Kurs: ISM I
Fənn: Ana dili
Müəllim: Fəxriyyə Cəfərova
ceferova.fexriyye@mail.ru
Mövzu 4 Təkmənalı və çoxmənalı sözlər
Plan
1.Çoxmənalılıq haqqında məlumat. 2.Çoxmənalılığın əmlə gəlməsi. 3.Məcazın növləri.
Ədəbiyyat
A. Qurbanov. Müasir Azərbaycan ədəbi dili. B. 2003
Müasir Azərbaycan dili 1 hissə. B. 2007
N. Abdulzadə. Azərbaycan dili (milli kurrikulum)
H. Həsənov. Müasir AZərbaycan dilinin leksikası B. 1988
S. Cəfərov. Müasir Azərbaycan dili B.1982.
Çoxmənalılıq haqqında məlumat
Çoxmənalılıq – sözün bir neçə mənada işlənə bilməsi deməkdir. Sözün bir neçə mənada işlənməsi ünsiyyət zamanı anlaşılmazlıq törətmir. Çünki sözün mənası hər dəfə mətn vasitəsilə dəqiqləşir və aydılaşır. Məhz mətn sözün müxtəlif mənalara malik olmasını açıb göstərir. Sözün müxtəlif mənalara malik olmasına baxmayaraq, məhz mətn onun “xususi” mənasını konkretləşdirir. Mətn sözün çoxmənalılığını aradan qaldırır, onu hər dəfə müəyyən bir istiqamətə yönəldir. Söz bir leksik vahid kimi çoxmənalıdır, lakin istifadə zamanı o, hər dəfə təkmənalılığa meyl göstərir. Dilçilikdə sözün çoxmənalılığı mübahisəli məsələlərdən biridir. Belə ki, uzun müddət çoxmənalılıq bəzi dilçilər tərəfindən inkar olunmuşdur.
Dostları ilə paylaş: |