1ci blok Yol hərəkətinin idarə edilməsinin əhəmiyyəti


Minimum hərəkət intensivliyi



Yüklə 177,3 Kb.
səhifə7/8
tarix28.12.2022
ölçüsü177,3 Kb.
#121868
1   2   3   4   5   6   7   8
1ci blok yht

Minimum hərəkət intensivliyi.
Adi 8 saatlıq iş günü ərzində mübahisəli istiqamətlərdə nəqliyyat axın­la­rının intensivliyi 3.1 saylı cədvəldəki qiymət­lərdən az olmazsa, svetoforların tət­bi­qi məqsədəuyğun sayılır.
II şərt. Piyada axınlarının minimum intensivliyi.
Adi 8 saatlıq iş günündə intensivliyi 600 ədəd/saat (ayırıcı zolaq olduqda 1000 ədəd/saat) olan yolu ən çox yüklənmiş istiqamətdə intensivliyi 150 piya­da/saat olan piyada axını kə­sərsə, svetoforların tətbiqi məqsədəuyğun sayılır.
Əhalisinin sayı 10 min nəfərdən az olan yaşayış məntə­qələrində I və ya II şərtlərdə göstərilmiş kritik intensivliklərin qiymətləri uyğun olaraq 20 və 30% az götürülür.
III şərt. Şərtlərin uzlaşdırılması.
I və II şərtlərdən heç olmasa biri tam ödənməzsə və onları­n hər biri 80%-dən az olmayaraq ödənərsə, svetoforların tət­biqi məqsədəuyğun sayılır.
IV şərt . YNH-nin sayı.
Son 12 ay ərzində yol ayrıcında svetoforların tətbiqi ilə ara­dan qaldırıla bilən ən azı 3 YNH baş vermişdirsə və I-II şərtlərdən heç olmasa biri 80%-dən az olmayaraq ödənirsə, svetoforların tətbiqi məqsədəuyğun sayılır.
V şərt. Əlaqələndirilmiş nizamlama.
I-IV şərtlərdən heç biri ödənmədikdə ancaq yol ayrıcı əla­qələndirilmiş ni­zamlama tətbiq olunmuş magistralda yerləşərsə və ondan qonşu yol ayrıclarına qədər ümumi məsafə 800 metr­dən çox olarsa, əlavə svetofor obyektinin tətbiqi məqsədə­uyğun sayılır. Əgər bu küçə pereqonudursa, svetoforlar qoyulan yerdə yerüstü piyada keçidləri tətbiq edilir.

24. Nizamlama fazalarının seçilməsi.


İntensiv nəqliyyat axınlarının optimal idarə edilməsinin təş­kilində əsas mə­­­sələ ən yaxşı rejimlərin təyin edilməsidir. Yol ayrıcında hərəkətə icazə verən istiqamətlərin sayı nizam­lama fazaları və ya nizamlama taktlarının sayını mü­əy­yən edir. Bu­rada nəqliyyat axınlarından birinin hərəkətinə icazə verən dövr əsas takt adlanır. Svetofor siqnallarının müəyyən kombi­nasi­yalarının fəaliyyət göstər­diyi dövr isə takt adlanır. Taktlar əsas olduğu kimi aralıq da olurlar. Aralıq takt yol ayrı­cını növ­bəti qrup nəqliyyat axınlarının hərəkəti üçün hazırlayır. Yəni, bu dövr ərzində yol ayrıcı əvvəlki əsas taktda yol ayrıcı­na gir­miş avtomobillər və piyadalardan təmizlənir.
Yüklə 177,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin