1ci blok Yol hərəkətinin idarə edilməsinin əhəmiyyəti



Yüklə 177,3 Kb.
səhifə3/8
tarix28.12.2022
ölçüsü177,3 Kb.
#121868
1   2   3   4   5   6   7   8
1ci blok yht

Strateji səviyyədə sistemli idarəetmənin nisbətən vacib və prinsipial məsə­lələri həll edilir. Bunlara aşağıdakılar aiddir:
 rayonların yol ayrıclarındakı svetoforların siqnallarını əla­qələndirən ümu­mi əlaqələndirmə proqramının müəyyən edil­məsi üçün küçə-yol şəbəkəsinin ayrı-ayrı rayonlara bö­lünməsi;
 hərəkət şəraitlərindən asılı olaraq, optimal əlaqələndirmə proqramlarının işlənməsi və ya proqramlar kitabxanasından seçilməsi və onun rayonun yol ay­rıc­larına ötürülməsi;
 rayonlar arasında yol siqnalları vasitələrini əlaqələndirmək məqsədilə ba­xılan rayonun sərhədlərində yerləşən yol ayrıc­larına nəzarət və onların bila­va­sitə idarə olunması;
 şəbəkədə “tıxac” öncəki, “tıxac” vəziyyətlərinin yaranma­sı­na, belə və­ziy­yət­lərin qarşısının alınmasına və ya ləğv olunmasına nəzarət;
 çox işarəli (dəyişkən) yol nişanları vasitəsilə şəbəkədə hə­rəkətin müx­­tə­lif təşkili sxemlərinin tətbiqi və həmçinin, rever­siv hə­rə­kət zolaqlarının idarə olunması.
Strateji səviyyədə idarəedici təsirlərin formalaşdırılması nəq­­­­liyyat axınla­rının parametrlərinin əsas dəyişmə istiqa­mət­lərinin təyin edilməsini təmin etdi­yin­dən, bu idarəetmə sə­viyyəsi nisbətən ətalətli olub, vaxt addımı on dəqi­qələrlə öl­çülür.
Taktiki səviyyədə idarəetmə strateji səviyyədə qəbul edil­miş qərarlarla mü­­­­əyyən edilən məhdudiyyətlər çərçivəsində həyata keçirilir.
Taktiki səviyyədə həll edilən məsələlərə aşağıdakıları aid etmək olar:
 şəbəkədə əlaqələndirmə proqramı ilə müəyyən edilmiş sve­tofor tsiklinin uzunluğunu saxlamaqla, magistralın yol ay­rıc­larında faza sürüşmələrinin dəyiş­di­­ril­mə­si;
 təsiri baxılan magistral hüdudlarında lokallaşdırılan çox işa­rəli yol ni­şanlarının idarə olunması.
Taktiki idarəetmə səviyyəsinin ətalətliyi azdır. Burada ida­rəedici təsirlərin verilməsinin zaman addımı svetofor tsik­linin uzunluğu ilə ölçülür və dəqiqələr təşkil edir.
Şəbəkənin hər bir konkret yol ayrıcı hüdudundakı idarə­etmə lokal idarə­etmə səviyyəsidir. Belə idarəetmə səviyyəsi strateji və taktiki səviyyələrdə ve­rilmiş proqramlar çərçivə­sində real­laşır və əsas məqsədi yol ayrıcındakı yol siq­nalları vasitələrinin iş rejimini oradakı hərəkət şəraitlərinə maksi­mum dərəcədə uyğunlaşdırmaqdır. Bu, əlaqələndirmə tələb­lərini təmin etmək­lə, fazaların uzun­luq­larının optimal paylan­masının tapılması, çox fazalı nizamlamada yüklən­mə­miş fazanın buraxılması, piya­da faza­larının çağırılması, cari yaşıl işığın istifadə olunmamış hissəsi­nin ləğv edilməsi və s. məsələləri həll edir.
Lokal idarəetmə səviyyəsi daha operativ olub, idarəedici tə­sir­lərin addımı saniyə ilə ölçülür.
Qeyd edək ki, avtomatik idarəetmə sistemlərində idarəetmə səviyyələri ara­sındakı rabitə daimi olub, dəyişməz kə­miy­yətdir. Bu rabitənin səviyyəsi idarə olunan küçə-yol şəbə­kəsindəki hərəkət şəraitlərinin və hər şeydən əvvəl hə­rə­kət inten­siv­li­yinin funksiyasıdır.
.
burada, -idarə olunan küçə-yol şəbəkəsində hərəkət şəra­it­lərini xarakt­e­rizə edən parametrlərdir.
Kiçik hərəkət intensivliklərində yol ayrıcları arasındakı əla­qələr zəif oldu­ğundan, strateji və taktiki səviyyələrdə ida­rəetmədə iş rejimlərinə qoyulan məh­du­diyyətlər tamamilə aradan qaldı­rıla bilər və yol ayrıcları lokal rejimlərdə iş­ləyər. Bu halda ayrı­ca götürülmüş yol ayrıcındakı şəraitlərdən asılı olaraq, bu və ya digər idarəetmə alqoritmi seçilə bilər.
Analoji vəziyyət taktiki səviyyədə də yarana bilər.
10. Strateji idarəetmə səviyyəsi.
idarəetmənin səviyyələrini fərq­lən­dirmək olar: strateji, taktiki və lokal.
Hər bir səviyyədə avtomatik idarəetmə alqoritmləri tətbiq olunur.

Yüklə 177,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin