1.Çoxmənalılıq haqqında məlumat. Çoxmənalılığın əmlə gəlməsi


Kurs: I Fənn: Ana dili



Yüklə 299 Kb.
səhifə12/45
tarix01.01.2022
ölçüsü299 Kb.
#103351
1   ...   8   9   10   11   12   13   14   15   ...   45
Kurs: I

Fənn: Ana dili

Müəllim: Fəxriyyə Cəfərova

ceferova.fexriyye@mail.ru
Mövzu:6 Omonim sözlər
Plan:

  1. Omonim sözlər haqqında məlumat

  2. Omonimlərlə çoxmənalı sözlərin fərqi

  3. Omonimlərin əmələ gəlmə yolları

  4. Omonomik hadisələr


Ədəbiyyat

  1. A. Qurbanov. Müasir Azərbaycan ədəbi dili. B. 2003

  2. Müasir Azərbaycan dili 1 hissə B.2007

  3. N. Abdulzadə. Azərbaycan dili (milli kurrikulum)

  4. H. Həsənov. Müasir Azərbaycan dilinin leksikası B. 1988

  5. S. Cəfərov. Müasir Azərbaycan dili B.1982



1. Müasir Azərbaycan dilinin lüğət tərkibindəki sözlər məna ifadə etməsinə görə üç qrupa bölünür. Omonim sözlər, sinonim sözlər, antonim sözlər. Omonimlər bir-birilə əlaqəsi olmayan və məna əlaqəsini çoxdan itirmiş məfhumları ifadə edən, eyni səs tərkibinə malik sözlərə deyilir. Deməli, eyni səslənməyə malik olan, müxtəlif mənalı sözlərə omonim deyilir. Omonim yunan mənşəli söz olub, homos-oxşar, onoma-ad deməkdir.

Omonim olan sözlər iki və daha çox, bəzən məntiqcə müxtəlif məfhumları ifadə edir. Məs: yaz, gül, at, gəlin (isim-fel), göy, düz(isim-sifət). Sözün omonim mənaları həm eyni nitq hissələrinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilər. Omonimlər müx­təlif mənaları ifadə edir.

Omonimlər eyni səs quruluşuna malik olması və ifadəsi ilə çoxmənalı sözlərə oxşayır. Lakin omonimlərlə çoxmənalı sözləri aşağıdakı əlamətlərə görə bir-birindən fərqləndirmək olar:

1.Omonimləri çoxmənalı sözlərdən fərqləndirmək üçün sözlərin məna əlaqələri nəzərə alınır. Eyni səs kompleksinə malik sözlərin ifadə etdiyi mənalar arasında müəy­yən əlaqə olduqda həmin söz çoxmənalı, məna əlaqəsi itdikdə isə omonim hesab olunur. Məsələn; baş və əsər sözlərinin mənalarına diqqət yetirək: adamın başı, kəndin başı, körpübaşı və s.

Ovçu gəlib saldı hər yana nəzər,

Gördü tor yırtılıb, yox ovdan əsər
Kasıb komacığım özümə yetər,

Burda yazılmışdır yüzlərlə əsər.

2. Omonimləri çoxmənalı sözlərdən fərqləndirmək üçün söz yaradıcılığında iştirakına fikir vermək lazımdır. Omonim sözlər başqa sözlərin yaranmasında baza ro­lu­nu oynayır. Çoxmənalı sözlər isə başqa sözlərin yaranmasında baza rolunu oyna­mır. Məsələn; göz sözünə baxaq –adamın gözü, bulağın gözü, stolun gözü, maşının gözü və s.

Burada yeni söz ancaq göz sözünün ilk mənası əsasında yaranır. Gözlük, gözətçi.

Lakin omonimlərdə məsələ başqa şəkildədir. Burada omonimlik təşkil edən sözlərdən hər biri müxtəlıf mənalı ayrı-ayrı sözlərin yaranması üçün baza ola bilir. Bunu bağ sözündən aydın görmək olar.

Xan bibim falşı idi.

Nənəm bağ toxuyan.
Ay ana, gəl gedək, gedək tez ol bir,

Indi bağ seyrinin vaxtı deyildir.

Birinci nümunədə bağ sözü ip, kəndir mənasında işlənir və bu söz bağlama, bağlı, bağlamaq sözlərinin yaranmasında iştirak edir.

Ikinci nümunədəki bağ sözü isə meyvə ağacları olan yer mənasında işlənir və bu sözdən bağban, bağça sözləri yaranır.

.

3.Omonim sözlərin sinonimlərini seçib qruplaşdırmaq lazımdır. Bu zaman qruplaşan sözlər başqa-başqa mənaları ifadə edirsə, omonim olur. Bi xüsusiyyət çoxmənalı sözlərdə yoxdur. Məs: yel omonim sözünün sinonimlərindən biri kükək, obiri isə xəstəlikdir. Külək və xəstəlik sözləri başqa-başqa mənalar ifadə edir.



4.Omonimləri fərqləndirmək üçün onların antonimlərini də seçmək lazım gəlir. Çoxmənalı sözlərdən fərqli olaraq omonimlik təşkil edən sözlərə antonim söz seçmək olar. Məs: sağ omonim sözünün antonimlərindən biri sol, digəri isə ölüdür. Bu sözlər arasında heç bir əlaqə yoxdur.

5.Omonimlərin ifadə etdikləri məfhumlar bir-birindən çox fərqli olur. Biz omonim sözünün ifadə etdiyi şəxs anlayışı və alər adı bir-birindən fərqlidir.

6.Omonimlik müstəqil mənadır, çoxmənalılıq isə bir sözün məna variantıdır.

Onu da qeyd edək ki, forma və məzmun münasibətinə, yazılışına və tələffüzünə, nitq hissələrinə aidliyinə, əmələ gəlmə üsuluna görə omonimlərin bir sıra səciyyəvi xüsusiyyətləri var. Bu xüsusiyyətlər aşagıdakılardan ibarətdir:




Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin