaqlarımızdan zaman-zaman türkləri silib yox edən mənfur, iyrənc ermənilər sizlərə qalmaq üçün yer verən, yemək üçün çörək verən mehriban, qonaqpərpərvər, mehriban bir xalqa qarşı etdiklərinizi Allah göstərəcəkmi? Hər kəs bu sual ətrafında düşünsün!
Yüklə 29,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin