1.Çoxmənalılıq haqqında məlumat. Çoxmənalılığın əmlə gəlməsi



Yüklə 299 Kb.
səhifə37/45
tarix01.01.2022
ölçüsü299 Kb.
#103351
1   ...   33   34   35   36   37   38   39   40   ...   45
Birləşmə idiomları

Birləşmə idiomlar qovuşma idiomlara oxşasalar da, onlardan fərqlənir. Qovuşma idiomların tərkibində olan sözlərdən birincisi dəyişmədiyi halda, birləşmə idiomların tərkibində iştirak edən sözlərdən birincisi mənsubiyyət şəkilçisi qəbul edib dəyişə bilir. Məsələn, kəlləni yərə atmaq (kəlləmi yerə atmaq), əli boşa çixmaq və s. işlətmək olar.

Qovuşma idiomları dilə düşmək- dilinə (mə) düşmək vəs. kimi işlətmək olmaz.

Birləşmə idiomların əksəriyyəti birinci sözü müxtəlif qrammatik şəkil almış bir ismin və ya ikinci növ söz birləşməsinin fellə əlaqəyə girməsi əsasında formalaşır. Məsələn, göz qabağına gətirmək.

Birləşmə idiomlar aşağıdakı qaydalarda formalaşır:

1.Qeyri- müəyyən təsirlik halında olan adların fellə əlaqəyə girməsi yolu ilə: məsələn, hava almaq, ara vurmaq vəs.

2.Mənsubiyyət şəkilçisi qəbul etmiş adlıq halında olan bir ismin fel və sifətlə əlaqəyə girməsi yolu ilə: acığı tutmaq, qanı qaralmaq vəs.

3.Mənsubiyyət şəkilçisi qəbul etmiş yönlük halında olan bir ismin hər hansı bir fellə əlaqəyə girməsi yolu ilə: qəlbinə dəymək, üzünə ağ olmaq vəs.

4.Yönlük halda olan adların müəyyən bir fellə birləşməsi yolu ilə: məsələn, dilə gətirmək, dilə basmaq vəs.

5.Mənsubiyyət şəkilçisi qəbul etmiş çıxışlıq halındakı bir ismin fellə birləşməsi yolu ilə: məsələn, ürəyindən xəbər tutmaq, gözündən düşmək.

6.Məsdər tərkibi təşkil sözlərin birləşməsi yolu ilə: məsələn, bir qulağından alıb, o biri qulağından vermək.


Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin