Elə qurban verilən ömür
Elə vurun yer titrəsin.
3) omoformların həm kökü, həm də qramatik əlamətləri müxtəlif olur.
Can evinə sığışmayan arzular
Bir dünyada neçə dünya arzular.
(S. Vurğun)
Arzular –isim olub cəm şəkilçisi qəbul edib
Arzula fel olub- III şəxs təkdə qeyri-qəti gələcək zaman şəkilçisi əlavə edilib
4) Omoformlar səslənmələrinə görə bir-birindən fərqlənir, tam eyniyyət təşkil etmir.
Ovçu gedib gördü, yox ovdan əsər
Yamyaşıl çöllərdə küləklər əsər.
Omoqraflar (qrafik omonimlər)
Bunlar fonetik tərkibcə və qrafik cəhətdən omonimlərdən fərqlənmir. Omoqraflar yazılışca tam eyni olsa da, tələffüz və mənaca müxtəlifdir.
Omoqrafları bir-biri ilə qarşılaşdıranda ilk baxışdan fonetik cəhətdən eyni olduğu düşünülür. Lakin bunlar müxtəlif vurğulu sözlər olub tələffüzcə fərqlənir: çalma- çalma; alın- alın; şaxta-şaxta.
Qoltuğunda bağlama, (isim)
Mən gedirəm ağlama,
Gedib yenə gələrəm,
Özgəyə bel bağlama.(felin əmr şəklinin inkarı).
Və ya:
Sürüdən tez ayifrib əlli qoyun,
Dedi ki, bunları yol üstə qoyun.
Dostları ilə paylaş: |