1.Çoxmənalılıq haqqında məlumat. Çoxmənalılığın əmlə gəlməsi



Yüklə 299 Kb.
səhifə21/45
tarix01.01.2022
ölçüsü299 Kb.
#103351
1   ...   17   18   19   20   21   22   23   24   ...   45
Sözün ortasında: həsr-həsir, hərəkət-hərəkat, həyat-həyət, kəsr-kəsir

Sözün sonunda: sənəd-sənət, iraq-irad

Paronimlərin morfoloji xüsusiyyətləri. Paronim hadisəsində nitq hissələrindən isim və sifət daha geniş iştirak edir.

Bir qrup paronimlər ancaq isimlərdən ibarətdir: hakim-həkim, həyat-həyət, əsr-əsir.

Bəzi paronimlər isimlə sifətdən ibarətdir: hərf-hərif, mətn-mətin və s.

Dildə paronimlik hadisəsi ağırlıq yaradan hadisədir, bu hadisə həm də dildə ağırlıq yaradır.



Kurs: I

Fənn: Ana dili

Müəllim: Fəxriyyə Cəfərova

ceferova.fexriyye@mail.ru
Mövzu:7 Sinonim sözlər

Plan:

1.Sinonimlər və onların əmələgəlmə yolları.

2.Leksik sinonimlər və onların xüsusiyyətləri.

3.Sinonimlər və onların nitqdə işlənmə xüsusiyətləri



Ədəbiyyat

  1. A. Qurbanov. Müasir Azərbaycan ədəbi dili. B.2003

  2. Müasir Azərbaycan dili 1 hissə B. 2007

  3. N. Abdulzadə. Azərbaycan dili (milli kurrikulum)

  4. H. Həsənov. Müasir Azərbaycan dilinin leksikası B. 1988

  5. S. Cəfərov. Müasir Azərbaycan dili B. 1982

Məzmunca bir-birinə yaxın məna ifadə edən müxtəlif fonetik tərkibə malik sözlərə sinonimlər deyilir. Sinonim yunan sözü olub, eyni adlı deməkdir. Bəzən sinonim sözlərin eyni mənaya da malik olduğunu göstərirlər. lakin belə sözlər sinonim deyil, dubletlər adlanır. Dubletlər forma və mənşəyi müxtəlif olan sözlərdir. Onlar mətnə görə neytral olur, çünki mənaca bir-birinin tam eyni olan sözlərdir. Buna görə də müxtəlif şəraitdə məna fərqi yaratmır və bir-birini əvəz edə bilir.

Məs; universitet-darülfünün, eynək-çeşmək-gözlük, bahar-yaz, şərəf-şan

Sinonim dubletlərin bir hissəsi arxaikləşmiş də ola bilər:

Ayaq-qədəm, aydır-deyir, sayru-xəstə, tanıq-şahid.

Sinonimlər eyni məfhumun ancaq çox yaxın və nisbətən fərqli mənalarını ifadə etmək xüsusiyyətinə malikdir: məs, qəlb-ürək, xoşbəxt –bəxtəvər. Sözlərin sinonim olması üçün onların eyni nitq hissəsinə mənsubiyyətidə şərtdir.

Sinonim sözlərə nitq hissələrindən ən çox isim, sifət, fel və zərflərdə təsadüf edilir.

İsim- arzu- istək- kam; el- oba; danlaq- giley;

Sifət- səmimi- mehriban; nazlı- işvəli; zərif- incə.

Fel- duymaq- hiss etmək; dinləmək- qulaq asmaq.

Zərf- ahəstə- yavaş- yavaş; səhər- sabah.

Say – çox-xeyli; bir az- bir qədər.

Əvəzlik- həmin- haman; biri- birisi; heç kəs- heç kim.

Qoşma- ayrı- başqa- savayı- qeyri; qabaq- əvvəl

Bağlayıcı – amma- ancaq- lakin- fəqət.

Ədat- qətiyyən-əsla.

Nida – heyf- əfsus.

Sinonimlər iki tipə bölünür: lüğəvi sinonimlər, qrammatik sinonimlər. lüğəvi sinonimlərin də iki növü var: leksik sinonimlər, frazeoloji sinonimlər.


Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin